Muxtar Babayev: "Bakıdan Belemə gedən yol qlobal həmrəyliyin və etimadın bərpasının rəmzinə çevrildi"

Muxtar Babayev: "Bakıdan Belemə gedən yol qlobal həmrəyliyin və etimadın bərpasının rəmzinə çevrildi"Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayev COP30-un açılış mərasimində çıxışı zamanı COP29-un nəticələrindən, "Bakıdan Belemə" yol xəritəsindən və yeni maliyyə məqsədlərinin əhəmiyyətindən danışıb.

Oxu.Az AZƏRTAC xəbər verir ki, Muxtar Babayev çıxışının əvvəlində COP29-un uğurla keçirilməsində payı olan tərəflərə dərin təşəkkürünü ifadə edib: "Bakıdan Belemə gedən bu səfəri mümkün edən hər kəsə səmimi minnətdarlığımı bildirirəm. İlk növbədə, Azərbaycanın Prezidenti İlham Əliyevə təşəkkür edirəm. Onun uzaqgörən liderliyi və COP-u Qafqaza gətirmək, regional əməkdaşlığı gücləndirmək istiqamətindəki təşəbbüsləri bizə yaşıl enerji, həm də sülhün yaşıl cücərtilərini bəxş etdi", - deyə Muxtar Babayev vurğulayıb.

Muxtar Babayev COP29 komandasına, danışıqlarda iştirak edən nümayəndələrə, Gənclər və Yüksəksəviyyəli İqlim Çempionlarına, Katibliyə, Birləşmiş Ərəb Əmirlikləri və Braziliya nümayəndəliklərinə, eləcə də COP30-un yeni prezidenti, səfir Andre Korreya du Laqoya təşəkkür edib.

O qeyd edib ki, COP29 zamanı regionun ekoloji çağırışları - Xəzər dənizinin kiçilməsi, buzlaqların əriməsi və səhralaşmanın artması - birgə fəaliyyət zərurətini açıq şəkildə göstərdi:

"Biz bu problemlər qarşısında birləşməli idik. Azərbaycanın məqsədi çoxtərəfli diplomatiyanı işlək mexanizmə çevirmək və ədalətli vasitəçi kimi ən yüksək səviyyədə nəticə əldə etmək idi. Biz ön cəbhədə dayanan ölkələrə və icmalara dəstək göstərməyi mənəvi borcumuz hesab etdik".

Muxtar Babayev çıxışında COP29-un ən böyük nailiyyətlərindən biri kimi Bakı Maliyyə Məqsədini (Baku Finance Goal) xüsusi vurğulayıb:

"Çoxları bunun mümkün olmayacağını düşünürdü, lakin biz BMT tarixində ən böyük maliyyə öhdəliyini qəbul etdik. Bu məqsəd növbəti onillikdə Qlobal Cənuba göstəriləcək dəstəyin əsas istiqamətini müəyyənləşdirəcək".

M.Babayev bildirib ki, bu məqsəd hər kəsi tam qane etməsə də, çoxtərəfli sistemin sabitliyinin qorunması baxımından həlledici əhəmiyyət daşıyırdı:

"Bu, ya dönüş nöqtəsi, ya da itirilmiş fürsət ola bilərdi. Biz irəli addımladıq və sistemi sarsıtmaq əvəzinə, onun dayanıqlığını möhkəmləndirdik".

COP29 prezidenti bəyan edib ki, artıq bəhanələrə yer yoxdur və donor ölkələr üzərlərinə götürdükləri öhdəlikləri tam yerinə yetirməlidirlər:

"Biz zərbə altında olan icmalardan gözləntilərini azaltmağı xahiş etdik. İndi eyni ciddiyyətlə donor ölkələrdən də öhdəliklərini tam yerinə yetirmələrini tələb edirik. İnkişaf etmiş ölkələr bu prosesdə liderlik etməlidirlər".

Muxtar Babayev COP29 zamanı qəbul edilən maliyyə istiqamətlərini də xatırladıb:

"Biz donor ölkələrə "hesab-faktura" təqdim edirik. Bu sənəd onların artıq verdikləri vədləri və yerinə yetirməli olduqları əsas mərhələləri əhatə edir. 2025-ci ilə qədər adaptasiya maliyyəsinin ikiqat artırılması, 2030-cu ilə qədər isə BMT iqlim fondlarının üçqat artırılması vacibdir. Həmçinin 2035-ci ilə qədər 300 milyard dollarlıq maliyyə öhdəliyinin icrası üçün donor ölkələr konkret planlarını dərc etməlidirlər".

