"Dövlətimizin Başçısının təyin etdiyi rəhbərlərdən gözləntiləri aydın və konkretdir: xalqa xidmət etmək" - DEPUTAT

"Dövlətimizin Başçısının təyin etdiyi rəhbərlərdən gözləntiləri aydın və konkretdir: xalqa xidmət etmək" - DEPUTAT"Prezident İlham Əliyevin 12 noyabr 2025-ci ildə Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən Azərbaycanın bölgələrində həyata keçirilən infrastruktur islahatlarının uğurları və qarşıdakı vəzifələr haqqında vacib mesajlar verib. Prezident bir neçə mühüm mövzuya toxundu və rəhbər şəxslərdən, xüsusilə yerli icra hakimiyyətlərindən daha yüksək səviyyədə peşəkarlıq, dürüstlük və sosial ədalət prinsiplərinə sadiqlik tələb etdi. Yeni rəhbərlərə böyük etimad göstərilir və bu etimadı doğrultmaq əsas missiya olmalıdır. Rəhbər vəzifədə olan şəxslər ilk növbədə xalqa xidmət etməlidir. Əsas Qanun - Konstitusiyamızda da qeyd olunduğu kimi, Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Pərvanə Vəliyeva danışıb.

O, açıqlamasında qeyd edib ki, sosial ədalət prinsipinin əsas prioritetlərdən biri olduğunu qeyd edən Prezident, hər bir bölgədə insanların ədalətli bir mühitdə yaşaması üçün lazımi tədbirlərin görülməsini tələb etdi:

"O, kadr seçimində etibarlı və peşəkar şəxslərin seçilməsinin vacib olduğunu, həmçinin, dövlətin rəhbərlik etdiyi bölgələrdəki məmurların bu prinsipə uyğun fəaliyyət göstərməli olduqlarını bildirdi.
Prezident korrupsiyaya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparılmasının vacibliyini vurğuladı. O, qanunsuz hərəkətlərin cəzasız qalmayacağını və hər hansı bir məmurun qanunsuz əməl səbəbindən qanun qarşısında cavab verəcəyini diqqətə çatdırdı. Rəhbər vəzifədə çalışan hər bir məmur təvazökar olmalı və cəmiyyətin xoş münasibətini, hörmətini qazanmalıdır.
Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərdən biri də paytaxt və regionların tarazlı inkişafıdır. Prezident regionların inkişafı məsələsinə də toxundu. Regionlarda iqtisadi aktivliyin daha da artırılması üçün mövcud iş qüvvəsi və bütün resurslar tamamilə iqtisadi dövriyyəyə cəlb edilməlidir. Regionların sürətli inkişafı insanların keyfiyyətli iqtisadi imkanlara və fiziki infrastruktura çıxışı ilə müşayiət olunmalıdır. Regionlar paytaxtla müqayisə oluna biləcək yaşayış standartlarına malik olmalıdır.
Prezident çıxışında Azərbaycan bölgələrində həyata keçirilən infrastruktur islahatlarının mühüm uğurlarını qeyd etdi. O, elektrik enerjisinin bölgələrdə tamamilə normallaşdığını, magistral yolların müasir standartlara cavab verdiyini və içməli su layihələrinin icra edildiyini vurğuladı. Prezident, kənd yollarının təmiri və yeni sosial obyektlərin tikintisinin davam etdirildiyini, bunların regionların sosial-iqtisadi inkişafında mühüm rol oynadığını bildirdi.
Əldə edilmiş tarixi Zəfər nəticəsində işğaldan azad olunmuş ərazilərin ölkə iqtisadiyyatına tam inteqrasiyası Azərbaycanın davamlı inkişafına güclü təkan verəcəkdir. Azərbaycanın əldə etdiyi sosial-iqtisadi və siyasi nailiyyətlər, mövcud potensial və imkanlar 2030-cu ilə qədər olan dövrdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmlənməsinə, müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinin formalaşmasına və dövlətin daha da güclənməsinə zəmin yaradır.
Beləliklə, Azərbaycanın regional inkişafının daha da irəliləməsi, yerlərdəki məmurların peşəkarlığının artırılması, sosial ədalətin təmin edilməsi və ölkə iqtisadiyyatının diversifikasiyası məqsədilə ciddi addımların atıldığını göstərir. Dövlətimizin Başçısının təyin etdiyi rəhbərlərdən gözləntiləri aydın və konkretdir: xalqa xidmət etmək. Əsas prinsip hər bir vəzifəli şəxsin xalqın etimadını doğruldaraq onların rəğbətini qazanmasıdır".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1357   Tarix: 14 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam

Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin

19 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr