"Konstitusiyanın aliliyinin təmin olunması cəmiyyətin bütün sahələrində hüquqa hörmət mühitinin güclənməsinə xidmət edir" - AÇIQLAMA
Ölkənin ərazi bütövlüyünün və dövlətin suverenliyinin bərpası Azərbaycanın inkişafında yeni bir tarixi mərhələnin əsasını qoyub, həmçinin iqtisadi, sosial və mədəni sahələrlə yanaşı, hüquqi sahədə də islahatlar aparılmasını zəruri edib.
Bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin "Konstitusiya və qanunun aliliyi müasir hüquqi sistemlərdə" adlı beynəlxalq konfransın iştirakçılarına müraciətində yer alıb.
Dövlət başçısı, həmçinin əmin olduğunu bildirib ki, konfransda konstitusiya quruculuğu sahəsində tanınmış mütəxəssislərin iştirakı ilə müxtəlif aktual mövzularda aparılacaq müzakirələr, əldə olunacaq nəticələr Konstitusiyanın aliliyinin təmini, insan və vətəndaş hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi istiqamətində öz töhfəsini vermiş olacaq.
"Prezident İlham Əliyevin "Konstitusiya və qanunun aliliyi müasir hüquqi sistemlərdə" adlı beynəlxalq konfrans iştirakçılarına müraciətində səsləndirdiyi fikirlər müasir Azərbaycanın dövlətçilik fəlsəfəsini aydın şəkildə əks etdirir", - bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:
"Dövlət başçısının vurğuladığı kimi, ərazi bütövlüyünün və suverenliyin bərpası təkcə siyasi və hərbi qələbə deyil, həm də hüquqi və ideoloji yenilənmənin əsasını qoyub. Bu mərhələ Azərbaycanı yeni bir inkişaf trayektoriyasına yönəldib.
Post-müharibə dövründə aparılan islahatların mərkəzində hüquq sisteminin müasirləşdirilməsi dayanır. Çünki güclü dövlət modeli yalnız ədalət və qanunun aliliyi üzərində qurulduqda davamlı olur. Prezidentin mesajında bu prinsip strateji dövlət siyasətinin ayrılmaz hissəsi kimi təqdim edilir. Hüquqi dövlətin formalaşması üçün normativ baza qədər onun tətbiq mədəniyyəti də vacibdir və bu istiqamətdə Azərbaycanda ardıcıl addımlar atılır.
Konstitusiyanın aliliyinin təmin olunması cəmiyyətin bütün sahələrində hüquqa hörmət mühitinin güclənməsinə xidmət edir. Bu, həm insan hüquqlarının, həm də dövlət idarəçiliyinin keyfiyyət göstəricisidir. Konfransın beynəlxalq formatda keçirilməsi isə Azərbaycanın hüquqi islahatlarını qlobal hüquq düşüncəsi ilə sinxronlaşdırmaq baxımından mühüm hadisədir.
Prezidentin çıxışında hüquq və ədalət anlayışlarının dövlət idarəçiliyindəki rolu aydın konturlarla ifadə olunur. Bu yanaşma həm də "güclü dövlət – hüquqa əsaslanan dövlət" konsepsiyasının mahiyyətini təsdiqləyir. Azərbaycan bu gün təkcə ərazi bütövlüyünü deyil, hüquqi suverenliyini də möhkəmləndirən bir mərhələdədir. Beləliklə, Prezident İlham Əliyevin mesajı həm siyasi, həm də hüquqi istiqamətdə Azərbaycanın inkişaf yolunun aydın vizyonunu ortaya qoyur".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