Qərbi azərbaycanlılara qarşı törədilən qətl hadisələri soyqırım kimi tanına bilər? - AÇIQLAMA

Qərbi azərbaycanlılara qarşı törədilən qətl hadisələri soyqırım kimi tanına bilər? - AÇIQLAMADepartasiya adı altında törədilən soyqırımı nəticəsində ermənilər etnik təmizləmə həyata keçirib və monoetnik dövlət yaradıblar.

Sonxeber.az xəbər verir ki, bunu Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü və Hüquq Komissiyasının sədri Zahid Cəfərov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin AMEA-dakı çıxışı onlar üçün bir fəaliyyət istiqaməti olub:

"Həmin çıxış göstərdi ki, Qərbi Azərbaycana qayıdış Azərbaycan dövlətinin və bizim qarşımızda prioritet istiqamətlərdən biridir. Qərbi azərbaycanlılara qarşı törədilmiş hadisə soyqırımı adlandırılmalıdır. Ermənilərin Azərbaycanlılara qarşı soyqırımı tarixdə geniş vüsət alıb. Departasiya adı altında törədilən soyqırımı nəticəsində ermənilər etnik təmizləmə həyata keçirib və monoetnik dövlət yaradıblar. Ona görə də bu departasiya soyqırımı adlandırılmalıdır, çünki həmin hadisədə bütün məsələ etnik təmizləməyə yönəlmişdi".

Bəs görəsən Qərbi azərbaycanlılara qarşı törədilən qətl hadisələri soyqırım kimi tanına bilər?

Politoloq Tural İsmayılov bu barədə Sonxeber.az -a açıqlama verib:

"Qərbi Azərbaycanda, xüsusilə XIX–XX əsrlərdə yaşayan azərbaycanlılara qarşı törədilən qətl hadisələri həm tarixi, həm hüquqi, həm də siyasi aspektlərdən vacibdir. Soyqırım termini BMT və beynəlxalq hüquqda müəyyən kriteriyalarla tənzimlənir: qrupun milli, etnik, dini və ya irqi mənsubiyyətinə görə sistemli şəkildə məhvi, qətllər, deportasiyalar və fiziki zərərin məqsədli şəkildə tətbiqi. Tarixi sənədlər göstərir ki, Qərbi Azərbaycanda azərbaycanlılara qarşı məqsədli qırğınlar və deportasiyalar baş verib.

Lakin burada vacib nüans budur ki, beynəlxalq hüquq və dövlətlər səviyyəsində rəsmi tanınma prosesləri mürəkkəbdir. Soyqırımı tanımaq yalnız tarixi faktların mövcudluğu ilə kifayətlənmir, eyni zamanda beynəlxalq diplomatik, siyasi və hüquqi prosedurların tamamlanmasını tələb edir.

Siyasi baxımdan, Qərbi Azərbaycan məsələsi Azərbaycanın milli və tarixi yaddaşında strateji əhəmiyyət daşıyır. Eyni zamanda, bu məsələ regional tarazlığa təsir edə biləcək həssas geopolitik faktordur: həm Ermənistan, həm də digər regional oyunçuların mövqeyi bu tanımanın siyasi effektini müəyyən edəcək.

Nəticə etibarilə, tarixi, hüquqi və siyasi analiz bir arada göstərir ki, Qərbi azərbaycanlılara qarşı törədilən qətllər soyqırım kriteriyalarına uyğundur, amma beynəlxalq səviyyədə rəsmi tanınma prosesi hələ də kompleks və mərhələli diplomatik müstəvidə reallaşmalıdır. Bu, həm Azərbaycanın tarixinin tanınması, həm də gələcəkdə regional balansın qorunması baxımından strateji əhəmiyyət kəsb edir".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 990   Tarix: 17 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu gün ölkəmiz tarixinin ən şanlı mərhələsini yaşayır

2023-cü il sentyabrın 19-da Azərbaycan tarixində yeni bir qəhrəmanlıq səhifəsi yazıldı. Qarabağda hələ də mövcud olan Ermənistan silahlı qüvvələrinin və separatçı dəstələrin törətdiyi təxribatlar Azərbaycanın səbir kasasını daşırmışdı. Məhz bu mərhələdə Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətl

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr