Tarixi ədalətin Zəfəri!

Tarixi ədalətin Zəfəri!Ermənistanın artan hərbi təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatları ilə başlayan Vətən müharibəsi Azərbaycan torpaqlarının azad edilməsində yeni mərhələnin başlanğıcı oldu. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müharibənin ilk günlərindən tarixi torpaqlarımızı, strateji ərazilərimizi və yüksəkliklərimizi işğaldan azad edən rəşadətli Ordumuz tariximizə Zəfər gününü yazdı. Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə rəhbərliyi dövründən - 2003-cü ildən başlayaraq işğal altında olan ərazilərimizin azad olunması istiqamətində həyata keçirilən tədbirlər bir amala xidmət edirdi: torpaqlarımızı azad edək! Dövlət başçımızın çıxışlarının birində bildirdiyi kimi, "Mən işğal dövründə deyirdim, bir neçə dəfə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq". 2003-2020-ci illər ərizində Azərbaycanın iqtisadi qüdrətinin artırılması, beynəlxalq nüfuzunun güclənməsi istiqamətində atılan addımlar, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsi kimi məsələlər prioritet olaraq diqqətdə saxlanıldı. Xalq-iqtidar birliyi gücləndi və bir yumruq olaraq birləşməyi bacardı. Uzun illər ərzində danışıqlar masasında prinsipiallıq göstərən Azərbaycan münaqişənin sülh yolu ilə həllinə nail olmağa çalışsa da buna nail ola bilmədi.
Münaqişənin nizamlanması üçün 1992-ci ildə təsis olunmuş ATƏT-in Minsk qrupu fəaliyyəti dövründə problemin həllinə yox, dondurulmasına çalışıb və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalıb. Dünyanın mötəbər beynəlxalq təşkilatı olan BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirdi, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətləndi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qaldı. Ordu quruculuğu Prezident İlham Əliyevin siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bu illər ərzində dövlətin büdcə xərclərinin əsasını da hərbi xərclər təşkil edib və Ordunun döyüş qabiliyyəti möhkəmləndirilib, yüksəldilib, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edilib. "Mən işğal dövründə dəfələrlə deyirdim ki, bizim üçün birinci vəzifə ərazimizin bərpasıdır, ərazi bütövlüyümüzün təmin edilməsidir. Deyirdim ki, əgər danışıqlar nəticə verməsə, biz güc tətbiq edərək öz tarixi torpaqlarımızı azad edəcəyik. Əfsuslar olsun ki, mənim sözlərimə bəziləri laqeyd yanaşdı. Ermənistan və onun xarici havadarları hesab edirdilər ki, onlar bizim torpaqlarımızı işğal altında əbədi saxlayacaq", - deyə cənab Prezident bildirib. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə Zəfər yürüşünə başlaması və qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək qələbə qazanması tariximizə yeni salnamə əlavə etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika döyüş meydanında Azərbaycan Ordusunun "Dəmir Yumruq" əməliyyatını sürətlə və az itki ilə həyata keçirməyə imkan verdi. Döyüş meydanında əməli təsdiqini tapan "Qarabağ Azərbaycandır və nida" ifadəsi haqqın və ədalətin Zəfəri oldu. Bu gün artıq Azərbaycan möhtəşəm tarixi gününün - 8 Noyabr Zəfər gününün beşinci ildönümünü qeyd edir.
2020-ci ilin noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. 2020-ci ilin 8 noyabr tarixi - Şuşanın işğaldan azad edildiyi gün bütün Azərbaycan xalqı üçün Zəfər günü kimi günü yadda qaldı. Noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin birgə bəyanatı imzalandı və bu mahiyyət etibarilə Ermənistanın kapitulyasiyası idi. "Müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi. Müharibə də uğurla başa çatdı", - deyə Prezident bildirmişdir.
Azərbaycan tərəfi qanunsuz erməni qüvvələrinin mövcudluğuna son qoymaq və bütün ərazilərində tam suverenliyi bərpa etmək məqsədilə, 2023-cü ilin sentyabrında Qarabağ bölgəsində 24 saat ərzində antiterror tədbirləri həyata keçirdi. Azərbaycan Ordusunun Qarabağda başlatdığı ötən ilin 19 sentyabr tarixindəki lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi, separatçıların təslim olması növbəti qələbəmiz oldu. Azərbaycan Ordusu müasir hərbi texnologiyaları döyüş şəraitində uğurla tətbiq etməklə Ermənistanın Qarabağdakı bütün hərbi infrastrukturunu və hərbi texnikasını sıradan çıxardı.
Azərbaycan Ordusu döyüş meydanında böyük şücaət, qəhrəmanlıq göstərərək düşmən üzərində qələbə çaldı. Əməliyyat zamanı Azərbaycan Ordusu müasir hərbi texnika və yüksək dəqiqlikli vasitələrdən istifadə edərək strateji mövqelərdə yerləşdirilmiş qanunsuz erməni silahlı qüvvələrini sıradan çıxardı. Beləliklə, Ağdərə, Xoçavənd, Xocalı və Xankəndidən separatçıların qovulması ilə ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam bərpa olundu. Təbii ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin modernləşdirilməsi, müasirləşdirilməsi, eləcə də, maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində kifayət qədər əhəmiyyətli işlər reallaşdırılır. Məhz bunun nəticəsidir ki, Azərbaycan Cənubi Qafqaz regionunda ən güclü orduya malik ölkə statusunu daşıyır. Tarixi ədalət bərpa olunub və bölgədə sülh və sabitlik üçün geniş imkanlar mövcuddur. Regionda yeni reallıqlar yaranıb.
Bu gün Şuşada, Laçında, Füzulidə bütövlükdə Azərbaycan ərazisinin hər bir məkanında Azərbaycan bayrağı dalğalanır. 2023-cü ilin oktyabrın 15-də Müzəffər Ali Baş Komandan İlham Əliyev üçrəngli Azərbaycan Bayrağını Xankəndidə, Ağdərədə, Xocalıda və Xocavənddə ucaldaraq xalqımıza tam qələbə xəbərini verdi. Tarixi ədalət bərpa olundu və bu gün Azərbaycan torpaqlarında üçrəngli bayrağımız dalğalanır.
Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, şəhid ailələrinə dövlətimiz tərəfindən sosial qayğılarının həll edilməsi üçün ardıcıl olaraq zəruri tədbirlər görülür. Onların həyat şəraitinin yaxşılaşmasına, ictimai hüquqlarının bərpa olunmasına şərait yaradılıb. Onlar üçün qanunvericilikdə nəzərdə tutulmuş imtiyaz və müavinətlərin icrası təmin olunur, bu istiqamətdə yeni sosial dəstək proqramları həyata keçirilir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm tarixi Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırığına əsasən, şəhidlərimizin ailə üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək tədbirləri davamlı olaraq həyata keçirilir. Şəhid ailələrinə, qazilərimizə diqqət və qayğı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm istiqamətlərindən biridir. Bütün görülən tədbirlər respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə yenilməz rəşadət və misilsiz vətənpərvərlik nümunəsi göstərən vətən oğullarımıza və onların ailələrində dövlətin qayğısı və həssas yanaşmasının göstəricisidir. Xalqımız böyük qələbə əzmi ilə möhtəşəm bir günü - 8 Noyabr Zəfər gününü qeyd edir.

