Azərbaycanlı məktəblinin həmmüəllifi olduğu təqdiqat beynəlxalq konfransda – FOTO/VİDEO

Azərbaycanlı məktəblinin həmmüəllifi olduğu təqdiqat beynəlxalq konfransda – FOTO/VİDEOBirləşmiş Ərəb Əmirliklərinin Əl-Əyn şəhərində informasiya və kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı keçirilən 19-cu IEEE Beynəlxalq "Application of Information and Communication Technologies" ("AICT 2025") konfransında azərbaycanlı məktəblinin də əməyinin olduğu təqdiqat təqdim edilib.

İqtisadiyyat.az xəbər verir ki, beynəlxalq konfrans BƏƏ-nin UAE, Azərbaycanın ADA, İtaliyanın Politecnico di Torino və ABŞ-nin George Washington universitetləri tərəfindən birgə təşkil olunub.

Konfrans çərçivəsində çıxışlar, təlimlər və elmi təqdimatlar baş tutub. Təqdim olunan məqalələr informasiya və kommunikasiya texnologiyalarının ən son yeniliklərini, nəzəri və praktiki yanaşmalarını, standartlarını və tətbiqlərini əhatə edib.
Azərbaycanlı məktəblinin həmmüəllifi olduğu təqdiqat beynəlxalq konfransda – FOTO/VİDEO"AICT 2025" in məqsədi elm adamlarını, tədqiqatçıları, proqram arxitektlərini və sənaye nümayəndələrini bir araya gətirərək növbəti nəsil informasiya texnologiyaları və xidmətləri üzrə innovativ ideyaların və yeni trendlərin müzakirəsini təmin etmək olub. Bu il də süni intellekt, kibertəhlükəsizlik, proqram mühəndisliyi, təhsil və səhiyyədə İKT tətbiqləri kimi 80-dən çox mövzu üzrə sessiyalar keçirilib.

Adı çəkilən konfransda ADA Universitetinin İnformasiya Texnoogiyaları və Mühəndislik fakültəsi ilə və "MegaSec AI Laboratory" tərəfindən aparılmış birgə tədqiqat işi təqdim olunub. Tədqiqat ADA Universitetinin professoru Samir Rüstəmovun rəhbərliyi altında, laboratoriyanın süni intellekt mühəndisi Zaid Rüstəmov və Bakı şəhəri, 132-134 nomrəli liseyin 11-ci İB sinfinin şagirdi və "MegaSec AI Laboratory"nin Süni İntellekt həlləri üzrə təcrübəçisi Mehdi Qasımzadə tərəfindən aparılıb.
Azərbaycanlı məktəblinin həmmüəllifi olduğu təqdiqat beynəlxalq konfransda – FOTO/VİDEOMəqalə "Enhancing Retrieval and Re-ranking in RAG: A Case Study on Tax Law of Azerbaijan" mövzusuna həsr olunub və Azərbaycanın Vergi Məcəlləsi əsasında hüquqi məlumatların daha dəqiq axtarışı və cavabların optimallaşdırılması üçün yeni yanaşmanı təqdim edir.

Tədqiqat nəticəsində təqdim olunan metodologiya sayəsində sistem vergi ilə bağlı verilən sualın cavabının Vergilər Məcəlləsinin hansı maddəsində yer aldığını avtomatik müəyyənləşdirir və istifadəçiyə ətraflı izahlı cavab təqdim edir.

Qeyd edək ki, tədqiqatın həmmüəllifi olan 16 yaşlı Mehdi Qasımzadə konfransın ən gənc iştirakçısıdır. Azərbaycanlı məktəblinin yeniyetmə yaşındakı elmi fəaliyyəti beynəlxalq konfransın iştirakçıları tərəfindən də maraqla qarşılanıb. Onun elmə, süni intellekt sahəsinə və tədqiqat fəaliyyətinə olan marağı və bacarığı sayəsində beynəlxalq konfransda iştirakı böyük uğur kimi qiymətləndirilib.

Məlumat üçün onu da bildirək ki, Mehdi Qasımzadə 2023-cü ilin 5-8 may tarixlərində Almaniyanın paytaxtı Berlin şəhərində keçirilmiş "Pangea math world" beynəlxalq riyaziyyat olimpiadasının qalibi olub.

Videonu buradan izləyin.
Azərbaycanlı məktəblinin həmmüəllifi olduğu təqdiqat beynəlxalq konfransda – FOTO/VİDEOAzərbaycanlı məktəblinin həmmüəllifi olduğu təqdiqat beynəlxalq konfransda – FOTO/VİDEOAzərbaycanlı məktəblinin həmmüəllifi olduğu təqdiqat beynəlxalq konfransda – FOTO/VİDEOAzərbaycanlı məktəblinin həmmüəllifi olduğu təqdiqat beynəlxalq konfransda – FOTO/VİDEO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 702   Tarix: 31 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tanınmış aktyor da "Bəy Mamed"dən şikayətçidir: MTK sahibi nə cavab verdi? - Video

Səbail rayonunun Əhəd Yaqubov küçəsi, 17 ünvanında yerləşən "Ulubəy" MTK yaşayış kompleksinin sakinləri bir sıra problemlərlə bağlı narazılıqlarını bildiriblər. Baku TV-yə istinadən xəbər verir ki, sakinlər binada su təminatı ilə bağlı ciddi problem yaşandığını deyiblər. Onlar bildiriblər ki

21 sentyabr
.

Bu köhnə 250 manat hərracda YÜKSƏK QİYMƏTƏ SATILDI - VİDEO

Azərbaycanın 1992-ci ildə dövriyyəyə buraxılmış 250 manatlıq köhnə əskinaslarından biri eBay hərracında 169 avroya, yəni təxminən 329 manata satılıb. Bunu -a Azərbaycanlı numizmat Fərhad Məmmədov bildirib. Onun sözlərinə görə, 250 manatlıq əskinas ilk dəfə 1992-ci ildə təqdim edilib və yalnız bir dəf

20 sentyabr
.

Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?

Yeni tədris ili ilə birlikdə məktəblərdə şagirdlər üçün müxtəlif iş dəftərlərinin alınması məsələsi də gündəmə gəlir. Bəzi hallarda valideynlərdən konkret nəşriyyatın və ya müəllimin tövsiyə etdiyi iş dəftərini almağın tələb edildiyi bildirilir. Halbuki iş dəftərlərinin istifadəsi ilə bağlı rəsmi izahlard

21 sentyabr
.

Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…

Oktyabrın 1-dən Azərbaycanda bəzi internet istifadəçiləri daha çox pul ödəməli olacaq. Hazırda 18 manat və ya daha aşağı olan sabit internet tarifləri 25 manatlıq vahid minimum tarifə keçiriləcək. Dəyişiklik mobil internetə aid deyil, amma minlərlə evin aylıq xərci arta bilər. İnternetin qiyməti niy

20 sentyabr
.

İşsiz şəxslərin diqqətinə: 478 manat...

Bu il sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,7 min nəfər olub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, onların 53,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişini

20 sentyabr
.

TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA

Son dövrlər ictimai nəqliyyatdan, o cümlədən Bakı metrosundan istifadə edən sərnişinlərin sayında müşahidə olunan dəyişikliklər metropolitenin maliyyələşdirilməsi məsələsini yenidən gündəmə gətirir. Metro kimi iri infrastruktur obyektlərinin saxlanılması, qatarların istismarı, texniki xidmət və yen

20 sentyabr
.

Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar

Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil edilir. xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarda qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisidir, onun bütün hüquqlar

21 sentyabr
.

Sosial şəbəkələrdə satılan bu dərmanlarla bağlı TƏHLÜKƏ - XƏBƏRDARLIQ

Son dövrlər sosial şəbəkələrdə arıqlama və çəki azaltma vədi ilə müxtəlif dərman və qida əlavələrinin satışı geniş yayılıb. Mənşəyi, tərkibi və təhlükəsizliyi barədə kifayət qədər məlumat olmayan belə məhsulların istifadəsi ciddi sağlamlıq riskləri yarada bilər. Xüsusilə məhsulun etiketində göstərilməyə

21 sentyabr
.

269 saylı uşaq bağçası baxımsız vəziyyətdədir (VİDEO)

Nə pilləkanı var, nə qapısı, nə də hasarı. Rənglənmiş və yüngülvari dekor edilmiş divarlarından bağçaya bənzətmək olur. Görüntülər Suraxanı rayonundakı 269 saylı körpələr evi uşaq bağçasındandır. Yolu bu ünvandan keçəndə, övladı bu tərbiyə müəssisəinə gələn də, elə ərazidə yaşayanlar da bağçanın həyətini

21 sentyabr