Putinə ciddi XƏBƏRDARLIQ: Öldürülə bilər
Putinə "ciddi risklər" səbəbindən Budapeştə səfərini ləğv etmək tövsiyə olunub.
Rusiya kəşfiyyatçının keçmiş zabiti Andrey Bezrukov Vladimir Putinin Donald Trampla planlaşdırılan görüş üçün Budapeştə səfərinin sui-qəsd cəhdi ilə nəticələnə biləcəyini iddia edib. O, mümkün sui-qəsdin arxasında "Britaniya elitası"nın dayandığını iddia edərək, guya Kreml rəhbərinə qarşı "məkrli əməliyyat" planlaşdırdığını bildirib.
Lent.az bildirir ki, bu barədə "Daily Express" yazır.
Əvvəllər ABŞ Xarici Kəşfiyyat Xidmətində gizli xidmət edən Bezrukov Rusiya televiziyasında çıxış edərək "Budapeştə getməyin mənası yoxdur" deyib. O, Macarıstana səfərin "diqqətlə planlaşdırılan Britaniya əməliyyatının bir hissəsi ola biləcəyini" iddia edərək, Trampla görüşü Dubaya dəyişdirməyi məsləhət görüb.
Keçmiş casus "vəziyyətdən çox narahat olduğunu" vurğulayıb və mümkün sui-qəsd cəhdini "real təhlükə" adlandırıb. Lakin o, iddialarını təsdiqləyən heç bir sübut təqdim etməyib.
Andrey Bezrukov ABŞ-da 2010-cu ildə Anna Çapman və digər rus agentlərinin həbsi zamanı ifşa edilib. Məhkum mübadiləsindən sonra o, Rusiyaya qayıdıb, orada Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuda professor və dövlətə məxsus "Rosneft" neft şirkətinin müşaviri olub. İndi 65 yaşı var, o, Rusiya televiziyasında beynəlxalq hadisələri fəal şəkildə şərh edir.
Bezrukov açıqlamalarında Böyük Britaniyanı "Putini aradan qaldırmaq" istəməkdə ittiham edərək, "Britaniya elitası üçün Putinin yoxa çıxmasının Rusiya ilə problemlərin aradan qalxması demək olacağını" iddia edib. O əlavə edib ki, Londonun hakim sinfi guya "nüfuzunu itirir" və "hakimiyyəti saxlamaq üçün riskli addımlar atmağa hazırdır".
Bezrukov "Budapeştin xəyanət əməliyyatının yerinə çevrilə biləcəyini" bildirsə də, gəldiyi qənaətin hansı məlumatlara əsaslandığını açıqlamayıb.
Televiziya aparıcısı Vladimir Solovyov efirdə Bezrukovdan Trampla təhdid olmadan harada danışıqlar apara biləcəyini soruşub. O cavab verdi ki, "Birləşmiş Ərəb Əmirlikləri əla alternativdir, burada daha təhlükəsiz olardı".
Solovyov qeyd edib ki, Putin çox güman "risk edib" Budapeştə gedəcək və Bezrukov buna belə cavab verib: "Bəzən həddindən artıq cəsarət fayda vermir. Ali Baş Komandan ölkəni təmsil edir və dövlətin maraqları şəxsi cəsarətdən daha vacibdir".