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 658   Tarix: 06 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kərim Vəliyev Türkiyədə - Əməkdaşlıq məsələləri müzakirə olunacaq

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasında rəsmi səfərdədir. Müdafiə Nazirliyindən -a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Respublikasının hərb

12 sentyabr 2021
.

Mehriban Əliyeva Xocavənddən paylaşım edib - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocavənd rayonundan paylaşım edib. xəbər verir ki, Mehriban Əliyeva özünün instaqram səhifəsində Prezident İlham Əliyevin Xocavənd rayonundakı fotosunu paylaşıb. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-preziden

29 avqust 2021
.

Azərbaycan və Türkiyə birgə hərbi layihəyə start verib

Azərbaycan Ordusuna dəstək məqsədilə Ermənistan işğalından azad edilən bölgələrdə mina axtarışı və zərərsizləşdirilməsi fəaliyyətləri davam edir. xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin təşkil etdiyi mətbuat konfransında bildirilib. Qurum rəsmisinin sözlərinə görə, ölkənin Silahlı Qüvvələr

5 sentyabr 2021
.

Paşinyan Ərdoğana cavab verdi: "Hazırıq"

Ermənistan hakimiyyəti Türkiyə ilə münasibətlərin normallaşdırılmasına hazırdır. Trend-ə istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. O bildirib ki, Türkiyə Prezidenti də ölkələr arasında münasibətlərin tənzimlənməsi məsələsi ilə bağlı öz fikirlərini bildirib

8 sentyabr 2021
.

"Biz Ararat Mirzoyanın arzusunu ürəyində qoymayacağıq" - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın yeni təyin olunan XİN rəhbəri Ararat Mirzoyanın, Sergey Lavrovla görüşü zamanı "Qarabağın statusu" ilə bağlı qərar verilməyənə qədər Azərbaycan tərəfi ilə heç bir sülh müqaviləsi imzalanmayacaq" tərzindəki sərsəm açıqlaması Azərbaycan cəmiyyətind

2 sentyabr 2021
.

Rusiya Azərbaycanın şərtlərini qəbul edib - Eskpertən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Lavrovla Mirzoyanın görüşündə əsas diqqətçəkən məqamlardan biri də birgə mətbuat konfransında Rusiya XİN başçısının erməni diversantlarla bağlı açıqlaması və Ermənistan XİN rəhbərinin dəfələrlə Qarabağın "status"u məsələsini qaldırmasına baxmayaraq, Lavrovu

2 sentyabr 2021
.

"O, ermənipərəst mövqedən çıxış edirdi" - Deputatdan AÇIQLAMA

Rüstəm Muradov xidməti vəzifəsini bitirdikdən sonra onun ardınca səslənən söz-söhbətlər bitib-tükənmək bilmir. İstər Azərbaycan tərəfi, istərsə də Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımız, Muradovun komandanlıq etdiyi sülhməramlı qüvvələrin fəaliyyətindən narazılıq göstəriblər. Mövzu ilə bağl

8 sentyabr 2021
.

Azərbaycan XİN səssizliyini pozdu: Rusiyaya etiraz edildi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Rusiyanın ticarət sahəsində vahid informasiya sisteminin rəsmi internet səhifəsində ( ) Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlıların təminatı ilə əlaqədar tender elanı ilə bağlı yerləşdirilmiş məlumatda qondarma "Dağlıq Qarabağ Respublikası"

4 sentyabr 2021
.

İlham Əliyev və xanımı Şuşada "Qarabağ" hotelinin açılışında

Avqustun 29-da Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan "Qarabağ" hotelinin açılışı olub. Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Qeyd edək ki, 1980-cı ild

29 avqust 2021