"Əminəm ki, ölkə başçısı tərəfindən təyin olunmuş yeni kadrlar onlara göstərilən etimadı doğruldacaq " - DEPUTAT

"Əminəm ki, ölkə başçısı tərəfindən təyin olunmuş yeni kadrlar onlara göstərilən etimadı doğruldacaq " - DEPUTAT"Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbulu zamanı çox mühüm məsələlərə toxundu".

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, cənab prezident İlham Əliyev tərəfindən təyin olunan yeni nümayəndə və başçılar ölkə başçısının onlara göstərdiyi bu böyük etimadı doğruldacaqlar:

"Əlbəttə ki, böyük məsuliyyət böyük işlər tələb edir. İlk növbədə, cənab prezident İlham Əliyevin bütün tapşırıqlarımı yerinə yetirməlidirlər. Ölkə başçısı hər dəfə bölgələrə rəhbər vəzifələrə şəxsləri təyin edəndə verdiyi tapşırıqlar onlar üçün əsas iş prinsipləri ilk növbədə, xalqa xidmət etmək, xalqla bir yerdə olmaqlarıdır. Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır. Həyatda, məişətdə özü, onun yaxın qohumları özlərini elə aparmalıdırlar ki, bizim ümumi işimizə heç bir irad tutulmasın. Əfsuslar olsun ki, bəzi hallarda məmurlar özlərini cəmiyyətdə düzgün apara bilmirlər, ifrat dərəcədə təkəbbürlülük göstərirlər, özlərini hamıdan üstün tutmağa çalışırlar və beləliklə, həm öz nüfuzlarını itirirlər, eyni zamanda, dövlətimizə, dövlətin siyasətinə də ləkə vurmuş olurlar. Bununla bərabər, bəzi hallarda korrupsiyaya, rüşvətxorluğa düçar olurlar. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə, qanun qarşısında cavab verməli olur və belə hallar əfsuslar olsun ki, bu gün də var. Ancaq o da cəmiyyət üçün tam aydındır ki, heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq. Yeni ölkə başçısının da vurğuladığı məmurla ilk olaraq xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaq, kadr siyasətində etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz kadrları seçmək, rəhbərlik edəcəyiniz bölgələrdə onlara olunan etimadı doğrultmadırlar. Əks təqdirdə digərləri kimi lazımi ölçülər götürüləcəkdir.

Bölgələrdə əsas infrastruktur layihələri demək olar ki, başa çatıb. Dövlət xətti ilə, dövlət investisiya proqramları xətti ilə son illər ərzində müsbətə doğru böyük dönüş təmin edilib. Bir neçə regional inkişaf proqramının icrası uğurla nəticələnib. Demək olar ki, əsas infrastruktur istiqaməti olan elektrik enerjisi ilə bütün bölgələrdə vəziyyət tam normallaşıb. Təbii ki, köhnəlmiş infrastrukturun təzələnməsi, təmiri məsələləri var. Ancaq bu problem artıq ciddi problem kimi mövcud deyil. Bizim bütün bölgələrimizdə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə elektrik infrastrukturunun yaradılması güclü potensial yaratmışdır.Magistral yollar tamamilə müasir standartlara cavab verir.
Şəhərlərarası yollar təmirlidir. Kənd yollarının tikintisi üçün hər il lazımi vəsait ayrılır. Deyə bilmərəm, hələ ki, biz istənilən 100 faiz nəticəyə çatmışıq, ancaq bir çox bölgələrdə kənd yollarının təqribən 70-80 faizi təmirlidir və keyfiyyətlidir.

Bütün şəhərlərdə içməli su layihələri icra edilir. Kəndlərdə də içməli su ilə bağlı lazımi tədbirlər görülür, suvarma layihələri icra edilir, yeni su anbarlarının, su kanallarının tikintisi və suvarma ilə bağlı vəziyyət, ümumiyyətlə, müsbətə doğru dəyişir. Bütün digər infrastruktur layihələri, o cümlədən sosial infrastruktur layihələri, məktəb tikintisi, xəstəxanalar, idman obyektləri. Yəni, bu gün Azərbaycanın bölgələrində bütün bu məsələlər öz həllini tapır. Hər bir şəhərdə müasir xəstəxana fəaliyyət göstərir və bütün bunlar, əlbəttə ki, həm böyük vəsait, həm də gündəlik diqqət tələb edir. Bütün bu məsələlər dövlət xətti ilə, dövlət büdcəsi hesabına regionların sosial-iqtisadi inkişafı proqramlarının icrası nəticəsində həll edilib. Əsas prinsip sosial ədalət prinsipidir. Qaldı ki, yerlərdə bu gün hələ də mövcud olan, insanları narahat edən məsələlər öz həllini tapsın. Burada da əsas prinsip sosial ədalət prinsipidir. Hər bir bölgədə, hər bir kənddə insanlar görməlidir və bilməlidir ki, ədalət hər zaman üstünlük təşkil edir. Vaxtilə bölgələrdə proseslərin mənfi istiqamətdə getməsinin səbəbi də məhz mərkəzi icra orqanlarındakı bəzi məmurların xoşagəlməz hərəkətləri və tapşırıqları idi. Artıq o məmurlardan, necə deyərlər, əsər-əlamət qalmayıb".