Səfər baş tutsa, bu, Rusiyanın 2022-ci ilin fevralında Ukraynanı işğal etməsindən sonra Putinin Budapeştə ilk xarici səfəri olacaq. Macarıstan bundan əvvəl Beynəlxalq Cinayət Məhkəməsinin Putinin ukraynalı uşaqların qanunsuz deportasiyası ilə bağlı hərbi cinayət hesab edilən həbs qərarına əməl etmək niyyətində olmadığını bildirib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1105 Tarix: 21 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bələdiyyə rəhbərlərini süni intellekt əvəzlədi
Təxminən 2 min nəfər əhalisi olan Finlandiyanın Humppila bələdiyyəsində inzibati və texniki direktor vəzifələri ləğv edilib. xəbər verir ki, bu barədə "Helsingin Sanomat" nəşri məlumat yayıb. Bildirilib ki, onların bəzi funksiyaları artıq süni intellekt (Sİ) tərəfindən yerinə yetirilir. İxtisarla
19 sentyabrTrampdan üç nəhəng KİV-lə bağlı sərt qərar: Ağ Evə girişləri qadağan edildi
ABŞ Prezidenti Donald Tramp administrasiyası haqqında yalan məlumatlar yaydıqlarını əsas gətirərək CNN, MS NOW telekanallarının və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə giriş hüququndan məhrum etdiyini bəyan edib. xəbər verir ki, ABŞ dövlət başçısı bu barədə "Truth Social" platformasınd
20 sentyabrBoğaz ağrısı ilə həkimə getdi, canlı zəli aşkarlandı
Türkiyənin Çorum vilayətində tibb işçiləri yerli sakinin boğazında canlı zəli aşkar ediblər. xəbər verir ki, bu barədə "T24" nəşri məlumat yayıb. Məlumata görə, xəstənin udlağının aşağı hissəsinin arxa divarına yapışmış və qanaxmaya səbəb olan canlı zəli aşkarlanıb. Boğazındakı zəli səbəbində
20 sentyabrABŞ müttəfiqlərini raket tədarükündə gecikmələr barədə xəbərdar edib
ABŞ-nin müttəfiqləri Vaşinqtonun İranla müharibə zamanı öz silah ehtiyatlarını tükətməsi səbəbindən raket və hava hücumundan müdafiə vasitələrinin tədarükündə gecikmələrlə üzləşə bilər. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrinə istinadən məlumat yayıb. Qey
20 sentyabrRusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
Almaniya üçün Alternativ (AfD) Partiyası Rusiya ilə Ukrayna arasında sülh razılaşması əldə olunacağı təqdirdə Moskva ilə enerji tədarükünün bərpasını və "Şimal axını" boru kəmərlərinin yenidən işə salınması imkanını müzakirə etməyi planlaşdırır. "Reuters"ə istinadən xəbər verir ki
20 sentyabrƏbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Ömrünü əbədi yaşamaqla keçirmək arzusunda olan texnologiya milyarderləri əslində vaxtlarını boşuna sərf edirlər. Britaniyalı fizik Cim əl-Xəlili belə qənaətə gəlib. Onun fikrincə, həyatı mümkün qədər uzatmaq uğrunda sonsuz yarışa girməkdənsə, insana verilmiş zamanı dəyərləndirməyi öyrənmək daha vacibdir
20 sentyabrABŞ-da ovçu qadını maralla səhv salaraq öldürüb
ABŞ-ın Delaver ştatında 74 yaşlı kişi ov edərkən bir qadını güllələyərək öldürdüyünə görə ittiham olunub. xəbər verir ki, ştat polisinin məlumatına görə, kişi onu maralla səhv saldığını iddia edib. Merilend ştatının Solsberi şəhərindən olan Uolter Murhed, Ellendale şəhərində açıq sahədə güllə yaras
21 sentyabrİran ABŞ-ın hərbi əməliyyatları bərpa etməyə hazırlaşdığını bildirib
İranın Mərkəzi Hərbi Komandanlığı ABŞ-ın bölgədəki bir sıra ölkələrin dəstəyi ilə İslam Respublikasına qarşı hərbi əməliyyatları bərpa etmək hazırlıqları barədə məlumata malik olduğunu açıqlayıb. xəbər verir ki, bəyanatda qeyd olunur ki, ABŞ-ın hər hansı bir hücumundan sonra bölgədəki ABŞ hərbi bazaların
21 sentyabrHaaqada iğtişaşlar səbəbindən 24 nəfər saxlanılıb
Haaqada ifrat sağçı hərəkatların nümayişi iğtişaşlara və polislə toqquşmalara çevrilib. "Report" xarici mediaya istinadən xəbər verir ki, aksiya zamanı Niderland polisi hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı aqressiyaya görə 24 nəfəri saxlayıb. Qeyd olunub ki, Niderlandın miqrasiy
20 sentyabr