Muxtar Babayev vurğulayıb ki, Bakı Maliyyə Məqsədi qlobal gündəmin ayrılmaz hissəsi olaraq qalacaq:

"Keçmiş vədləri yerinə yetirməklə biz çoxtərəfli sistemə inamı bərpa edirik, etimadsızlıq divarlarını dağıdırıq və COP prosesinə yeni məqsədlilik qazandırırıq".

Muxtar Babayev "Bakıdan Belemə" yol xəritəsini xatırladaraq qeyd edib ki, bu sənəd 1,3 trilyon dollarlıq iqlim maliyyəsinin yönləndirilməsi üçün konkret və real çərçivə təqdim edir:

"Bu xəritə göstərdi ki, qlobal siyasi iradə və həmrəylik sayəsində mümkün olmayan yoxdur".

Muxtar Babayev çıxışını COP prezidentlikləri arasındakı tarixi ötürmənin əhəmiyyətini vurğulamaqla tamamlayıb:

"Paris Qaydalar Toplusunun bağlanması ilə yeni bir onilliyə - icra mərhələsinə daxil oluruq. Bu artıq müzakirə deyil, tətbiq dövrüdür. COP30 bu yeni dövrün ilk tam icra sammitidir və biz Braziliya ilə birlikdə onu uğurla həyata keçirməyə hazırıq".

Muxtar Babayev nitqini həmrəylik çağırışı ilə yekunlaşdırıb:

"Azərbaycan hələ də sizinlədir. Biz Braziliyanı dəstəkləyirik və birlikdə yaşıl, dayanıqlı gələcək naminə verdiyimiz bütün vədləri yerinə yetirəcəyik".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 643   Tarix: 10 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Hikmət Hacıyevin Xankəndi səfərinin ayrıca siyasi çəkisi var" - AÇIQLAMA

"Hikmət Hacıyevin Xankəndiyə səfərinə son dövrdə xarici diplomatların və beynəlxalq nümayəndələrin Qarabağa, xüsusilə Xankəndiyə səfərləri fonunda yanaşmaq daha doğru olar. Çünki burada söhbət yalnız ayrı-ayrı səfərlərdən deyil, Azərbaycanın suverenliyinin və postmünaqişə reallığının beynəlxal

11 sentyabr
.

Şahbaz Şərif oktyabrda Azərbaycana səfər edəcək

Pakistanın Baş naziri Şahbaz Şərif oktyabrda Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə "Report"a Qarabağ bölgəsinə səfər edən Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin bildirib. Diplomatın sözlərinə görə, Ş.Şərif Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəni

11 sentyabr
.

İlham Əliyev Tacikistan Prezidentinə təbrik məktubu göndərdi

Prezident İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona təbrik məktubu göndərib. Qaynarinfo xəbər verir ki, məktubda deyilir:. "Hörmətli Emoməli Şərifoviç,. Tacikistan Respublikasının dövlət müstəqilliyinin 35 illiyi münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımda

9 sentyabr
.

Prezident Qaradağda açılışda - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün paytaxtın Qaradağ rayonunda "Fabriora Group" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və "Fabrior

10 sentyabr
.

"Bişkek diplomatiyası: İlham Əliyevin ŞƏT sammitində iştirakı Azərbaycana yeni imkanlar qazandırır" - DEPUTAT

"Prezident İlham Əliyevin keçirdiyi görüşlər Azərbaycanın çoxvektorlu xarici siyasətinin və artan beynəlxalq nüfuzunun növbəti göstəricisidir. Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısında iştirakı ölkəmizi

2 sentyabr
.

İlham Əliyev: "Azərbaycan ilə Esvatini arasında münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb"

Prezident İlham Əliyev Esvatininin Kralı Əlahəzrət II Msvatiniyə Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb. -a istinadən həmin məktubun mətnini təqdim edir:. "Əlahəzrət,. Esvatini Krallığının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımda

6 sentyabr
.

"Daşınmaz əmlakın dövlət kadastrının aparılması qaydaları" təsdiqlənib

Torpaq və Mülki məcəllələrdə, "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında", "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Azərbaycan Respublikasının Mülki Məcəlləsind

2 sentyabr
.

Azərbaycanla BMT arasında imzalanmış Töhfə Sazişi təsdiq edildi

"Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı arasında "Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonunda ağıllı, davamlı və inklüziv yaşayış məntəqələrinə doğru - Dayanıqlı şəhər inkişafı üçün inteqrə olunmuş ərazi planlaşdırması"

10 sentyabr
.

Azərbaycanla Qırğızıstan arasındakı memorandum təsdiq edildi - FƏRMAN

"Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Qırğız Respublikasının Milli Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" təsdiqlənib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Qeyd edək ki, sənə

2 sentyabr