Deputat vurğulayıb ki, Azərbaycanda məmur korpusunda, xüsusilə mərkəzi icra orqanlarında cənab prezident İlham Əliyevin apardığı uğurlu kadr islahatları nəticəsində vəziyyət böyük dərəcədə sağlamlaşdırılıb:

Bu gün qanunsuz tapşırıqları verən, qanunsuz varlanmanı özləri üçün əsas məqsəd hesab edən məmurlar məhkəmə qarşısında cavab verirlər. Bir çox hallarda torpaqlardan səmərəsiz istifadə edilməsi halları olub, torpaqlar zəbt edilib, torpaqların kateqoriyaları dəyişdirilib. Əkin-biçin üçün yararlı olan torpaqlarda bəzi məmurlar özləri üçün imarətlər inşa ediblər və əlbəttə ki, bütün bunlar qanunsuz hərəkətlərdir.Yerlərdəki bəzi məmurlar məcbur olub o qanunsuz hərəkətləri icra ediblər. Onların, əlbəttə ki, üzərinə düşən məsuliyyət tamamilə başqa yanaşmanı tələb edirdi. Ancaq, eyni zamanda, o da həqiqətdir ki, bəzi hallarda bax, bu qanunsuz əməllərin təməlində harınlamış, acgöz, gözü doymayan mərkəzdə oturan məmurların göstərişləri olub.

Bölgələrdə əlbəttə ki, məşğulluqla bağlı məsələlər əsas prioritetlərdən biridir. Azərbaycanda bütövlükdə məşğulluqla bağlı son illər ərzində çox böyük islahatlar aparılıb, işsizliyin səviyyəsi aşağı düşüb. Ancaq o da həqiqətdir ki, bu gün hələ də bölgələrdən Bakıya, böyük şəhərlərə miqrasiya meyilləri mövcuddur. Bunun müxtəlif səbəbləri var. Miqrasiyanın, kəndlərdən şəhərlərə axının mövcud olması təkcə bizim ölkə üçün xas deyil, inkişaf etmiş ölkələrdə də bu var. Təbii ki, böyük şəhərlərdə imkanlar da genişdir, yaşayış səviyyəsi də daha yüksəkdir. Bütün bunlar başa düşüləndir. Ancaq, eyni zamanda, bölgələrdən şəhərlərə miqrasiyanın səbəblərindən biri də işsizlikdir. Bölgələrdə insanları işlə təmin etmək üçün indi dövlət müxtəlif addımlar atır, müəssisələr yaradılır, sahibkarlara güzəştli kreditlər verilir, özünüməşğulluq proqramı uğurla icra edilir. Artıq on minlərlə insan bu proqramla əhatə olunub. Ona görə yerlərdəki rəhbərlərdən də tələbim odur ki, iş yerlərinin yaradılmasına çalışsınlar, iş adamlarına şərait yaratsınlar. Təbii ki, onlara dəstək vermək lazımdır. Çünki yerli istehsalın inkişafı həm məşğulluq məsələlərini təmin edir, eyni zamanda, yerli istehsalı da gücləndirir. Kənd təsərrüfatı və turizmlə bağlı son müddət ərzində dövlət xətti ilə bir çox önəmli addımlar atılmışdır. Bunu daha da genişləndirmək lazımdır. Xüsusilə turizm üçün cəlbedici olan bölgələrdə bu, iqtisadiyyatın, bölgə iqtisadiyyatının kənd təsərrüfatı ilə birlikdə əsas amilini təşkil etməlidir. Bölgələrdəki ekoloji tarazlıq mütləq qorunmalıdır, ətraf mühitə böyük diqqət göstərilməlidir. Bizim bölgələrimizdə prinsip etibarilə ekologiya ilə bağlı ciddi problemlər yoxdur. Əsas problemlər Bakı şəhərində idi ki, biz bunu uğurla həll edirik. Bakının yeni mənzərəsi bunun əyani sübutudur. Vaxtilə burada ekoloji fəlakət hökm sürürdü. Həm Bakı, həm Sumqayıt ekoloji cəhətdən ən çirklənmiş şəhərlər hesab olunurdu. Bu gün isə bu, belə deyil. Bu gün Bakı, Sumqayıt parklar şəhərləridir. Biz köhnəlmiş müəssisələri köçürdük, neftlə çirklənmiş yerləri abadlaşdırdıq, rekultivasiya etdik, parklar saldıq;

