Məmur təkəbbürdən uzaq olmalıdır
Noyabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyev bir sıra kadr dəyişiklikləri ilə bağlı sərəncamlar imzalayıb. Yeni qərarlara əsasən, bir neçə rayonun icra başçısı və Prezidentin Naxçıvanda səlahiyyətli nümayəndəsi vəzifəsindən azad olunub, onların yerinə yeni təyinatlar həyata keçirilib. Prezident həmçinin yeni təyin olunan kadrları qəbul edib və yerli idarəetmədə məsuliyyət, şəffaflıq və dürüstlük prinsiplərini bir daha xatırladıb.
Son təyinatlar ölkə rəhbərliyinin yerli icra orqanlarında idarəetmə keyfiyyətini yüksəltməyi, bölgələrdə dövlət siyasətinin səmərəli icrasını və korrupsiyaya qarşı mübarizənin qətiyyətli mərhələyə keçdiyinin daha bir təsdiqi idi. Yerdəyişmələrdə və təyinatlarda əsas məqsədin nə olduğu əslində Cənab Prezidentin təyin etdiyi şəxsləri qəbul edərkən söylədiyi fikirlərdə əksini tapıb.
Cənab Prezident məmurlardan gözləntisinin nələrdən ibarət olduğunu açıq şəkildə ifadə etdi və göstərişlərini verdi. Əsas məqsəd odur ki, məmurlar öz vəzifələrini ləyaqətlə, ədalətlə icra etsinlər. Prezident çıxışında məmur davranışının əhəmiyyətinə xüsusi toxundu. O, dövlət qulluqçularının təkəbbür və lovğalıqdan uzaq, təvazökar olmasını tələb etdi: "Məmur özünü xalqdan üstün tutmamalıdır".
Dövlət başçısı eyni zamanda bir daha xatırlatdı ki, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə qətiyyətlə davam etdiriləcək və "heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq".
Bu mesaj İlham Əliyevin rəhbərliyi ilə son illərdə aparılan kadr islahatlarının davamı kimi səsləndi. Artıq bir çox yüksək vəzifəli şəxslərin məhkəmə qarşısında cavab verməsi, dövlət sistemində "özünütəmizləmə" prosesinin reallığını sübut edir.
Prezidentin çıxışında sosial ədalət anlayışı xüsusi yer tutdu. O bildirdi ki, "hər bir bölgədə insanlar görməlidirlər ki, ədalət hər zaman üstünlük təşkil edir". "etimadı doğrultmaq, xalqa xidmət etmək, xalqın rəğbətini qazanmaq" hər bir rəhbərin borcudur.
Bu, təkcə tapşırıq deyil — bu, Prezident İlham Əliyevin müəyyən etdiyi müasir Azərbaycan idarəçilik fəlsəfəsidir. Bütövlükdə, son təyinatlarla ölkə rəhbərliyi yerli icra orqanlarında idarəetmə keyfiyyətini yüksəltməyi, bölgələrdə dövlət siyasətinin səmərəli icrasını və korrupsiyaya qarşı mübarizənin yeni mərhələyə keçməsini hədəfləyir.
İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