Balığın bahalaşma səbəbi açıqlandı

Balığın bahalaşma səbəbi açıqlandıBakıda mal ətinin bahalaşmasından sonra bir sıra digər ərzaq məhsullarında, eləcə də balığın satış qiymətində artım qeydə alınıb. Belə ki, son günlər balığın kiloqramında orta hesabla 2-3 manat bahalaşma nəzərə çarpır.

Sonxeber.az xəbər verir ki, Modern.az balığa olan tələbatda mövcud bahalaşmayla bağlı "United Fishes" MMC-nin təsisçisi və direktoru, ixtioloq Niyazi Heybətovla əlaqə saxlayıb.

O açıqlamasında bildirib ki, hazırda göl balıqlarında ciddi bahalaşma müşahidə edilmir:

"Uzun illərdir ki bu balıqların qiyməti demək olar ki sabit qalır. Lakin bəzi balıqlar xaricdən idxal olunduğu üçün onların qiymətində artım baş verir. Xaricdən gətirilən balıqların bahalaşmasının əsas səbəbi isə tətbiq olunan 18 faiz vergidir. Məsələn, 5 manatlıq göl balıqları şirkətə satıldıqda vergi ilə birlikdə qiyməti 6 manat 50 qəpiyə qədər yüksəlir. Mağazalar üzərinə əlavə mənfəət qoyduqda isə həmin balıq 7 manat 50 qəpik və ya 8 manata qədər satılır".

İxtioloqun sözlərinə görə, hazırda ölkəmizə balıq əsasən İran və Rusiyadan gətirilir:

"Xaricdən idxal olunan bu cür balıqlarda qiymət artımı normal sayılır, çünki satıcılar vergi və daşınma xərclərini ödəməli olurlar. Qeyd edim ki, balıqçılıq hələ də kənd təsərrüfatı məhsulu kimi tam qəbul edilmədiyindən, qiymətlərdə fərqlilik özünü büruzə verə bilir".

O, həmçinin vurğulayıb ki, son illərdə Xəzər dənizində balıq sayının azalması da müşahidə olunur:

"Əvvəllər "Kütüm" balığı çox olurdu, lakin indi yerli sularda az tapıldığı üçün əsasən bu növ balıqlar İrandan gətirilir. Bu səbəbdən "Kütüm" xeyli bahalaşıb. Bazarlarda dəniz balığı adı ilə satılan "Kütüm"lərin əksəriyyəti isə idxal məhsuludur. Xəzərdə "Kütüm" və digər balıq növlərinin sayı azaldığından onların nəsli tükənmə təhlükəsi ilə üz-üzədir. Həmçinin Xəzərdə də istənilən qədər balıq yoxdur və tutmaq da çətinləşib. Məhz bu səbəblə, dəniz balıqlarında qiymət artımı göl balıqlarına nisbətən daha çox nəzərə çarpır".

N.Heybətov onu da əlavə edib ki, Azərbaycan neft ölkəsi olduğundan Xəzərdə aparılan sualtı neft-qaz işləri balıqlara birbaşa təsir göstərir:

"Yeni quyuların qazılması və platformaların yerləşdirilməsi zamanı yaranan səs-küy nəticəsində balıqlar Azərbaycan sularından təxminən 70 kilometrədək uzaqlaşır. Böyük balıqlar bu səsə daha həssas olur, xırda balıqlara isə təsir nisbətən daha az olur. Bundan əlavə, neft sızmaları zamanı suyun səthində müəyyən bir təbəqə əmələ gəlir, bu da oksigen çatışmazlığına, eləcə də balıqların yaşayış mühitinin daralmasına səbəb olur.

Habelə, Xəzərə tökülən şirin su mənbələrinin azalması da vəziyyəti çətinləşdirir. Ural və Kür çaylarının dənizə axan su həcmi azaldığından bu da Xəzərin ekosisteminə mənfi təsir göstərir və nəticədə balıq qıtlığı yaranır".

