"Sevgilimin və itimin yanımda olmasını istəyərdim" - "Qarabağın" qapıçısı

"Sevgilimin və itimin yanımda olmasını istəyərdim" - "Qarabağın" qapıçısıPolşa millisinə ilk dəfə dəvət alan "Qarabağ"ın qapıçısı Mateuş Koxalski ölkəsinin mətbuatına danışıb.

"Qafqazinfo" xəbər verir ki, o, Azərbaycandakı həyatından və karyerasından bəhs edib.

Koxalski əvvəlcə Polşa və Azərbaycan arasındakı fərqlərdən danışıb: "Fərqlər var, amma elə də böyük deyil ki, kiməsə mane olsun. Azərbaycanlılar bu müqayisəni sevmir, amma ən sadə izahı budur — ölkə müəyyən mənada Türkiyəyə bənzəyir. Müsəlman ölkəsidir, amma insanlar çox mehribandır. Burada kimisə narahat edəcək problemlər olmur. Sadəcə bəzi çatışmazlıqlarım var. Sevgilimin və itimin yanımda olmasını istəyərdim. O olsa, başqa heç nəyə ehtiyacım olmaz, tam xoşbəxt olardım".

Qolkiper Ağdam klubunun Avropanın "Top-5" liqalarından sayılan Fransa Liqa 1-də oynaya biləcəyini də deyib: "Qarabağ" Fransa liqasında oynaya bilər. Orada bir neçə komanda çox güclüdür, amma qalanları bizə yaxındır".

25 yaşlı çərçivə qoruyucusu Azərbaycanda azarkeşlərin stadiona az gəldiyini də bildirib: "Polşaya nisbətən Azərbaycanda azarkeşlər azdır. Çempionlar Liqasında stadion dolur, amma liqa oyunlarında ən sədaqətli azarkeşlər gəlir. Daim mahnı oxuyan və dəstək olan qrup olur və onlara böyük hörmətim var. Kimsə deyə bilər ki, "adam az olur, atmosfer zəifdir". Ancaq sayından asılı olmayaraq hər bir azarkeş hörmətə layiqdir".

Koxalski "Qarabağ"ın digər qapıçısı Şahruddin Məhəmmədəliyevlə rəqabətdən də söz açıb: "Hər məşqdə bir-birimizi dəstəkləyirik. Hamıdan yardım görürəm. Şahruddin azərbaycanlıdır, məşqçi ilə öz dilində danışır, illərdir komandadadır. Mənə çox kömək edir. Burada hamı bir-birini dəstəkləyir, pislik etmir".

O, "Roma" və "Borussiya"dan (Dortmund) təklif alması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib: "Belə xəbərləri mən də görürəm, amma agentimdən və ya klubdan rəsmi məlumat gəlməlidir. İnternetdə hər kəs nəsə yaza bilər, xüsusilə yaxşı dövr keçirəndə insanlar daha çox inanır. Maraqlar və sorğular var, amma xəbərlərdə yazılan klublardan deyil. Konkret təklif yoxdur. Yayda "Stal"dan ayrılarkən təxminən 15 klub maraq göstərmişdi, amma heç biri rəsmiləşmədi. Marağın olması yaxşı motivasiya verir, çünki kimsə sənə baxır".


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1028   Tarix: 18 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Turan Tovuz" - "Fənərbağça" oyununa 25 minə yaxın bilet satılıb

"Turan Tovuz" və Türkiyənin "Fənərbağça" komandaları arasında keçiriləcək yoldaşlıq oyunu üçün 25 minə yaxın bilet satılıb. Bu barədə -a Tovuz kollektivinin mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev məlumat verib. "Matç saatına qədər bütün biletlərin satılacağını istisna etmirik

2 oktyabr
.

Olimpiya çempionumuz dünya çempionatına qələbə ilə başladı

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Bakıda keçirilən dünya çempionatında ilk görüşünü qələbə ilə başa vurub. xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi və 2024-cü ilin dünya çempionu 100 kq çəki dərəcəsində mübarizəyə 1/32 final mərhələsindən başlayıb. Z.Kotsoyev ilk görüşündə Türkmənista

9 oktyabr
.

Bir dövr qapandı: Messi milli ilə belə vidalaşdı (VİDEO)

Lionel Messi 21 illik Argentina millisindəki karyerasına Buenos-Ayresdəki "Monumental" stadionunda vida edib. 39 yaşlı ulduz Beninlə keçirilən yoldaşlıq oyununda sonuncu dəfə "Albiceleste" formasını geyinib. Qayanrinfo xəbər xəbər verir ki, Argentina Benini 3:0 hesabı ilə məğlub edib

7 oktyabr
.

Edin Cekonun millidə son oyunu: Ulduz futbolçu ilə belə vidalaşdılar - Video

Bosniya və Herseqovina milli komandası tarixinin ən sərrast oyunçusu, hücumçu Edin Ceko yığmadakı karyerasına yekun vurub. xarici KİV-ə istinadən xəbər verir ki, İsveçlə oyunun 11-ci dəqiqəsində Bosniya və Herseqovina azarkeşləri Sarayevodakı stadionun yaxınlığında yerləşən binada milli komandada so

3 oktyabr
.

"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə edib

Milli komandaların oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranan fasilədən istifadə edən "Kəpəz" yoxlama oyunu keçirib. xəbər verir ki, Gəncə təmsilçisi 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-19) ilə üz-üzə gəlib. Qarşılaşmada qalib müəyyənləşməyib - 2:2

2 oktyabr
.

Ronaldu millidən ayrıldı, Portuqaliyada kütləvi etirazlar başladı - Video

Portuqaliya millisinin azarkeşləri Kriştianu Ronaldunun milli komandadan qalmaqallı şəkildə ayrılmasına etiraz olaraq aksiya keçiriblər. xəbər verir ki, ölkənin müxtəlif şəhərlərində küçələrə çıxan azarkeşlər futbolçunun adını səsləndirib və əfsanəvi oyunçuya hörmət tələb ediblər. Azarkeşlərin narazılığ

4 oktyabr
.

Azərbaycan millisi Litvanı məğlub etdi - Video

Azərbaycan millisi UEFA Millətlər Liqasında bu mövsüm ilk qələbəsini qazanıb. xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Bakıda Litvanı qəbul edib. "Palms Sports Arena"da baş tutan görüş millinin qələbəsi ilə başa çatıb - 1:0. Yeganə qolu 25-ci dəqiqədə Abdulla Xaybulayev rəqi

4 oktyabr
.

Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq

Şəki Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə regional yarış keçiriləcək. xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb. Oktyabrın 16-da baş tutacaq turnirdə müxtəlif bölgələri təmsil edən idmançılar bacarıqlarını göstərməyə çalışacaqlar

2 oktyabr
.

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb

Azərbaycan cüdoçusu Balabəy Ağayev Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb. "Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda ABŞ-dən olan Conatan Yanqa məğlub olub. B.Ağayev daha əvvəl Ukrayna təmsilçisi Dilşot Xalmatovu mübarizədən kənarlaşdırmışdı

4 oktyabr