Ən önəmlisi isə Qara şəhəri Ağ şəhərə çevirdik. Bölgələrdə isə əlbəttə ki, ekoloji tarazlığın təmin edilməsi üçün, necə deyərlər, başqa üsullar var. Ona görə burada qanunsuz fəaliyyət daha çox ekoloji ziyan vurur, nəinki neft-qaz sənayesi. Ona görə qanunsuz fəaliyyəti məhdudlaşdırmaq, aradan qaldırmaq üçün mənim tərəfimdən müvafiq göstərişlər verildi, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ki, burada çayların məcralarının dəyişdirilməsi, tikinti üçün lazım olan qanunsuz malların işlənməsi, istehsalı - bütün bunlar tənzimlənməlidir və qanunsuz fəaliyyətə qətiyyən yol verilməməlidir. Bir sözlə, Azərbaycanın bölgələri bu gün ən yüksək standartlara cavab verməlidir. Yenə də deyirəm, son illər ərzində aparılmış işlər nəticəsində bölgələrin canlanmasını hər bir Azərbaycan vətəndaşı əyani şəkildə görür. Doqquz beynəlxalq hava limanı, yenilənmiş, təmir edilmiş və yeni çəkilmiş dəmir yolları, magistral avtomobil yolları, elektrik infrastrukturu, suvarma ilə bağlı, içməli su ilə bağlı olan layihələr, qazlaşdırma. Yəni, bütün bu işləri biz son illər ərzində görmüşük ki, insanlar daha yaxşı yaşasınlar. İnsanlara diqqət göstərmək, onların qayğıları ilə yaşamaq, daim onların arasında olmaq lazımdır. İcra başçıları bütün kəndləri bir-bir gəzib orada - kəndlərdə insanlarla təmasda olmalıdır. Əminəm ki, ölkə başçısı tərəfindən təyin olunmuş yeni kadrlar onlara göstərilən etimadı doğruldacaq və xalqın rəğbətini qazanacaqlar".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 485   Tarix: 14 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu şəxslər Prezidentin fərdi təqaüdünü alacaq - Siyahı

Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Prezidentinin fərd

7 may
.

"Son iki ildə inhisarçılıq dahada güclənib" - vəkil Əkrəm Həsənovla MÜSAHİBƏ

Son iki ildə inhisarçılıq dahada güclənib. Səbəb odur ki, nədənsə Rəqabət Məcəlləsi çox gec qəbul olundu. Deməli kimlərsə maraqlı idiki bu məcəllə gec qəbul olunsun". Bu sözləri BİG.AZ-a müsahibəsində vəkil Əkrəm Həsənov bildirib. Müsahibənin tam versiyasını aşağıdan izləyə bilərsiniz:. Müəllif

6 may
.

Qusarda məşhur şadlıq sarayı BAĞLANDI

Qusarda yanğın təhlükəli şadlıq sarayının fəaliyyəti dayandırılıb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Qeyd edilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Qusar şəhərində yerləşən "Pəri" şadlıq sarayında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliy

7 may
.

"MSDIS Holding"də böhran: Vergi borcu 20 milyon manata çatır

Azərbaycanda inşaat, istehsalat və yanacaqdoldurma sektorlarını özündə birləşdirən "MSDIS Holding" MMC-nin vergi borcu 20 milyon manata çatır. Qaynarinfo-nun məlumatına görə, şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə vergi borcunu

7 may
.

Bu küçədə hərəkət MƏHDUDLAŞACAQ

Bakı şəhəri, Rəşid Behbudov küçəsinin Sahib Zeynalov küçəsindən Abbasqulu ağa Bakıxanov küçəsinə qədər olan hissəsində təmir işləri aparılacaq. Bu barədə -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, bununla əlaqədar olaraq, 8 may saat 22:00-dan 9 may saat 23:00-də

7 may
.

İranda "İsa Məsih" TUTULDU

İranda özünü "İsa Məsih" adlandıran şəxs saxlanılıb. "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, Yəzd əyalətində xristianlığı qəbul edən üç nəfər həbs edilib. Məlumata görə, saxlanılan şəxslər "ev kilsəsi yaratmaq" və "xristianlığı təbliğ etmək"də ittiha

6 may
.

Baytarlıq aptekində istifadə müddəti bitmiş preparatlar aşkarlandı, sahibkar cəzalandırıldı

Ağcabədi rayonunun Hacıbədəlli kəndində fəaliyyət göstərən, Məmmədov Yusif Mərdan oğluna məxsus baytarlıq aptekində yoxlama keçirilib. xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Bildirilib ki, aptekdə yararlılıq müddəti bitmiş baytarlıq preparatlarının satışa çıxarıldığ

6 may
.

SPORT TV-dən dünənki yayıma reaksiya - Açıq yayım hüquqları bizdə deyil

TVNET Platformasına daxil olan SPORT TV, SPORT TV 2 və TVNET SPORT kanalları UEFA-nın nüfuzlu klub turnirləri olan UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası və UEFA Konfrans Liqasının Pay-TV (ödənişli televiziya - kabel tv, iptv, ott və s.) üzrə ölkə ərazisində eksklüziv yayım hüququna sahibdir. Qurumda

7 may
.

Baş nazir bəzi həkimlərin maaşı ilə bağlı QƏRAR İMZALADI

COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb. xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19

6 may