"Qubadlının azadlığı Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda mühüm addımlardan biri idi" - DEPUTAT

"Qubadlının azadlığı Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda mühüm addımlardan biri idi" - DEPUTAT"25 oktyabr tarixi Azərbaycan tarixində xüsusi bir yer tutur. Bu gün qəhrəmanlıq, qürur və qələbə rəmzi, Qubadlının işğaldan azad olunduğu gündür. 1988-ci ildən başlayaraq Qubadlı rayonuna Ermənistan tərəfindən təcavüzkar hücumlar başlanmış, dinc əhaliyə qarşı tеrror törədilməsi sistеmli şəkildə davam еtdirilmişdir. 1993-cü il avqustun 31-də rayon ermənilər tərəfindən tamamilə işğal olunmuşdur. Qubadlı rayonu 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş, nəticədə minlərlə sakin öz doğma yurd-yuvasından didərgin düşmüşdür".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Pərvanə Vəliyeva danışıb.

"Qubadlının azadlığı Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda mühüm addımlardan biri idi" - DEPUTATO, açıqlamasında qeyd edib ki, Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilmişdir:

"İşğal nəticəsində rayondan minlərlə məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti məskunlaşmışdır. Yüzlərlə yaşayış məntəqəsi, fərdi yaşayış evləri, inzibati binalar, sosial və mədəniyyət obyektləri, məscidlər, körpülər erməni işğalçıları tərəfindən dağıdılmış və yararsız vəziyyətə salınmışdır. Bundan başqa kənd təsərrüfatı obyeklərinin, avtomobil yollarının, su anbarları və magistral su xətlərinin, eləcə də elektrik xətləri və magistral qaz boru xətlərinin tamamilə dağıdılması ermənilərin təcavüzkar və vandal xarakterli olduğunu bir daha nümayiş etdirmişdir. Bütün bunlara baxmayaraq, 27 il ərzində Qubadlı sakinləri doğma torpaqlarına qayıtmaq ümidini heç vaxt itirmədilər. Nəhayət, 2020-ci ilin Vətən müharibəsi zamanı bu arzu reallığa çevrildi. 2020-ci ilin 25 oktyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Qarabağda parlaq zəfərlər silsiləsini davam etdirərək, Qubadlı şəhərini erməni işğalından azad etmişdir.

Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərərək, ilk növbədə, şəhərə hakim olan yüksəkliklər götürmüş, ətrafda yerləşən kəndləri, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri və strateji yüksəkliklər ələ keçirmişdir. Sonda isə sonra oktyabrın 25-də Azərbaycan Ordusu şəhəri düşməndən tam təmizlədi. Qubadlının azadlığı Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda mühüm addımlardan biri idi. Qəhrəman əsgərlərimizin igidliyi, xalqımızın birliyi və dövlətimizin gücü sayəsində Qubadlıda üçrəngli bayrağımız qürurla dalğalanmağa başladı.Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilmişdir. Həmçinin, Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilməklə, sözügedən Sərəncama əsasən 25 oktyabr - Qubadlı şəhəri günü kimi müəyyən edilmişdir".

Deputat onu da vurğuladı ki, bu gün Qubadlıda yenidənqurma və bərpa işləri geniş vüsət alıb:

"Yeni infrastruktur layihələr, yollar, məktəblər, xəstəxanalar və müasir yaşayış məhəllələri inşa olunur. Məqsəd, doğma Qubadlını daha da gözəl, müasir və abad bir şəhərə çevirməkdir.2040-cı ilə qədər şəhərin və rayondaxili infrastrukturun dirçəldilməsi və inkişafı planlanır. Rayonun meliorasiya və su-idarəetmə kompleksinin yenidən bərpası da prioritetdir. Rayondakı bütün yaşayış məntəqələri üçün suvarma sistemləri və yeni su mənbələri tədqiq edilir. Qəsəbələrdən biri olan Zilanli kəndi 80 hektar sahəni əhatə edir və burada yerli materiallardan istifadə edilərək modern memarlıqla yerləşmə nəzərdə tutulmuşdur. Bundan başqa, mədəni obyektlər, inzibati binalar, məktəblər, qəsəbə meydanları üçün layihələr hazırlanır, həmçinin "Rayon Mədəniyyət Mərkəzi" və müzey kompleksinin layihəsi mövcuddur. 2025-ci ildə rayonda "Rebuild Karabakh – 2025" sərgisi çərçivəsində bərpa layihələri təqdim edilmiş, ictimai dəstək və ianə mexanizmləri genişləndirilmişdir.

