Sərxoş sürücü vəsiqə istəyən polisə sosial media hesabını göstərdi - VİDEO
Kayseri İl Emniyyət Müdürlüğünün Trafik Nəzarət Şöbəsi yol hərəkətində təhlükəsizliyi təmin etmək məqsədilə reydlərini davam etdirir.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Melikgazi rayonunun Cami Kebir məhəlləsində Sur Caddesi üzərində aparılan yoxlama zamanı 31 AAH 648 nömrə nişanlı avtomobilin sürücüsü M.K. saxlanılıb.
Sürücünün ayaqda durmaqda çətinlik çəkdiyi müşahidə olunub və aparılan alkoqol testi zamanı onun sərxoş olduğu müəyyən edilib. Polis əməkdaşları ona qarşı tədbir görmək üçün sürücülük vəsiqəsini tələb etdikdə, M.K. yanında sənəd olmadığını, lakin sosial media hesabını göstərə biləcəyini deyib.
Sürücünün kimliyi daha sonra müəyyən edilib. Məlum olub ki, M.K.-nın sürücülük vəsiqəsi əvvəllər alkoqol testindən imtina etdiyi üçün 2 il müddətinə əlindən alınıb. Bu səbəblə onun hazırda vəsiqəsiz avtomobil idarə etdiyi təsdiqlənib.
M.K.-ya "alkoqollu vəziyyətdə avtomobil idarə etmək" və "vəsiqəsiz avtomobil sürmək" maddələri üzrə ümumilikdə 46 min 621 TL məbləğində inzibati cərimə tətbiq olunub.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 894 Tarix: 05 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Masazırda mənzildə yanğın oldu - VİDEO
Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəl
30 sentyabrBilgəhdə faciəli qəza: Sürücü və sərnişin öldülər
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün saat 2 radələrində paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Kamran Ehtiram oğlu Əliyev "Volkswagen" markalı avtomobili
14 oktyabrLaçın sakini Ağcabədidə niyə boğulub ölüb? - Səbəb
Ağcabədidə balıq tutmağa gedən Laçın sakini göldə boğularaq həyatını itirib. "Unikal"a istinadla xəbər verir ki, hadisə Ağcabədi rayonunun Taxta Körpü ərazisində yerləşən göldə baş verib. Belə ki, Laçın rayonunun Fingə kənd sakini 1974-cü il təvəllüdlü Rafiq Əliyev balıq tutarkən suda boğulub
10 oktyabrTürkiyədə dəhşətli qəza: 11 nəfər həlak oldu, 27 yaralı var - Video
Türkiyədə sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 11 nəfər həlak olub, daha 27 nəfər xəsarət alıb. "Milliyet"ə istinadən xəbər verir ki, hadisə Manisa vilayətinin Akhisar rayonunda qeydə alınıb. Qəza yerinə dərhal təcil
11 oktyabrTurşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqdan xəsarət aldı
Cəlilabad rayonunda qadın bıçaq xəsarəti alıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Göytəpə şəhər sakini ehtiyatsızlıqdan yaşadığı evin pilləkənlərindən yıxılıb. Bu zaman qadının əlində olan mətbəx bıçağı onu
29 sentyabrMəşhur ticarət mərkəzinin girişində sərnişin avtobusu aşdı - Video
Bakıda Sədərək Ticarət Mərkəzinin girişində 194 nömrəli marşrut avtobusu aşıb. "News24"ə istinadən xəbər verir ki, bunu hadisə şahidləri bildiriblər. Qeyd edilib ki, xəsarət alanlar var. Qəzanın yağışlı hava şəraiti üzündən baş verdiyi bildirilir. [youtube]. [/youtube]
3 oktyabr2026-cı ilin ilk doqquz ayında velosiped qəzalarında ölənlərin sayı açıqlandı
"Velosipedçilər yol hərəkətinin müdafiəsiz iştirakçılarıdır və velosipeddə sürücünü qəza zamanı qoruya biləcək konstruktiv təhlükəsizlik elementləri olmadığından, toqquşmalar onlar üçün ağır nəticələnə bilər. Bu səbəbdən velosipedçilərin yol hərəkəti qaydalarına əməl etməsi, velosipedlərinin texnik
11 oktyabrYeniyetmə oğlan infarktdan öldü
Goranboy rayonunda 17 yaşlı oğlan ürək çatışmazlığından ölüb. -ın məlumatına görə, hadisə rayonun Aşağı Ağcakənd qəsəbəsində baş verib. Qəsəbə sakini - 2009-cu il təvəllüdlü Qasım Ziyəddin oğlu Musayev yaşadığı evdə qəfil infarkt keçirib. O, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılı
1 oktyabr