"Həmin gün çoxsaylı telefon danışıqları baş tutmuşdu" - Video
"Noyabrın 8-nə yaxın tarixlərdə Ermənistan artıq bizim şərtlərimizi qəbul etməyə hazır idi. Lakin əsas razılaşdırılmayan məsələ Şuşa ilə bağlı idi. Prezidentin bu məsələdə mövqeyi son dərəcə qəti və prinsipial idi: "Şuşasız bu məsələ həll oluna bilməz, Şuşa müzakirə mövzusu deyil". O dövrdə Azərbaycan xüsusi təyinatlı qüvvələri artıq Şuşaya daxil olmuşdu. Şəhərin tam azad olunması və ərazinin təmizlənməsi prosesi isə təxminən iki gün çəkdi".
"Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İTV-də yayımlanan "Təmas xətti" verilişində danışıb.
Nazirin sözlərinə görə, sonradan Ermənistan hərbi birləşmələri geri alma cəhdlərinə baxmayaraq, artıq prosesin istiqaməti aydın idi:
"Noyabrın 8-dən etibarən intensiv təmaslar başlandı, 9-u səhər saatlarından gecəyə qədər danışıqlar davam etdi. Prosesin gedişində iki Prezident – Vladimir Putin və İlham Əliyev birbaşa əlaqə saxlayaraq əsas məqamları şəxsən müzakirə edirdilər. Daha sonra razılaşdırılmış detallar Xarici İşlər Nazirlikləri vasitəsilə rəsmiləşdirilir, prezidentlərin diqqətinə təqdim olunur və növbəti telefon danışığı həyata keçirilirdi. Həmin gün ərzində çoxsaylı telefon danışıqları baş tutmuşdu".
Daha ətraflı videomaterialda:
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 631 Tarix: 08 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan Prezidenti: "Bizi müharibəyə Ermənistan məcbur edib"
"Müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev AQEM-i
15 oktyabrPrezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib - Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Bəhreyn Krallığının xarici işlər naziri Əbdüllətif bin Rəşid Al Zayanini qəbul edib. AZƏRTAC-a istinadla xəbər verir ki, qonaq Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifənin salamlarını dövlətimizin başçısına çatdırıb və qeyd etdi ki, Kra
14 oktyabrPrezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub
Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə görüşü olub. AZƏRTAC xəbər verir ki, görüş zamanı İsrail Prezidenti Azərbaycanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi münasibətilə təbrik etdi
14 oktyabrİlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - Foto
Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb. Dövlətimizin başçısı tədbirdə çıxı
15 oktyabr