Hazırda balıqların qiymətində növ və mənşəyindən asılı olaraq fərqlər müşahidə olunur:

Xəzər nərə balığı çox nadir tapıldığı üçün 1 kiloqramı 110 manata qədər olur. Qapalı su hövzələrində, yəni süni şəraitdə saxlanılan balıqların qiyməti isə daha münasib olur. Belə balıqların qiyməti növündən asılı olaraq 1 kiloqram üçün təxminən 20-40 manat arasında dəyişir",- deyə o qeyd edib.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 996   Tarix: 30 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Naxçıvanda qadın sahibkarlar 1,4 milyon manatdan artıq güzəştli kredit alıb

İndiyə qədər Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu qadın sahibkarların layihələrinin maliyyələşdirilməsə 1,4 milyon manatdan çox güzəştli kredit ayırıb. "Report"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvanın iqtisadiyyat naziri Kazım Hüseynəliye

18 sentyabr
.

Avropada yanacaq qiyməti niyə bahalaşır? - AÇIQLAMA

Avropada yanacağın qiymətindəki dəyişikliklər son dövrdə həm qlobal enerji bazarındakı proseslər, həm də regiondakı geosiyasi gərginliklərlə əlaqələndirilir. Neftin dünya bazarında bahalaşması ilə yanaşı, yanacağın daşınması və emalı xərcləri, təchizat zəncirində yaranan problemlər və Avropa ölkələrind

16 sentyabr
.

"Azərbaycan Dəmir Yolları" sərnişin daşımasını 18 % artırıb

Bu ilin yanvar-avqust aylarında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) 7,3 milyondan çox sərnişin daşıyıb. bu barədə ADY-yə istinadən xəbər verir. Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18 % çoxdur. Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 6,9 milyon (+17 , rayonlararas

4 sentyabr
.

Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 17 %-ə yaxın artıb

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi "ASAN xidmət" mərkəzi vasitəsilə sahibkarlara əczaçılıq, baytarlıq, tikinti və digər fəaliyyət növləri üzrə ümumilikdə 35 lisenziya verib. "Report"un yerli bürosunun məlumatına görə, bu, ötən ili

17 sentyabr
.

Qeyri-neft-qaz sektorunda ÜDM istehsalı artıb

Bu ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında istehsal olunan ümumi daxili məhsulun (ÜDM) həcmi 87 709,5 milyon manat təşkil edərək ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artıb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlav

9 sentyabr
.

Azərbaycan diri heyvan ixracından gəlirini 45 dəfəyədək artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 12,6 milyon dollar dəyərində diri heyvan ixrac edib. bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,7 dəfə çoxdur

14 sentyabr
.

Brent markalı neftin qiyməti artaraq 107,44 dollar/barelə çatıb

Bazarın Yaxın Şərqdəki vəziyyətə diqqəti davam etdirməsi ilə çərşənbə axşamı səhəri neft qiymətləri yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün çatdırılma ilə Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,76 dollar (1,67%) çox, bir barel üçü

15 sentyabr
.

Britaniya şirkəti Azərbaycanda mis istehsalını 7 dəfədən çox artırıb

Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator olan Böyük Britaniyanın "Anglo Asian Mining PLC" şirkəti (AAM) bu ilin birinci yarısında 12,329 unsiya qızıl hasil edib. şirkətin məlumatına istinadən xəbər verir ki, bu, 2025-cü ilin ilk yarəsə ilə müqayisədə 1,8 % çoxdur. "Angl

21 sentyabr
.

Sahil Babayevə müşavir təyin edildi

Maliyyə naziri Sahil Babayevə yeni müşavir təyin olunub. Qaynarinfo xəbər verir ki, bu barədə yeni müşavir Rəşad Həsənov özü məlumat paylaşıb. O qeyd edib ki, Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankındakı fəaliyyətini başa vuraraq Azərbaycana qayıdıb. "Dövlət qulluğunda peşəkar fəaliyyətim

14 sentyabr