"Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın müstəqil dövlət quruculuğu sahəsindəki ən böyük nailiyyətlərdən biridir" - DEPUTAT

"Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın müstəqil dövlət quruculuğu sahəsindəki ən böyük nailiyyətlərdən biridir" - DEPUTAT"Azərbaycan Respublikasının dövlətçilik tarixində mühüm əhəmiyyətə malik olan 12 noyabr tarixi müstəqil Azərbaycan Respublikasının hüquqi, demokratik və dünyəvi dövlət kimi inkişafının əsasını qoyan əsas qanunumuz – Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olunduğu gündür.
Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmişdir. Bu hadisə, Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra öz milli dövlət quruculuğunu hüquqi əsaslar üzərində formalaşdırmasının parlaq göstəricisidir.Azərbaycan Respublikasının dövlətçilik tarixində Konstitusiyanın qəbul edilməsi və onun inkişaf etdirilməsi prosesi Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində formalaşmışdır. Bu iki böyük dövlət xadiminin fəaliyyəti nəticəsində ölkəmizdə hüquqi dövlət quruculuğu, demokratik dəyərlər və vətəndaş cəmiyyəti prinsipləri ardıcıl şəkildə həyata keçirilmişdir".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Pərvanə Vəliyeva danışıb.

O, açıqlamasında qeyd edib ki, Azərbaycan Respublikasının müstəqilliyini bərpa etməsindən sonra ölkənin siyasi və hüquqi sisteminin formalaşdırılması qarşısında duran ən vacib məsələlərdən biri yeni Konstitusiyanın qəbul edilməsi idi:

"1995-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Konstitusiya Komissiyası yaradıldı. Komissiyanın məqsədi müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruluşunun əsasını təşkil edəcək milli Konstitusiyanın layihəsini hazırlamaq idi. Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan layihə ictimai müzakirəyə çıxarılmış, xalqın təklifləri nəzərə alınmış və 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilmişdir. Bu sənəd Azərbaycan dövlətçiliyinin hüquqi bünövrəsini yaratdı, müstəqilliyin dönməzliyini təsbit etdi və xalqın iradəsini ifadə edən ilk demokratik Konstitusiya kimi tarixə düşdü.
2003- cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Konstitusiyanın müddəalarının daha da təkmilləşdirilməsi, müasir dövrün çağırışlarına uyğunlaşdırılması istiqamətində ardıcıl islahatlar həyata keçirilmişdir. Prezident İlham Əliyevin dövründə Konstitusiyaya bir neçə dəfə referendum yolu ilə əlavə və dəyişikliklər edilmişdir. Bu dəyişikliklər insan hüquq və azadlıqlarının qorunmasını, idarəetmənin səmərəliliyini və dövlətin demokratik dəyərlər üzərində inkişafını təmin etdi. Konstitusiyaya əlavə edilən müddəalar vətəndaş cəmiyyətinin möhkəmlənməsinə, sosial ədalətin və şəffaf idarəetmənin güclənməsinə xidmət etdi. Həmçinin, bu dəyişikliklər dövlət idarəetməsinin müasir tələblərə uyğunlaşdırılmasına yönəldilmişdi. Yeni institutlar – Birinci vitse-prezident və vitse-prezidentlər vəzifələri təsis edildi. Bununla dövlətin çevik və dayanıqlı idarəetməsi təmin olundu. Bundan başqa, gənclərin siyasi proseslərdə iştirakı genişləndirildi, insan hüquqlarının təminatı gücləndirildi, sosial dövlət prinsipləri daha da möhkəmləndirildi.
Prezident İlham Əliyevin Konstitusiyaya verdiyi bu yeniliklər Azərbaycanın hüquqi-siyasi sisteminin modernləşməsinə, dövlətin idarəçilik strukturunun beynəlxalq standartlara uyğunlaşdırılmasına şərait yaratdı. İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu islahatlar nəticəsində Konstitusiya həm sabitliyin, həm də inkişafın təminatına çevrilmişdir.
Azərbaycan Respublikasının Konstitusiyası dövlətin ali hüquqi qüvvəyə malik əsas qanunudur. Konstitusiya ölkənin siyasi, iqtisadi və sosial sisteminin əsaslarını, dövlət hakimiyyətinin təşkili prinsiplərini, vətəndaşların hüquq və azadlıqlarını müəyyən edir.
Konstitusiya Azərbaycan xalqının dövlətçilik iradəsini, azadlıq və ədalət ideallarını əks etdirən, hüquqi dövlətin bünövrəsini qoyan sənəddir. O, ölkənin hüquqi sisteminin inkişafı üçün istiqamətverici rol oynayır və bütün qanunvericilik aktlarının əsasını təşkil edir".

Deputat onu da vurğuladı ki, Azərbaycan Respublikasının Konstitusiyası həmçinin, vətəndaşların bərabər hüquqlara malik olmasını təmin edir, dövlət hakimiyyətinin xalqın iradəsinə əsaslanaraq həyata keçirilməsini müəyyən edir, hakimiyyətin qanunverici, icra və məhkəmə qolları arasında səlahiyyət bölgüsünü təsbit edir:

"Eyni zamanda dövlətin demokratik, hüquqi və dünyəvi xarakterini birmənalı şəkildə təsdiqləyir. 1996-cı ildən etibarən 12 noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü dövlət səviyyəsində qeyd olunur. Hər il bu gün münasibətilə ölkə üzrə müxtəlif tədbirlər, elmi konfranslar, maarifləndirici layihələr və rəsmi mərasimlər keçirilir.
Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın müstəqil dövlət quruculuğu sahəsində əldə etdiyi ən böyük nailiyyətlərdən biridir. O, Azərbaycan dövlətinin sabitliyinin, suverenliyinin və vətəndaş həmrəyliyinin hüquqi təminatıdır.
12 Noyabr – Konstitusiya Günü, həm milli hüquq sistemimizin təntənəsi, həm də dövlətçiliyimizin möhkəm təməli olan azadlıq, ədalət və bərabərlik ideyalarının bayramıdır".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 619   Tarix: 12 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr