Hərbi xidmətdən qayıdıb 13 yaşlı qızla sevgili oldu: Spirtli içki verib, təcavüz etdi
Kürdəmir rayonunda hərbi xidmətdən qayıdan gənc 13 yaşlı qıza təcavüz edib.
Oxu.Az-ın məlumatına görə, hadisə 2024-cü ildə baş verib. Kürdəmir rayon sakini, 2004-cü il təvəllüdlü Fəhmin Azadov (adı və soyadı şərtidir) hərbi xidmətdən qayıdıb. Ailə üzvləri onun gəlişi ilə əlaqədər evdə mərasim təşkil ediblər. Məclisə Fəhminin anasının rəfiqəsi də 2011-ci il təvəllüdlü nəvəsi G.C. ilə birlikdə qatılıb. G.C. məclisdən sonra nənəsi ilə birlikdə Fəhmingildə qalıb və həmin vaxt qızla oğlanın münasibəti yaranıb. G.C. evlərinə qayıdandan sonra da Fəhminlə əlaqə saxlamaq istəyib. O bu məqsədlə xalası oğlundan Fəhminin nömrəsini alıb və onunla yazışmağa başlayıb. Nəticədə Fəhminlə 13 yaşlı qız arasında sevgi münasibətləri başlayıb.
Bir müddətdən sonra Fəhmin qıza cinsi əlaqədə olmağı təklif edib. Qız Fəhminlə razılaşıb və oğlan görüşmək üçün onlara gəlib. Fəhmin həyətə daxil olaraq, G.C.-ni bağçaya çağırıb və onlar bağçada qucaqlaşıb-öpüşüblər.
Hadisədən bir müddət sonra Fəhmin spirtli içki alaraq, yenidən qızgilə gəlib. Onlar evdə həmin içkidən qəbul edərək cinsi əlaqədə olublar. Bundan sonra cütlük daha iki dəfə əlaqədə olub.
Hadisədən bir müddət sonra məlum olub ki, qız hamilədir. G.C. bu barədə anasına deyib və birlikdə yoxlanış üçün Ağsu Rayon Mərkəzi Xəstəxanasına gediblər. Məlum olub ki, G.C. artıq 21 həftəlik hamilədir.
Məsələ ilə bağlı Fəhminə məlumat verilsə də, oğlan bundan boyun qaçırıb.
Faktla bağlı cinayət işi başlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlə F.Azadov saxlanılaraq istintaqa təhvil verilib. Məhkəmənin hökmü ilə F.Azadov barədə 3 ay həbs qətimkan tədbiri seçilib.
Cinayət işinin istintaqı yekunlaşdıqdan sonra iş Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmədə G.C. təqsirləndirilən şəxsi sevdiyini bildirib və ondan şikayətçi olmadığını deyib.
Məhkəmənin hökmü ilə F.Azadov 6 il azadlıqdan məhrum edilib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1501 Tarix: 29 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Sentyabrın 21-də gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətl
20 sentyabrÖtən gün axtarışda olan 159 nəfər saxlanılıb
Ötən gün axtarışda olduğuna görə ümumilikdə 159 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, o cümlədən borclu şəxs qismində axtarışda olan 138 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Polis əməkdaşlarının sentyabrın 18-də keçirdiklər
19 sentyabrHava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
Sentyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23 isti, gündü
20 sentyabrAta və oğlu küçədəki pişiklərin yemək qablarını zibilə atdı - VİDEO
Türkiyənin Bursa şəhərində ata və oğulun küçədə pişiklər üçün qoyulan yemək və su qablarını zibilə atması və suyu yerə tökməsi təhlükəsizlik kamerasına düşüb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Osmangazi rayonunun Soğanlı məhəlləsində, Kanalboyu küçəsində baş verib. Məhəllə sakinlərini
17 sentyabrKüçədə azyaşlı qızlar arasında saç-saça dava düşüb - VİDEO
Türkiyənin Eskişehir şəhərində, Porsuk Bulvarında yaşı 18-dən aşağı olan qızlar arasında naməlum səbəbdən başlayan mübahisə qısa müddətdə davaya çevrilib. xarici mediaya istinadla xəbər verir ki,hadisə Odunpazarı rayonunun İstiklal məhəlləsində, Porsuk Bulvarında baş verib. Qruplar halında olan qızla
11 sentyabrSabunçu bazarının qarşısında ağır qəza, ölən var
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 13-ü E.Bəhramzadə "Mercedes E-Class" markalı avtomobillə Sabunçu bazarının qarşısında 1966-cı il təvəllüdlü Hüseynova Leyli Salam qızını vurub. Qadın Sabunçu Tibb Mərkəzinə çatdırıls
14 sentyabrSumqayıtda bədbəxt hadisə: Sürət qatarı iki uşaq atasını vuraraq öldürdü
Sürət qatarı 38 yaşlı kişini vuraraq öldürüb. Bədbəxt hadisə Sumqayıtda baş verib. "Xəzər" TV-yə istinadla xəbər verir ki, məlumata görə, 38 yaşlı Ruslan Məmmədxanov dəmiryol xəttini keçmək istəyərkən qatar onu vurub. O, aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb. Qonşular deyirlər ki, Rusla
21 sentyabr