"Muğam" müsabiqəsi"ndə münsiflər eyni xal verirlər, nəyinə baxım?"

"Muğam" müsabiqəsi"ndə münsiflər eyni xal verirlər, nəyinə baxım?"Xalq artisti Alim Qasımov IX "Muğam" Televiziya Müsabiqəsinin finalında yaşanan qalmaqala münasibət bildirib.

Axşam.az xəbər verir ki, bu barədə sənətçi "Daha aydın" layihəsində danışıb. A.Qasımov niyə münsif kimi iştirak etməməsinə aydınlıq gətirib:

"Münsif olmağımla bağlı təkliflər var. Lakin xasiyyətimlə bağlı istəmirəm orada uşaqların xətrinə dəyim və ya münsiflər məndən incisinlər. Sonra özümü danlayıram ki, "bu, sənə lazim idi?". Orada özümdən asılı olmayaraq düz və ya əyrini deməliyəm. O da uşağın atası, əmisi deyəcək ki, "yekə kişisən, onu niyə pərt etdin?". Bunların dərdindən ac qarnım, dinc başım. Bu elə birşeydir ki... Yaxşı ki, tarixin dayısı yoxdur. Mən sağ olanda dayılıq edə bilərəm ki, düşüm tarixə. Amma öləndən sonra tarix dəniz kimi təmizləyib artıqları sahilə atacaq. Tarix var-dövlət, rüşvətlə əmələ gəlmir. Bu sənəti seçmək də olar, müsabiqədə qalib gəlmək də mümkündür, amma nə olsun? İstedad varsa, müsabiqəsiz də bu sənətdə olacaq. İstedad elə bir şeydir ki, Allahdan gəlir. Onun qarşısını heç kəs kəsə bilməz".

Alim Qasımov müsabiqədə həmkarlarının iştirakçılara verdiyi xalları səmimi qəbul etmədiyini vurğulayıb:

"Həmin müsabiqəyə ciddi baxmıram. Seçimlərdə ədalətsizliyin olması ilə bağlı heç nə deyə bilmərəm. Çünki heç baxmıram, qarışmıram da. Çünki ürəklə etmirlər. Biri 9 xal verir, hamı da eyni. Bunun nəyinə baxım? Biri 3, o biri 5, digəri 10 verməlidir. Mübahisəli nəsə olanda deməli orada həqiqət var. Hərənin öz fikri olmalıdır. Orada münsiflər bir-birilərinə hörmət edirlər".

Qeyd edək ki, sözügedən müsabiqənin iştirakçılarından olan Kənan Novruzov yarışmada haqsızlığa uğradığını iddia edib. O, bu il finalda təqdim olunan diplomdan imtina edib.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 853   Tarix: 15 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sibel Canın toy tarixi bəlli oldu

Türkiyəli məşhur müğənni Sibel Canın özündən 11 yaş kiçik iş adamı Emir Sarıgüllə nikah masasına əyləşəcəyi tarix bəlli olub. Axşam.az xəbər verir ki, toy sentyabrın 17-də Muğlanın Marmaris şəhərində keçiriləcək. Məclisdə 500 nıfırin iştirakı gözlənilir. Qeyd edək ki, cütlük uzun müddətdir sevgilidir

6 sentyabr
.

Oğlu birinci sinfə gedəcək, özü isə tələbə oldu

Məşhur aparıcı Elnarə Təhməzova bu il həyatında yeni və maraqlı bir səhifə açıb. "Qafqazinfo" xəbər verir ki, o, Bakı Dövlət Universitetinin (BDU) Psixologiya fakültəsinə qəbul olunaraq yenidən tələbə adını qazanıb. Televiziya rejissorluğu üzrə həm bakalavr, həm də magistr təhsili olan E.Təhməzov

27 avqust
.

Firuzə İbadova xəstəxanaya yerləşdirilib

Əməkdar artist Firuzə İbadova xəstəxanaya yerləşdirilib. Axşam.az xəbər verir ki, bu haqda aparıcı Elgiz Əkbər yutubdakı verilişində deyib. O bildirib ki, müğənninin vəziyyəti ağırdır. Daha sonra F.İbadovanın qızı Hülya verilişə zəng edərək "Əməliyyat olunub, reanimasiyaya yerləşdirilib. Vəziyyət

9 sentyabr
.

Xalq artistinin 1 yaşlı nəvəsi - Foto

Xalq artisti Simarə İmanova nəvəsi Hüseynəli ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, müğənni nəvəsi ilə fotosunu yayımlayaraq Gədəbəydə istirahət etdiyini bildirib. Qeyd edək ki, Hüseynəli ifaçının oğlu Məhəmmədin övladıdır

2 sentyabr
.

Ayseldən Murad Adıgözəlzadə ilə bağlı xəbərə reaksiya

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadənin səhhətində problem yaranıb. Axşam.az-ın məlumatına görə, Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində bununla bağlı paylaşım edib. Paylaşıma şərh yazanlar arasında M.Adıgözəlzadənin keçmiş həyat yoldaşı, müğənni Aysel Teymurzad

5 sentyabr
.

Fatma Mahmudova qızının nişanını qaytardığını açıqladı

Xalq artisti Fatma Mahmudovanın qızı Nigar Tofiqqızının nişanını qaytardığını açıqlayıb. xəbər verir ki, bu barədə aktrisa aparıcı Elgiz Əkbərin "Şadlıq olsun" verilişində danışıb. O veriliş zamanı toyla bağlı verilən suala aktrisa etiraz edib. Fatma Mahmudova bildirib ki, nişan qayıdıb v

10 sentyabr
.

Dünyaca məşhur müğənninin səhnədə ətəyi düşdü

Dünyaca məşhur müğənni Jennifer Lopez son konsertində bədbəxt geyim qəzası yaşayıb. Mahnı oxuyub rəqs etdiyi zaman kostyumu sürüşən sənətçi səhnədə çətin anlarla üzləşib. Onun köməyinə isə rəqqaslarından biri çataraq vəziyyəti qısa müddətdə toparlayıb. xarici mediaya istinadla xəbər verir ki, səhnəd

4 sentyabr
.

"Belə valideynləri qınayıram"

Xalq artisti Miri Yusif valideynlərə müraciət edib. Axşam.az xəbər verir ki, sənətçi avtomobildə azyaşlı uşaqların təhlükəsizliyi ilə bağlı fikirlərini bölüşüb. O bildirib ki, valideynlər uşaqlaeı sükan arxasında oturanda qorumurlar:. "Sükan arxasında olarkən azyaşlı uşaqlarını qucağında və ya dizini

7 sentyabr
.

Xəstəxanaya yerləşdirilən Xosedən DİQQƏTÇƏKƏN ADDIM - FOTO

Reper Elşad Xose sosial media hesabındakı addımla diqqət çəkib. xəbər verir ki, Xose instaqram səhifəsində bütün şəkillərini silib. O, yalnız 2021-ci ildə paylaşdığı və "Birazdan sükut pozulacaq" şərhli fotosunu saxlayıb. Qeyd edək ki, bir müddət əvvəl "skndl" səhifəsi Elşadın Maştağad

30 avqust