Türkiyənin daha bir təyyarəsi qəzaya düşdü - Ölən var+Yenilənib

Türkiyənin daha bir təyyarəsi qəzaya düşdü - Ölən var+YenilənibTürkiyəyə məxsus yanğınsöndürən təyyarə radarlardan itib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyə Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi məlumat yayıb.

"Meşə Təsərrüfatı Baş İdarəsinə məxsus iki AT802 yanğınsöndürmə təyyarəsi 12 noyabr saat 10:24-də Xorvatiyanın Zaqreb şəhərinə planlı texniki qulluq üçün Çanaqqaladan yola düşüb. Meteoroloji şəraitə görə iki təyyarə Xorvatiyanın Rejika hava limanında gecələyib.

Onlar bu gün Türkiyə vaxtı ilə saat 17:38-də Zaqreb Hava Limanına yola düşdükdən sonra əlverişsiz hava şəraiti səbəbindən Rejika Hava Limanına qayıdıblar. Qayıdış marşrutu zamanı təyyarələrimizdən biri Rejika Hava Limanına eniş edib, lakin Türkiyə vaxtı ilə saat 18:25-də digər təyyarə ilə əlaqə kəsilib. Məsul pilotumuzu və təyyarəni tapmaq üçün Xorvat bölmələri ilə koordinasiyada axtarış-xilasetmə işlərinə başlanılıb. Təfərrüatlar aydınlaşdıqca ictimaiyyətə məlumat verməyə davam edəcəyik", - məlumatda qeyd edilib.

***

Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı radarlardan itən təyyarənin qalıqlarının tapıldığını və bir pilotun həlak olduğunu açıqlayıb.

"Radio əlaqəsi kəsilən yanğınsöndürmə təyyarəmizin qalıqları Xorvatiyanın Senj şəhəri yaxınlığında tapılıb. Bu faciəli qəzada şəhid olan pilotumuza Allah rəhmət eləsin. Meşəçilik təşkilatımıza və xalqımıza başsağlığı verirəm", - deyə o əlavə edib.

Xatırladaq ki noyabrın 11-də Türkiyə Silahlı Qüvvələrinə məxsus "C-130" tipli təyyarənin qəzaya uğraması nəticəsində 20 hərbçi həlak olmuşdu.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1804   Tarix: 13 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"WSJ": "Google"un neyroşəbəkəsi sınaq zamanı üç şirkətin sisteminə daxil olub

Google şirkətinin Gemini süni intellekt modeli kibertəhlükəsizlik imkanlarının sınağı zamanı müstəqil şəkildə üç real şirkətin qorunan sistemlərinə giriş əldə edib. "Report"un məlumatına görə, bu barədə "The Wall Street Journal" yazıb. Hadisələr may ayında kibertəhlükəsizlik üzr

20 sentyabr
.

ABŞ müttəfiqlərini raket tədarükündə gecikmələr barədə xəbərdar edib

ABŞ-nin müttəfiqləri Vaşinqtonun İranla müharibə zamanı öz silah ehtiyatlarını tükətməsi səbəbindən raket və hava hücumundan müdafiə vasitələrinin tədarükündə gecikmələrlə üzləşə bilər. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrinə istinadən məlumat yayıb. Qey

20 sentyabr
.

Tramp Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb

ABŞ Prezidenti Donald Tramp ölkənin Çin və dünyanın qalan hissəsi üzərində texnoloji üstünlüyünü qorumaq məqsədilə Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb. xəbər verir ki, bu barədə o, "Truth Social" platformasında yazıb. Ağ Ev rəhbəri yaxın vaxtlarda yeni strukturun rəhbərin

20 sentyabr
.

İrandan Fransaya sərt cavab: "Timsah göz yaşları tökməyin"

"Müstəqillik müharibəsi dövründə 1.5 milyon əlcəzairli Fransa tərəfindən qətlə yetirilib. Paris onların yalnız onda birindən azını rəsmən tanıyır və Fransa indiyədək öz müstəmləkə cinayətlərinə görə üzr istəməkdən boyun qaçırır", - deyə nazir qeyd edib. Əraqçı, həmçinin Barronu Minabdakı məktəb

19 sentyabr
.

Cənubi Koreya Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verməyə hazırdır

Cənubi Koreyanın xarici işlər naziri Ço Hyon ABŞ dövlət katibi Marko Rubio ilə görüşündə Seulun Hörmüz boğazında gəmiçiliyin bərpasına əhəmiyyətli töhfə verməyə hazır olduğunu bildirib. Report" xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Yonhap" agentliyi məlumat yayıb. "Ço Rubioy

20 sentyabr
.

Ukrayna və Rusiya arasında mülki şəxslərin mübadiləsi həyata keçirilib

Rusiya və Ukrayna Belarus ərazisində mülki şəxsləri mübadilə edib. "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ali Radanın insan hüquqları üzrə müvəkkili Dmitri Lubinets məlumat verib. Qeyd olunub ki, Ukrayna ümumilikdə 15 nəfəri, Rusiya isə üç nəfəri geri qaytarıb. "Dah

20 sentyabr
.

ABŞ-da ovçu qadını maralla səhv salaraq öldürüb

ABŞ-ın Delaver ştatında 74 yaşlı kişi ov edərkən bir qadını güllələyərək öldürdüyünə görə ittiham olunub. xəbər verir ki, ştat polisinin məlumatına görə, kişi onu maralla səhv saldığını iddia edib. Merilend ştatının Solsberi şəhərindən olan Uolter Murhed, Ellendale şəhərində açıq sahədə güllə yaras

21 sentyabr
.

Ata oğlunu öldürdü, gəlini və nəvəsini yaraladı

Türkiyənin Osmaniye vilayətində dəhşətli hadisə qətl olub. yerli mediaya istinadla bildirir ki, hadisə bu gün səhər saatlarında Sumbas rayonunun Mehmetli qəsəbəsində qeydə alınıb. 66 yaşlı Fevzi Topbaş ilə 41 yaşlı oğlu Aydın Topbaş arasında hələlik məlum olmayan səbəbdən mübahisə yaranıb. Mübahisə böyüdükdə

20 sentyabr
.

Donald Tramp uşaqların az peyvəndlənməsi məsələsində niyə israr edir?

ABŞ Prezidenti Donald Tramp, autizm hallarının sayının azaldılması məqsədilə ölkədə uşaq peyvəndlərinin dozalarının azaldılmasına çalışacağını bəyan edib. xəbər verir ki, o bu barədə Ağ Evdə çıxış edərkən bəyanat verib. Tramp qeyd edib ki, müəyyən preparatlarla vaksinasiya prosesi bir neçə mərhələdə

19 sentyabr