Paşinyan tezliklə Qazaxıstana səfər edəcəyini təsdiqləyib
Ermənistanın Baş naziri Nikol Paşinyan Qazaxıstana rəsmi səfərinin tezliklə baş tutacağını açıqlayıb.
"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, o, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə Respublika Günü münasibətilə yazdığı təbrik mesajında bildirib.
"Ümid edirəm ki, yaxın gələcəkdə baş tutması planlaşdırılan Qazaxıstana rəsmi səfərim zamanı dostluq, rifah və gələcəyə yönəlmiş ikitərəfli strateji münasibətlərin inkişafı naminə Ermənistan-Qazaxıstan dövlətlərarası gündəliyini müzakirə edəcəyik", - Paşinyan qeyd edib.
O, mesajında həmçinin Tokayevin rəhbərliyi altında Qazaxıstanda müstəqilliyin möhkəmləndirilməsinə, institutların inkişafına və ölkənin sosial-iqtisadi rifahının təşviqinə yönəlmiş islahatların vacibliyini vurğulayıb.
Xatırladaq ki, avqustun əvvəlində Qazaxıstan liderinin mətbuat xidməti Paşinyanın ölkəyə rəsmi səfərinə hazırlıqların aparıldığını açıqlamışdı. Səfərin 2025-ci ilin sonlarına planlaşdırıldığı bildirilirdi.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 416 Tarix: 26 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Madyar gələn həftə Brüsselə səfər edəcək
Macarıstanın Baş naziri Peter Madyar gələn həftə Brüsselə (Belçika) səfər edəcək. "Report" xəbər verir ki, bunu ölkənin XİN başçısı Anita Orban "Politico"ya müsahibəsində bildirib. Onun sözlərinə görə, Madyar Brüsseldə Avropa Komissiyası ilə dondurulmuş vəsaitlərin blokdan çıxarılmas
23 maySuda üzə bildiyi deyilmişdi, göldə batdı - Fotolar
ABŞ-də "Tesla Cybertruck" elektromobili ilə Qreypvayn gölünə daxil olan sürücü həbs olunub. "Qafqazinfo" "Electrek" nəşrinə istinadən xəbər verir ki, hadisə Texas ştatında baş verib. Belə ki, yeni aldığı elektromobilin amfibiya rejimini ("Wade Mode") sınaqdan keçirmə
21 mayAcun Ilıcalı üçün həlledici an: böyük hədəf reallaşa bilər
Türkiyəli media maqnatı Acun Ilıcalıya məxsus olan "Hull City" klubu mühüm oyuna çıxmağa hazırlaşır. türk mediasına istinadən xəbər veir ki, komanda sabah "Middlesbrough" ilə EFL Championship pley-off finalında qarşılaşacaq. Görüşün qalibi Premier League-ə vəsiqə qazanacaq. Bu is
22 may"Epidemiya o bölgəyə yayılsa, fəlakət olacaq" - Fotolar
Ebola epidemiyası Konqo Demokratik Respublikasınin şərq bölgələrində yayılmaqda davam edir. Xəstəliyin silahlı qrupların nəzarətində olan ərazilərə çatması narahatlıqları artırıb. "Qafqazinfo" AFP-yə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən fövqəladə vəziyyət kimi qiymətləndirilə
22 may