Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olunub

Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olunubOktyabrın 31-də Dövlət Turizm Agentliyinin (DTA) tabeliyindəki qoruq və müəssisələrdə aparılan bərpa işləri, həmçinin 2025-ci ilin 9 ayı ərzində qoruqları ziyarət edənlərin statistikası təqdim edilib.

Sonxeber.az xəbər verir ki, Palçıq Vulkanları Turizm Kompleksində baş tutan təqdimatda Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğunun ərazisində, o cümlədən qoruqdakı Dairəvi Məbəddə həyata keçirilən bərpa işləri, eləcə də "Kiş" Tarix-Memarlıq Qoruğu ərazisindəki tarixi məsciddə aparılan bərpa işləri haqqında məlumat verib.

Bildirilib ki, "Lahıc" Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində də Qoruq evinin inşası tamamlanmaq üzrədir. "Lahıc" Qoruğunda parkinq zonasının yaradılması üzrə işlər davam etdirilir. Eyni zamanda "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğunda tikinti-bərpa tədbirlərinin yeni mərhələsi çərçivəsində məsciddə, park-muzeydə, həmçinin bəzi obyektlərdə tarixi memarlıq üslubu qorunmaqla işlər aparılır.

Qeyd olunub ki, bu ilin oktyabr ayında Xınalıq kəndi BMT-nin Turizm Təşkilatının "Ən yaxşı turizm kəndi" ("Best Tourism Villages") siyahısına əlavə olunub ki, bu da "Xınalıq və Köç Yolu" Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu üzrə yeni turizm xidmətləri və məhsullarının formalaşmasına töhfə kimi qiymətləndirilir. Məlumat verilib ki, 2020-ci ildən başlayaraq Xınalıqda abidələrin və evlərin bərpası mərhələli qaydada davam etdirilib, zəruri infrastruktur yaradılıb. Kənd sakinlərinin cəlb edilməsi ilə aparılan bərpa və abadlıq işləri məşğulluq imkanlarının genişlənməsinə şərait yaradıb.

Murad Ağabəylinin sözlərinə görə, Palçıq Vulkanları Turizm Kompleksində azərbaycanlı sənətkarların iştirakı ilə milli suvenirlərin hazırlanmasına başlanılıb. Həmçinin kompleksin ərazisindəki palçıq vulkanlarının əsas hissəsində yerləşən qrifon tipli geoloji strukturlarda daha bir neçə palçıq vulkanı yaranıb.

Təqdimatda qoruq və müəssisələri cari ilin 9 ayı ərzində ziyarət edənlərin sayı da açıqlanıb. Məlumat verilib ki, DTA tabeliyində olan qoruqları və muzeyləri 2025-ci ilin 9 ayında ziyarət edənlərin sayında ötən ilin eyni dövrü ilə müqayisədə 25,71 faiz artım olub. 2025-ci ilin üç rübü ərzində Qoruqları İdarəetmə Mərkəzinin tabeliyindəki qoruqları və mədəniyyət müəssisələrini 159 min 171 nəfəri yerli, 547 min 323 nəfəri əcnəbi turist olmaqla 706 min 494 nəfər ziyarət edib. Göstərilən müddət çərçivəsində qoruqları və mədəniyyət müəssisələrini ziyarət edənlərin 77,47 faizini xarici vətəndaşlar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10 faizdən çoxdur.

Ümumilikdə bu ilin 9 ayı üzrə bilet satışından 4 milyon 821 min 346 manat gəlir əldə edilib.
Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olunubDövlət Turizm Agentliyinin tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olunub


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 204   Tarix: 31 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tanınmış aktyor da "Bəy Mamed"dən şikayətçidir: MTK sahibi nə cavab verdi? - Video

Səbail rayonunun Əhəd Yaqubov küçəsi, 17 ünvanında yerləşən "Ulubəy" MTK yaşayış kompleksinin sakinləri bir sıra problemlərlə bağlı narazılıqlarını bildiriblər. Baku TV-yə istinadən xəbər verir ki, sakinlər binada su təminatı ilə bağlı ciddi problem yaşandığını deyiblər. Onlar bildiriblər ki

21 sentyabr
.

Bu köhnə 250 manat hərracda YÜKSƏK QİYMƏTƏ SATILDI - VİDEO

Azərbaycanın 1992-ci ildə dövriyyəyə buraxılmış 250 manatlıq köhnə əskinaslarından biri eBay hərracında 169 avroya, yəni təxminən 329 manata satılıb. Bunu -a Azərbaycanlı numizmat Fərhad Məmmədov bildirib. Onun sözlərinə görə, 250 manatlıq əskinas ilk dəfə 1992-ci ildə təqdim edilib və yalnız bir dəf

20 sentyabr
.

Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?

Yeni tədris ili ilə birlikdə məktəblərdə şagirdlər üçün müxtəlif iş dəftərlərinin alınması məsələsi də gündəmə gəlir. Bəzi hallarda valideynlərdən konkret nəşriyyatın və ya müəllimin tövsiyə etdiyi iş dəftərini almağın tələb edildiyi bildirilir. Halbuki iş dəftərlərinin istifadəsi ilə bağlı rəsmi izahlard

21 sentyabr
.

Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…

Oktyabrın 1-dən Azərbaycanda bəzi internet istifadəçiləri daha çox pul ödəməli olacaq. Hazırda 18 manat və ya daha aşağı olan sabit internet tarifləri 25 manatlıq vahid minimum tarifə keçiriləcək. Dəyişiklik mobil internetə aid deyil, amma minlərlə evin aylıq xərci arta bilər. İnternetin qiyməti niy

20 sentyabr
.

İşsiz şəxslərin diqqətinə: 478 manat...

Bu il sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,7 min nəfər olub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, onların 53,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişini

20 sentyabr
.

TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA

Son dövrlər ictimai nəqliyyatdan, o cümlədən Bakı metrosundan istifadə edən sərnişinlərin sayında müşahidə olunan dəyişikliklər metropolitenin maliyyələşdirilməsi məsələsini yenidən gündəmə gətirir. Metro kimi iri infrastruktur obyektlərinin saxlanılması, qatarların istismarı, texniki xidmət və yen

20 sentyabr
.

Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar

Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil edilir. xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarda qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisidir, onun bütün hüquqlar

21 sentyabr
.

Sosial şəbəkələrdə satılan bu dərmanlarla bağlı TƏHLÜKƏ - XƏBƏRDARLIQ

Son dövrlər sosial şəbəkələrdə arıqlama və çəki azaltma vədi ilə müxtəlif dərman və qida əlavələrinin satışı geniş yayılıb. Mənşəyi, tərkibi və təhlükəsizliyi barədə kifayət qədər məlumat olmayan belə məhsulların istifadəsi ciddi sağlamlıq riskləri yarada bilər. Xüsusilə məhsulun etiketində göstərilməyə

21 sentyabr
.

269 saylı uşaq bağçası baxımsız vəziyyətdədir (VİDEO)

Nə pilləkanı var, nə qapısı, nə də hasarı. Rənglənmiş və yüngülvari dekor edilmiş divarlarından bağçaya bənzətmək olur. Görüntülər Suraxanı rayonundakı 269 saylı körpələr evi uşaq bağçasındandır. Yolu bu ünvandan keçəndə, övladı bu tərbiyə müəssisəinə gələn də, elə ərazidə yaşayanlar da bağçanın həyətini

21 sentyabr