Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir

Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. Bəyanata uyğun olaraq Ağdam, Kəlbəcər və Laçın rayonları siyasi yolla Azərbaycana qaytarıldı.
Kəlbəcər Azərbaycanın böyük və strateji əhəmiyyət kəsb edən rayonlarından biridir. Işğaldan əvvəl 3054 kv.km. ərazisi olan rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi. Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. İşğal nəticəsində 511 dinc sakin öldürüldü, 321 nəfər əsir götürüldü və itkin düşdü. Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldular. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanıldı.
Nəhayət ki, 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi hərbi əməliyyat keçirmədən işğaldan azad edildi.
Kəlbəcər işğaldan azad ediləndən sonra 2021-ci il avqustun 16-da və 2022-ci il iyunun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunda səfərdə oldular.
Ölkə başçısının rəhbərliyi ilə işğaldan azad edilən bütün ərazilərdəki kimi Kəlbəcər rayonunda da böyük quruculuq işləri aparılır. Bu işlər nəticəsində Kəlbəcərin əvvəlki şöhrəti bu rayona qaytarılacaqdır. Bu gün işğaldan azad olunmuş ərazilərdə fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır. Kəlbəcər şəhərinin Baş planı bölgənin təbii gözəlliyini özündə ehtiva edir. Plana uyğun olaraq müfəssəl layihələndirmə aparılıb və artıq yaşayış binaları, məktəb, xəstəxananın inşasına başlanılıb. Yeni yaradılan hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir.
Ölkə başçısının 2023-cü ildə imzaladığı sərəncama əsasən Kəlbəcərin azad edildiyi gün - noyabr ayının 25-i Kəlbəcər Şəhər Günü elan edilib, bu il artlq 3-cü dəfə bu gün təntənəli şəkildə qeyd ediləcəkdir.
Qeyd etmək lazımdır ki, Kəlbəcərin çox zəngin təbii enerji potensialı vardır. Xarici şirkətlər tərəfindən Kəlbəcər və Laçın rayonlarında külək elektrik stansiyalarının tikintisi ilə bağlı müraciətlər olmuşdur. Ən çətin relyefə malik olan Kəlbəcər dağlarından elektrik xətləri çəkilir, hazırda "Kəlbəcər-1" Kiçik Su Elektrik Yarımstansiyasının inşası başa çatıb, 110/35/10 kilovoltluq "Kəlbəcər" yarımstansiyası da istifadəyə verilib.
Görülən işlər artıq kəlbəcərlilərin ilk qupunun doğma yurd-yuvalarına qayıdışını reallaşdırıb, qayıdış prossesi yaxın aylarda daha da sürətlənəcəkdir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 691   Tarix: 17 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr
.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr