Müavinləri tutulan icra başçısı kimdir? (DOSYE)

Müavinləri tutulan icra başçısı kimdir? (DOSYE)Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Əməliyyat çərçivəsində icra başçısının müavini Nadir Muradov, rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev və Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurov barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Onlara qarşı rüşvət alma (Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri) üzrə ittiham irəli sürülüb.

Əməliyyat zamanı daha bir neçə şəxs də saxlanılıb. Onlardan bəziləri barəsində həbslə bağlı olmayan qətimkan tədbirləri tətbiq edilib.

Hazırda istintaq davam edir, vəzifəli şəxslərin dindirildiyi bildirilir və yaxın günlərdə yeni saxlanılmaların ola biləcəyi istisna edilmir.

Qeyd edək ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat keçirdiyi İcra Hakimiyyətini uzun illərdi ki, Süleyman Mikayılov rəhbərlike dir.

Sonxeber.az Modern.az-a istinadən xəbər verir ki, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının dosyesini təqdim edir:

Süleyman Surxay oğlu Mikayılov 1962-ci ildə aprelin 27-də Naxçıvanda anadan olub. 1979-ci ildə Naxçıvan şəhər 2 saylı orta məktəbini, 1984-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu və 2004-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakultəsini bitirib.

1979-cu ildə Naxçıvan şəhər Uşaq idman məktəbində məşqçi kimi əmək fəaliyyətinə başlayıb. 1984-1994-cü illərdə Naxçıvan şəhər orta ixtisas musiqi məktəbində bədən tərbiyəsi rəhbəri, 1994-1995-ci illərdə "Səma" kiçik müəssisəsinin direktoru işləyib.

1995-1999-cu illərdə Bakı Baş Gömrük İdarəsinin Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulmasına Qarşı Mübarizə şöbəsinin rəisi, idarə rəisinin birinci müavini, idərənin rəisi vəzifələrində çalışıb.

1999-2001-ci ildə Dövlət Gömrük Komitəsinin İşlər İdarəsi rəisinin müavini, bir müddət Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin rəisi işləyib.

13 may 2005-ci ildən 2005-ci ilin dekabr ayınadək Yardımlı Rayon İcra Hakimiyyətinin, 21 dekabr 2005-ci il tarixindən 4 mart 2010-ci ilədək Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı olub.

Prezidentin 4 mart 2010-cu il tarixli sərəncamı ilə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

2003-cü ildən Azərbaycan Respublikası Boks Federasiyasının vitse-prezidentidir. Ailəlidir, iki övladı var.

Süleyman Mikayılov üst-üstə 20 ildən çoxdur ki, icra başçısı işləyir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 715   Tarix: 03 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bayram günlərinin hava proqnozu açıqlandı

Bayram günlərində - martın 20-22-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Bayram günlərində Bakıda və Abşeron yarımadasında hava necə olacaq?. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında martın 20-də hava şəraitinin dəyişkən buludl

19 mart
.

Azərbaycanda Novruz bayramıdır

Azərbaycanda bu gün Novruz bayramı qeyd edilir. -ın məlumatına görə, Novruz yazın gəlişinin simvolu olan qədim xalq bayramıdır, mənası "Yeni gün"dür. Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-də) keçirilir. Bir sır

20 mart
.

İsmayıllıda ölümlə nəticələnən qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI

İsmayıllıda baş verən qəzada xəsarət alanlardan biri vəfat edib. Bu barədə -a İsmayıllı Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Bildirib ki, martın 19-u saat 23:30-də İsmayıllı rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə dörd nəfər (iki kişi, iki qadın) İsmayıllı Rayon Mərkəz

20 mart
.

Bu məzunlar orduda birbaşa leytenant kimi xidmət edəcək

Ordu quruculuğu sahəsində aparılan islahatlar çərçivəsində tibb sahəsində ixtisaslaşmış gənc kadrların bilik və bacarıqlarından daha səmərəli faydalanmaq, eyni zamanda onların karyera inkişafına töhfə vermək məqsədilə Müdafiə Nazirliyində hərbi xidmətkeçmə ilə bağlı yeni konsepsiya tətbiq ediləcək. xəbə

20 mart
.

QMİ sədri: "Raketlər sussun, qələmlər danışsın"

Allahşükür Paşazadə Yaxın Şərqdə və regionda baş verən gərginliyə münasibət bildirib. xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bayram namazından sonra jurnalistlərə açıqlama verib. O bildirib ki, duaları tərəflərin razılığa gəlməsi yönündədir:. "Raketlər

20 mart
.

Tətildən sonrakı ilk dərs günün vaxtı açıqlandı

Novruz və Ramazan bayramları ilə əlaqədar martın 20-dən ümumi təhsil müəssisələrində tətil başlayır. xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, istirahət günlərindən sonra altıgünlük tədris həftəsi ilə işləyən ümumi təhsil müəssisələrind

19 mart
.

Valideynlərindən gizli sürdükləri maşında ölən yeniyetmə qardaşların - Fotoları

Xəbər verdiyimiz kimi, Neftçalada ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, rayonun Qaçaqkənd kəndi ərazisində qeydə alınan qəzada kənd sakinləri - 2011-ci il təvəllüdlü Manaflı Əli Vüsal oğlu və onun qardaşı, 2009-cu il təvəllüdlü Manaflı Rəva

20 mart
.

Oğlu və nəvəsi məzarı başında... - Foto

2020-ci ilin iyulunda Tovuz döyüşlərində həlak olan Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev atasının xatirəsini yad edib. "Qafqazinfo" -a istinadən verir ki, Elvin Mirzəyev bu ilin yanvarında dünyaya gələn övladı ilə şəhid atasının məzarı önündə çəkdirdiy

21 mart
.

Təzəpir məscidində bayram namazı qılındı (FOTO)

Təzəpir məscidində Ramazan bayramı namazı qılınıb. "Report" xəbər verir ki, bayram namazı 09:00-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin pişnamazlığı ilə qılınıb. Yüzlərlə paytaxt sakininin qatıldığı bayram namazında dualar edilib, Allahdan mərhəmət

20 mart