"Bu gün Ağdamda Prezident İlham Əliyevin rəhbərliyi ilə misilsiz quruculuq və inkişaf mərhələsi başlayıb" - DEPUTAT

"Bu gün Ağdamda Prezident İlham Əliyevin rəhbərliyi ilə misilsiz quruculuq və inkişaf mərhələsi başlayıb" - DEPUTAT"Bu gün biz 20 Noyabr – Ağdam Şəhəri Gününü qeyd etməklə işğaldan azad olunmuş qədim Ağdamın böyük qayıdışına, onun möhtəşəm dirçəliş salnaməsinin yazılmasına şahidlik edirik. Ağdam təkcə bir coğrafi məkan deyil – bu torpaq Azərbaycan xalqının yaddaşının, mədəniyyətinin və sarsılmaz iradəsinin canlı rəmzidir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sözləri bu böyük missiyanın ideya sütununu təşkil edir: "Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın". Bu qətiyyətli bəyanat Ağdamın gələcəyinin, bütövlükdə Qarabağın dirçəlişinin strateji yol xəritəsinə çevrilmişdir".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Mahir Süleymanlı danışıb.

O, açıqlamasında qeyd edib ki, üzərriktəpə arxeoloji tapıntıları bu bölgənin Qafqazın ən qədim şəhər mədəniyyətinin formalaşdığı mərkəzlərdən biri olduğunu təsdiq edir:

"Ağdamın tarixi minilliklərə söykənir. Əsrlər boyunca Ağdam əkinçiliyin, sənətkarlığın, musiqi və mədəni həyatın inkişaf etdiyi mühüm ocaqlardan biri olmuşdur.

1993-cü ildə rayon ərazisinin 73 faizinin işğalı xalqımız üçün ağır faciə idi. On minlərlə insan öz doğma yurd-yuvasından didərgin düşdü, yüzlərlə mədəniyyət abidəsi, təhsil ocaqları və infrastruktur obyektləri məhv edildi. Dünya miqyasında analoqu olmayan Çörək Muzeyi də erməni vandalizmindən xilas ola bilmədi.

2020-ci ildə əldə olunmuş Şanlı Zəfər tarixi ədaləti bərpa etdi. 10 Noyabr Bəyanatına əsasən Ağdamın bir güllə belə atılmadan Azərbaycana qaytarılması həm humanitar fəlakətin qarşısının alınması, həm də strateji baxımdan mühüm üstünlük idi.

Bu gün Ağdamda Prezident İlham Əliyevin rəhbərliyi ilə misilsiz quruculuq və inkişaf mərhələsi başlayıb. Təsdiq olunmuş Baş Plan Ağdamın müasir, yaşıl və ağıllı şəhər standartlarına uyğun şəkildə 100 min əhalili nümunəvi şəhər kimi yenidən qurulmasını nəzərdə tutur. Artıq Ağdam Sənaye Parkı Qarabağ iqtisadiyyatının əsas lokomotivlərindən birinə çevrilib, yeni dəmir yolu və avtovağzal kompleksi regionun mühüm nəqliyyat qovşağı olaraq formalaşır, Muğam Mərkəzi isə Qarabağın zəngin musiqi irsini yeni səviyyədə yaşadır".

Deputat onu da vurğuladı ki, hazırda yüzlərlə layihə – məktəblər, xəstəxanalar, yaşayış məhəllələri, magistral yollar və digər mühüm infrastruktur obyektləri ardıcıllıqla reallaşdırılır:

"Böyük Qayıdış proqramı çərçivəsində ailələr öz doğma torpaqlarına geri dönürlər. Prezident İlham Əliyevin Ağdama etdiyi çoxsaylı səfərlər isə bu müqəddəs torpağın bərpasına dövlət səviyyəsində göstərilən xüsusi diqqətin bariz ifadəsidir.

Dövlət başçısının 2022-ci ildə təsdiqlədiyi Ağdam şəhərinin 2040-cı ilədək Baş Planı bu torpağın gələcəyini müəyyənləşdirən strateji inkişaf çərçivəsidir. Artıq şəhərdə beş məhəllə konsepsiyası üzrə genişmiqyaslı tikinti işləri aparılır, yeni yaşayış binaları, məktəblər, körpələr evi, park və yollar inşa olunur. 2025-ci ilin oktyabr ayınadək 825 ailənin – 3318 nəfərin doğma torpaqlarına qayıdışı təmin edilmişdir. Ağdam bu gün Böyük Qayıdış proqramının simvol şəhəri kimi dirçəlir.

Sonda bir daha qeyd etmək istərdim ki, 20 Noyabr – Ağdam Şəhəri Günü yalnız xatirə tarixi deyil. Bu gün xalqımızın sarsılmaz əzmini, milli ruhumuzu, torpağa sədaqətimizi və dövlətimizin gələcəyə hesablanmış inkişaf strategiyasını təcəssüm etdirir".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 872   Tarix: 18 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu gün ölkəmiz tarixinin ən şanlı mərhələsini yaşayır

2023-cü il sentyabrın 19-da Azərbaycan tarixində yeni bir qəhrəmanlıq səhifəsi yazıldı. Qarabağda hələ də mövcud olan Ermənistan silahlı qüvvələrinin və separatçı dəstələrin törətdiyi təxribatlar Azərbaycanın səbir kasasını daşırmışdı. Məhz bu mərhələdə Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətl

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr