"Qızıl qan": Dünyada cəmi 50 nəfərdə olan ən nadir qan qrupu niyə vacibdir?

"Qızıl qan": Dünyada cəmi 50 nəfərdə olan ən nadir qan qrupu niyə vacibdir?Dünyada indiyədək cəmi 50 nəfərdə "Rh null" adlı son dərəcə nadir qan qrupu müəyyən edilib.

Qaynarinfo xəbər verir ki, bu şəxslərin qan köçürülməsinə ehtiyacı yarandıqda uyğun donoru tapmaq demək olar mümkün olmur. Alimlər bu səbəbdən həmin şəxslərə gələcəkdə istifadə üçün öz qanlarını donduraraq saxlamağı məsləhət görürlər. Bəs "Rh null" qan qrupunun mənşəyi nədir və bu qan laboratoriyada istehsal edilə bilərmi?

"Qızıl qan" adlandırılan "Rh null" qan qrupu hər altı milyon insandan birində rast gəlinir. Alimlər indi bu qan növünü laboratoriya şəraitində yenidən yaradaraq həyatları xilas etməyi ümid edirlər.

Qan köçürülməsi müasir təbabətdə inqilabi dəyişiklik yaradıb. İnsan yaralandıqda və ya əməliyyata ehtiyacı olduqda, başqalarının bağışladığı qan çox vaxt həyat qurtarır. Lakin nadir qan qrupuna malik şəxslər üçün uyğun qan tapmaq böyük çətinlik yaradır. "Rh null" qrupuna sahib insanlar isə bu baxımdan ən çətin vəziyyətdə olanlardandır. Onların qanında təxminən 50 Rh antijenindən heç biri yoxdur, buna görə də yalnız eyni qrupdan qan ala bilirlər. Lakin onların qanı bir çox digər Rh növləri ilə uyğun gəlir və bu səbəbdən "qızıl qan" adlanır.

Mütəxəssislərin fikrincə, "Rh null" qrupundan olan qan, müxtəlif qan tiplərinə sahib insanlara uyğun gəlmə potensialına görə universal donor ola bilər. Xüsusilə xəstənin qan qrupunun bilinmədiyi təcili hallarda, "Rh null" qan allergik reaksiyanın yaranma riskini xeyli azaldır.

Tədqiqatlar göstərir ki, "Rh null" qan qrupu, eritrositlərin səthində yerləşən və Rh antijenlərinin formalaşmasında əsas rol oynayan RHAG adlı züləldə baş verən genetik mutasiyalardan yaranır. Bu mutasiyalar nəticəsində zülalın forması dəyişir və nəticədə digər Rh antijenləri səthdə əmələ gələ bilmir.

Bristol Universitetindən professor Eş Toye və komandası 2018-ci ildə laboratoriyada "Rh null" qanı istehsal etməyə nail olublar. Onlar "Crispr-Cas9" adlı gen redaktə texnologiyasından istifadə edərək, ABO və Rh antijenləri də daxil olmaqla beş əsas qan qrupuna aid genləri deaktiv ediblər. Nəticədə bu şəkildə əldə edilən hüceyrələr bir çox qan növü ilə uyğun olub, hətta "Rh null" və "Bombay" fenotipi kimi çox nadir qruplara da uyğunluq göstərib.

Bununla belə, gen redaktəsi texnologiyaları hələ də bir çox ölkələrdə ciddi şəkildə tənzimlənir və bu cür qanların klinik istifadəyə verilməsi üçün uzunmüddətli sınaqlar tələb olunur.

Professor Toyenin rəhbərlik etdiyi "Scarlet Therapeutics" şirkəti "Rh null" daxil olmaqla nadir qan qruplarından nümunələr toplayaraq laboratoriyada bu hüceyrələrdən çoxsaylı eritrositlər istehsal etməyi planlaşdırır.

2021-ci ildə ABŞ-ın Milvaukee şəhərindəki Versiti Qan Araşdırma İnstitutundan immunoloq Qreqori Denomme və komandası "Crispr-Cas9" texnologiyası ilə insan mənşəli pluripotent kök hüceyrələrdən "Rh null" da daxil olmaqla fərdiləşdirilmiş qan tipləri yaradıblar.

Kanadadakı Laval Universitetindən tədqiqatçılar A pozitiv qan qrupuna malik donorlardan götürülmüş hüceyrələrdə A və Rh antijenlərini silərək O "Rh null" qan hüceyrələri əldə ediblər. İspaniyanın Barselona şəhərindəki alimlər isə "Rh null" donordan alınmış kök hüceyrələri A tipindən O tipinə çevirərək, qanı daha universal hala gətirməyə nail olublar.

Lakin laboratoriyada istehsal olunan qan hələ geniş istifadə üçün hazır deyil. Əsas çətinlik kök hüceyrələrin təbii şəkildə olgun eritrositlərə çevrilməsini təmin etməkdir.

