Bəhruz Məhərrəmov: "Üç dövlətin tərəfdaşlığı regionun gələcəyində mühüm rol oynayacaq"

Bəhruz Məhərrəmov: "Üç dövlətin tərəfdaşlığı regionun gələcəyində mühüm rol oynayacaq""Zəfərimizin ədalətli xarakterini nəzərə alsaq, yəni Azərbaycan Respublikasının hərbi-siyasi qələbələri ilə regionda işğala və təcavüzə son qoyması, tam bərabərhüquqlu əməkdaşlıq mühitini ehtiva edən, sülhə və sabitliyə əsaslanan, beynəlxalq hüququn aliliyinin rəhbər tutulduğu konfiqurasiyanın formalaşması fonunda, heç şübhəsiz ki, bu hərbi parad yeni reallığın güc mərkəzi olan ölkəmizin artan qüdrətinin göstəricisi olmaqla bərabər, dünyaya sülh, sabitlik, qarşılıqlı etimad vəd edən çağırış kimi qiymətləndirilə bilər".

Bu sözləri Oxu.Az-a açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, bu prosesdə qardaş Türkiyə və Pakistan liderlərinin Azərbaycanı tək qoymaması və zəfər paradında iştirakı, əslində həmin dövlətlərin bu regionda sülhə və sabitliyə aparan konfiqurasiyanı dəstəklədiklərini göstərir:

"Sirr deyil ki, Azərbaycan Respublikası müharibənin ilk saatlarından hər iki qardaş dövlətin açıq bəyanatlarla ifadə olunan siyasi dəstəyini görüb və bu savaşın gedişatında Azərbaycana güc və diplomatik imkanlar açıb. Təbii ki, Azərbaycan Prezidenti də istər parad zamanı, istərsə də daha öncəki çıxışlarında bu nüansa dəfələrlə toxunaraq məmnunluq ifadə edib.

Bu gün, əgər Azərbaycanın beynəlxalq hüququn aliliyi şəraitində ümumbəşəri dəyərləri rəhbər tutaraq dünya xalqları ilə sülh və əmin-amanlıq şəraitində yaşamaq niyyəti, həmçinin beynəlxalq münaqişələrin həlli üsulu kimi, habelə digər dövlətlərin ərazi bütövlüyünə qəsd vasitəsi kimi müharibələri rədd etməsi fonunda, əminliklə deyə bilərik ki, üç dövlətin tərəfdaşlığı birmənalı şəkildə heç bir subyektə qarşı yönəlməyib, yalnız və yalnız daha təhlükəsiz bir dünya qurulmasına yönəlmiş birlik kimi çıxış edir.

Bu mənada, əmin şəkildə deyə bilərik ki, Azərbaycan, Türkiyə və Pakistanın hərbi, siyasi və digər sahələrdə tərəfdaşlığı bu bölgədə sülhün, təhlükəsizliyin qarant amillərindən biri kimi çıxış edir".

Deputatın sözlərinə görə, liderlərin də çıxışlarında ifadə olunan mövqedən görünür ki, bu tərəfdaşlıq yalnız bizim deyil, bütövlükdə bölgənin gələcək taleyində, region dövlətlərinin suverenliyinin, müstəqilliyinin qorunmasında, əməkdaşlıq mühitinin dərinləşməsində və etimad quruculuğu prosesində mühüm rol oynaya biləcək bir potensiala malikdir.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 682   Tarix: 10 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr