Ramiz Mehdiyevin sadiq adamı Elton Məmmədov da istintaqa cəlb edilib - Milyonlar mənimsəyibmiş
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) 2020-2023-cü illərdə baş verən qanun pozuntuları ilə bağlı aparılan cinayət işində maraqlı faktlar üzə çıxıb.
Sonxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hazırda ev dustaqlığında saxlanılan Ramiz Mehdiyevin AMEA-ya rəhbərlik etdiyi dövrdə olan yeyinti halları ilə əlaqədar sabiq deputat Elton Məmmədov da istintaqa cəlb edilibmiş.
Belə ki, prokurorluq tərəfindən onun barəsində cinayət təqibi aparılır. E.Məmmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır. Ramiz Mehdiyev AMEA-ya prezident təyin olunduqdan sonra sadiq adamı kimi onu Yüksək Texnologiyalar Parkının direktoru vəzifəsinə gətirmişdi. Sonradan isə E.Məmmədov Akademiyanın işlər idarəsinin müdiri vəzifəsində çalışıb.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla müəyyən edilib ki, Elton Məmmədov işlədiyi dövr ərzində 3 milyon manata yaxın pul mənimsəyib. Maliyyə pozuntularını təsdiq edən sənədlər və digər sübutlar iş materiallarına əlavə edilib. Keçmiş məmur müxtəlif epizodlar üzrə dəfələrlə prokurorluqda ifadə verib.
Amma sabiq deputat istintaq zamanı dövlətə dəymiş ziyanı ödəməyə razılaşıb. O, mənimsədiyi milyonlarla vəsaiti büdcəyə geri qaytarıb. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir. Elton Məmmədovun araşdırması davam edən digər epizodlarda da adının keçə biləcəyi istisna edilmir.
Qeyd edək ki, bu yaxınlarda Baş prokuror Kamran Əliyev jurnalistlərin mövzu ilə bağlı suallarını cavablandırıb. Baş prokuror deyib ki, AMEA-da qeydə alınmış qanun pozuntuları üzrə hərtərəfli araşdırma aparılıb. Bəzi epizodlar üzrə ibtidai istintaq tamamlanaraq məhkəməyə göndərilib, qalan epizodlar üzrə isə istintaq davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1094 Tarix: 29 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Sentyabrın 21-də gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətl
20 sentyabrÖtən gün axtarışda olan 159 nəfər saxlanılıb
Ötən gün axtarışda olduğuna görə ümumilikdə 159 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, o cümlədən borclu şəxs qismində axtarışda olan 138 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Polis əməkdaşlarının sentyabrın 18-də keçirdiklər
19 sentyabrHava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
Sentyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23 isti, gündü
20 sentyabrAta və oğlu küçədəki pişiklərin yemək qablarını zibilə atdı - VİDEO
Türkiyənin Bursa şəhərində ata və oğulun küçədə pişiklər üçün qoyulan yemək və su qablarını zibilə atması və suyu yerə tökməsi təhlükəsizlik kamerasına düşüb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Osmangazi rayonunun Soğanlı məhəlləsində, Kanalboyu küçəsində baş verib. Məhəllə sakinlərini
17 sentyabrKüçədə azyaşlı qızlar arasında saç-saça dava düşüb - VİDEO
Türkiyənin Eskişehir şəhərində, Porsuk Bulvarında yaşı 18-dən aşağı olan qızlar arasında naməlum səbəbdən başlayan mübahisə qısa müddətdə davaya çevrilib. xarici mediaya istinadla xəbər verir ki,hadisə Odunpazarı rayonunun İstiklal məhəlləsində, Porsuk Bulvarında baş verib. Qruplar halında olan qızla
11 sentyabrSabunçu bazarının qarşısında ağır qəza, ölən var
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 13-ü E.Bəhramzadə "Mercedes E-Class" markalı avtomobillə Sabunçu bazarının qarşısında 1966-cı il təvəllüdlü Hüseynova Leyli Salam qızını vurub. Qadın Sabunçu Tibb Mərkəzinə çatdırıls
14 sentyabrSumqayıtda bədbəxt hadisə: Sürət qatarı iki uşaq atasını vuraraq öldürdü
Sürət qatarı 38 yaşlı kişini vuraraq öldürüb. Bədbəxt hadisə Sumqayıtda baş verib. "Xəzər" TV-yə istinadla xəbər verir ki, məlumata görə, 38 yaşlı Ruslan Məmmədxanov dəmiryol xəttini keçmək istəyərkən qatar onu vurub. O, aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb. Qonşular deyirlər ki, Rusla
21 sentyabr