Professor Toyenin rəhbərlik etdiyi RESTORE layihəsi bu istiqamətdə ilk klinik sınaqlardan biridir və laboratoriyada yetişdirilən eritrositlərin sağlam könüllülərdə sınaqdan keçirilməsini nəzərdə tutur.

Alimlərin fikrincə, yaxın gələcəkdə adi qan bağışları hələ də əsas mənbə olacaq. Lakin nadir qan qruplarına malik insanlar üçün laboratoriyada istehsal olunan qan böyük bir inqilab yarada bilər.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 19114   Tarix: 14 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kim daha ağıllıdır: İt, yoxsa pişik həvəskarları?

Pişik sevənlər orta hesabla it sevənlərdən bir qədər daha yüksək intellekt səviyyəsinə malik ola bilər. ABŞ tədqiqatçılarının "itsevərlər" və "pişikaevərlər" arasındakı psixoloji və davranış fərqlərini araşdıran belə bir nəticəyə gəldiyi bildirilir. Qaynarinfo xəbər verir ki, bu barəd

18 may
.

Yüksək performanslı insanlarda dərin tükənmişliyi necə tanımaq olar? - 3 əlamət

Hətta nüfuzlu, təcrübəli və istedadlı mütəxəssislər belə yüksək məhsuldarlığı və özlərinə inamı qorumaqda çətinlik çəkdiklərini etiraf edirlər. Onlar adətən yüksək nailiyyətlərə və vəziyyət üzərində tam nəzarətə öyrəşiblər. Bir çoxu uğursuzluqları özünə qarşı sərt tənqid prizmasından qiymətləndirir

21 may
.

Putinin Çinə səfəri başa çatdı

Rusiya Prezidenti Vladimir Putin Çinə etdiyi ikigünlük rəsmi səfərini başa vurub. "Qafqazinfo" "RİA Novosti"yə istinadən xəbər verir ki, Rusiya lideri Pekini təyyarə ilə tərk edib. Məlumata görə, mayın 19-da Çin paytaxtına gələn Putini hava limanında ölkənin xarici işlər naziri Va

20 may
.

İsrail Livanda "Hizbullah"ın silah zavoduna zərbə endirib

İsrail Müdafiə Qüvvələrinin (IFD) Livanın Bekaa şəhərinə gecə endirdiyi zərbələr nəticəsində "Hizbullah" hərəkatının gizli silah istehsalı obyekti vurulub. "Report" xəbər verir ki, bu barədə IDF məlumat yayıb. "Hizbullah"ın Tir rayonundakı digər infrastruktur obyektlər

23 may
.

Trampdan gündəmi silkələyən növbəti iddia: "Salam, Qrenlandiya!" - FOTO

ABŞ Prezidenti Donald Tramp Qrenlandiya ilə bağlı iddialarını yenidən gündəmə gətirib. xəbər verir ki, Ağ Ev rəhbəri sosial şəbəkə hesabında ada ilə bağlı vəziyyəti əks etdirən status paylaşıb. ABŞ prezidenti paylaşıma diqqətçəkən bir şəkil əlavə edib. Fotokollajda Ağ Ev liderinin dağların arxasında

23 may
.

15 nəfərin öldüyü təyyarə qəzasının - Anbaan görüntüləri

ABŞ-də ötən ilin noyabrın 5-də Kentukki ştatında 15 nəfərin ölümünə səbəb olan təyyarə qəzası ilə bağlı yeni təhlükəsizlik kamerası görüntüləri yayımlanıb. "Qafqazinfo" xəbər verir ki, ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) tərəfindən yayımlanan kadrlarda havaya qalxan yük təyyarəsind

20 may
.

Suda üzə bildiyi deyilmişdi, göldə batdı - Fotolar

ABŞ-də "Tesla Cybertruck" elektromobili ilə Qreypvayn gölünə daxil olan sürücü həbs olunub. "Qafqazinfo" "Electrek" nəşrinə istinadən xəbər verir ki, hadisə Texas ştatında baş verib. Belə ki, yeni aldığı elektromobilin amfibiya rejimini ("Wade Mode") sınaqdan keçirmə

21 may
.

Məşhur müğənnindən polisə qəribə təklif: "Evdə lazanya hazırlamışam" - VİDEO

Dünya şöhrətli müğənni Britney Spears növbəti dəfə qalmaqallı hadisə ilə gündəmə gəlib. xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, polis əməkdaşları tərəfindən saxlanılan məşhur ifaçı avtomobildə reseptsiz dərman preparatları və boş şərab qədəhi ilə aşkarlanıb. Hadisə zamanı Spearsın avtomobildə

22 may
.

Acun Ilıcalı üçün həlledici an: böyük hədəf reallaşa bilər

Türkiyəli media maqnatı Acun Ilıcalıya məxsus olan "Hull City" klubu mühüm oyuna çıxmağa hazırlaşır. türk mediasına istinadən xəbər veir ki, komanda sabah "Middlesbrough" ilə EFL Championship pley-off finalında qarşılaşacaq. Görüşün qalibi Premier League-ə vəsiqə qazanacaq. Bu is

22 may