Perspektivdə rayonda ekoturizm, kənd təsərrüfatı, azaldılmış su itkisi ilə yeni suvarma texnologiyaları kimi sahələrin inkişaf etdirilməsi planlanır. Əhalinin geri qayıdışı, mənzil mövcudluğu, sosial infrastrukturun işə salınması kimi sahələrdə isə zaman tələb olunur. Bir sözlə, Qubadli rayonu işğaldan azad edildikdən sonra yenidənqurma, inkişaf və gələcək üçün transformasiya mərhələsindədir. İnfrastrukturdan tutmuş şəhərsalma planına, suvarma sistemlərindən mədəni obyektlərin bərpasına qədər çoxşaxəli işlər aparılır. Yeni inkişaf modeli "dayanıqlı, yaşanılabilir, təbiətlə uzlaşan" prinsipləri üzərində qurulur. Bu gün xalqımız qürurla 25 oktyabr tarixini Qubadlı şəhəri günü kimi qeyd edir və bu gün təkcə bir şəhərin azad olunmasının deyil, həm də xalqımızın iradəsinin, vətən sevgisinin və qəhrəmanlığının təntənəsidir".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1050   Tarix: 24 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türkiyə səfirindən Bakının azad olunması ilə bağlı PAYLAŞIM

Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib. "Bu gün Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin 103-cü ildönümüdür. B

15 sentyabr 2021
.

Parlamentdə Paşinyanın təhlükəsizliyini təmin etmək üçün qəribə addım atıldı - FOTO

Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın təhlükəsizliyinin təmin olunması üçün iclas zalındakı su şüşələri yığışdırılıb. Bu barədə erməni KİV məlumat yayıb. Belə ki, bir neçə gün öncə ölkənin qanunverici orqanında hakim və müxalif partiya nümayəndələri arasında baş verən kütləvi davalard

15 sentyabr 2021
.

Sülh müqaviləsi nə zaman imzalanacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırmağa hazır oluğunu qeyd edərək, ölkəmizin bir daha sülhəmeyilli siyasət apardığını bildirib. Bununla yanaşı, erməni mediasında da Baş nazir Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləs

8 sentyabr 2021
.

Ərdoğan: "Azərbaycan və İranla birlikdə UNESCO-ya müraciət etdik"

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan "2021 UNESCO Ahi Evran Anma ili - Ahi Evranın izi ilə sahibkarlarla görüş" proqramına qatılıb. O çıxışı zamanı bildirib ki, atalarımızın miras qoyduğu köklü qurumla fəxr edirik. "Sənədlərimizi Azərbaycan və İranla birlikdə hazırlayıb UNESCO-ya təqd

16 sentyabr 2021
.

Azərbaycan Gorus-Qafan yolunda post qurub - DİN-dən AÇIQLAMA

Azərbaycan polisi Qubadlı rayonunun inzibati ərazisində də nazarət-keçid məntəqəsi quraşdırıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Bildirilib ki, məntəqə Goruş-Qafan yolunda quraşdırılıb. Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq. DİN-in Mətbuat Xidmətinin Bərdə regiona

11 sentyabr 2021
.

Kremldən Bakıya xoş olmayan mesaj - Rusiya generalı niyə İrəvana göndərdi?

"Rüstəm Muradov hardan bilir ki, Rusiya hərbçiləri 5 ildən sonra da Qarabağda qalacaqlar? Axı bu onun səlahiyyətinə aid olmayan məsələdir". -ın məlumatına görə, bunu -a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, Kosobokovu

10 sentyabr 2021
.

Ərdoğan Azərbaycanla imzalanan vacib sənədləri təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış bəzi Sazişləri təsdiqləyib. Bunlar- 25 fevral 2020-ci ildə Bakı şəhərində imzalanmış "Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Enerji və Mədənçilik Sahələrində Əməkdaşlıq Haqqında Saziş", 31 oktyab

4 sentyabr 2021
.

"Caliber": Ermənistan dövlətçiliyinin mövcudluğu Türkiyə və Azərbaycandan asılıdır - VİDEO

"Caliber" layihəsinin Türkiyənin Sütçü İman Universitetinin professoru, politoloq Toğrul İsmayılla geniş müsahibəsinin ikinci hissəsi təqdim olunub. Müsahibədə türkiyəli politoloq regional güc balansı, Ermənistan dövlətçiliyinin saxlanılmasında Azərbaycan və Türkiyənin oynadığı rol, 44 günlü

30 avqust 2021
.

"Vətəndaş cəmiyyətində nə iqtidar, nə də müxalifət olmur" - AÇIQLAMA

İstiqamət: vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu. "Vətəndaş cəmiyyəti" ifadəsi 18-ci əsrdə yaranıb. "Vətəndaş cəmiyyəti" deyəndə Azərbaycanda tək QHT-lər başa düşülür. Vətəndaş cəmiyyəti həm özəl, həm də dövlət strukturundan kənarda olan, əsas da insan hüquq və azadlıqların

3 sentyabr 2021