Yeyinti ilə həbs edilən qadın şirkəti ittiham edir - "54 milyon gizlədilib"
"Rifah Qrup" MMC-nin baş mühasibi Samirə Zeynalova 1 milyon manata yaxın mənimsəmədə ittiham olunur.
"Qafqazinfo"nun məlumatına görə, S.Zeynalova cəmi 1 il həmin şirkətdə işləyib.
İş materiallarında yazılıb ki, o, baş mühasib olduğu həmin müddətdə qohumlarının adına açdırdığı kart hesablarına pullar köçürüb. Bundan başqa, Zeynalova rəsmi sənədlərə yalan məlumat daxil etməklə ümumilikdə 803 min 429 manat ələ keçirib.
Bu əməlinə görə, Samirəyə xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə səlahiyyətlərini aşma maddəsi ilə ittiham verilib. Cinayətlərin ağırlığı səbəbindən həbs edilib.
Hazırda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Prokuror Samirə Zeynalovanın verilmiş ittihamlarla təqsirli bilinərək 11 il azadlıqdan məhrum edilməsini tələb edir.
Xanım müttəhim isə ittihamları qəbul etməyib. Biri birinci qrup əlil olmaqla, 4 uşaq anası olan müttəhim iddia edir ki, şirkətdə baş verən qanunsuzluqları ifşa etdiyi üçün hədəf alınıb. Zeynalovanın sözlərinə görə, "Rifah Qrup" qeyri-rəsmi Əliyev Elnur Təvəkkül oğluna məxsusdur. Uçot bazasına əsasən Elnur Əliyevin maliyyə dövriyyəsi 287 milyon təşkil edib. Buna baxmayraq, 54 milyon manat sosial ödəmələrdən yayınıb: "2021-ci ildə aylıq 1500 manat maaş qarşılığında oraya işə düzəldim. Amma rəsmi olaraq karta 350 manat pul köçürülüb. Şirkətdə 1700 nəfər işçi də əmək müqaviləsi bağlanmadan işlədilib. Bununla da küllli miqdarda vergidən və sosial ödəmələrdən yayınılıb. Hətta şirkət işçiləri çirkli pulların yuyulmasında istifadə edib. Hamısı Elnur Əliyevin qoruduğu uçot bazasında var. Mən də elə həmin məlumatları proqramçının səhlənkarlığı nəticəsində əldə etmişəm. Amma təəssüf ki, şirkətdəki ciddi qanun pozuntularını öyrəndiyim və rəhbərə məlumat verməyim öz azadlığımın əlimdən alınması ilə nəticələndi".
S.Zeynalova indi şirkətdə baş verənlərin dərindən araşdırılmasını və əsl təqsirkarın cinayət məsuliyyətinə cəlb edilməsi üçün lazımi tədbir görülməsini xahiş edir.
Növbəti iclasda müdafiə tərəfi yekun çıxış edəcək.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1221 Tarix: 24 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda dövlət müəssisələrinin dividend öhdəliyi 43 %-ə yaxın artırılır
2027-ci ilin Azərbaycanda səhmlərində dövlətin payı olan müəssisələrin 855 milyon manat dividend ödəməsi nəzərdə tutulur. "Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 42,5 % çoxdur. Bu il dövlət müəssisələr
20 sentyabrQaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Oktyabrın 1-dən Azərbaycanda bəzi internet istifadəçiləri daha çox pul ödəməli olacaq. Hazırda 18 manat və ya daha aşağı olan sabit internet tarifləri 25 manatlıq vahid minimum tarifə keçiriləcək. Dəyişiklik mobil internetə aid deyil, amma minlərlə evin aylıq xərci arta bilər. İnternetin qiyməti niy
20 sentyabrTƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Son dövrlər ictimai nəqliyyatdan, o cümlədən Bakı metrosundan istifadə edən sərnişinlərin sayında müşahidə olunan dəyişikliklər metropolitenin maliyyələşdirilməsi məsələsini yenidən gündəmə gətirir. Metro kimi iri infrastruktur obyektlərinin saxlanılması, qatarların istismarı, texniki xidmət və yen
20 sentyabrEv təmiri zamanı ən çox hansı problemlər çıxır?
Ev təmiri zamanı köhnə hissələr söküldükcə divar, döşəmə, elektrik və su xətləri ilə bağlı problemlər üzə çıxır. Buna görə ev təmiri etməzdən əvvəl evin vəziyyətini yoxlamaq və görüləcək işləri müəyyən etmək vacibdir. Bu yoxlama hansı hissələrin dəyişdirilməli, hansı hissələrin isə sadəcə təmir edilməl
21 sentyabrAzərbaycan tikinti şüşəsinin istehsalını avqustda 14 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 6 milyon 495 min kvadratmetr tikinti şüşəsi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 % azdır. Təkcə avqustda isə ölkədə 789 min kvadratmetr tikinti şüşəsi istehsa
20 sentyabrİş dəftərləri alınmalıdır, yoxsa yox? Rəsmi qurumdan cavab - Video
Yeni tədris ili başlasa da, valideynləri narahat edən əsas məsələlərdən biri iş dəftərləri və onların qiymətləridir. İTV-yə istinadla xəbər verir ki, valideynlər övladları üçün bu vəsaitləri almaqda çətinlik çəkdiklərini bildirirlər. Məsələ ilə bağlı danışan təhsil eksperti Elçin Əfəndi qeyd edib ki
20 sentyabrSosial şəbəkələrdə satılan bu dərmanlarla bağlı TƏHLÜKƏ - XƏBƏRDARLIQ
Son dövrlər sosial şəbəkələrdə arıqlama və çəki azaltma vədi ilə müxtəlif dərman və qida əlavələrinin satışı geniş yayılıb. Mənşəyi, tərkibi və təhlükəsizliyi barədə kifayət qədər məlumat olmayan belə məhsulların istifadəsi ciddi sağlamlıq riskləri yarada bilər. Xüsusilə məhsulun etiketində göstərilməyə
21 sentyabrAzərbaycan beton istehsalını avqustda 30 % artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 3 milyon 123 min ton beton istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 % çoxdur. Təkcə avqustda isə ölkədə 489 min ton beton istehsal edilib. Bu, 1 il əvvələ nisbətə
20 sentyabr