Ayı 70 yaşlı kişiyə hücum edib görün nə hala saldı!

Ayı 70 yaşlı kişiyə hücum edib görün nə hala saldı!Ağrının Doğubayazıt rayonunda dəhşətli hadisə baş verib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Yukarı Güngören kəndində heyvan otaran 70 yaşlı Halit Zengel ayının hücumuna məruz qalıb və ciddi şəkildə yaralanıb.

Hadisə ötən şənbə günü günorta saatlarında baş verib. Zengel heyvanlarını otardığı vaxt ağaclıq sahədən çıxan ayı ona hücum edib. Ayı pəncəsi ilə Zengel’in üz nahiyəsinə zərbələr endirib və daha sonra ərazidən uzaqlaşıb. Yaralı kişi mobil telefonu ilə oğluna zəng edərək kömək istəyib.

Təcili yardım vasitəsilə Doğubayazıt Dövlət Xəstəxanasına aparılan Zengel daha sonra Erzurum Atatürk Universiteti Araşdırma Xəstəxanasının Çənə Cərrahiyyəsi şöbəsinə köçürülüb. Müayinədə onun almacıq sümüyünün qopduğu və üz sümüklərinin zədələndiyi müəyyən edilib. Prof. Dr. Ümit Ertaş tərəfindən dərhal əməliyyata alınan Zengel’in zədələnmiş sümükləri və yumşaq toxumaları bərpa edilib.

Prof. Dr. Ümit Ertaş açıqlamasında bildirib: "Ayı pəncəsi ilə almacıq sümüyü tamamilə qopmuşdu və üz sümüklərində ciddi zədələr var idi. Əməliyyatla sümükləri əvvəlki vəziyyətinə qaytardıq, toxuma onarımı da edildi. Pasiyent hazırda yaxşıdır. Üç günlük infeksiya nəzarətindən sonra evə buraxılacaq. Gətirildiyi zaman üzündə böyük kəsiklər və yırtıqlar vardı, hamısı düzgün şəkildə bərpa edildi. Üz sinirində zədələnmə olmadığı üçün xəstə şanslıdır."

Professor həmçinin klinikaya gələn bu tip hadisələrin artdığını söyləyib: "Bu, bizə gətirilən 5-ci vəhşi heyvan hücumu hadisəsidir. Onlardan 4-ü ayı, 1-i isə canavar hücumudur. Noyabr ayları ayıların qış yuxusundan əvvəl qida axtardığı dövr olduğu üçün bu cür hadisələr artır."

Çənə cərrahiyyəsi şöbəsində müalicəsi davam edən Halit Zengel isə baş verənləri belə danışıb: "Dağda heyvan otarırdım. Ayı birdən-birə hücum etdi. Pəncələri ilə üzümə vurdu və sonra uzaqlaşdı. Mən də oğluma zəng edib kömək istədim."

Hadisə ilə bağlı araşdırma aparılır.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1588   Tarix: 18 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sosial yardım adı ilə pul tələb edən səhifələrlə bağlı RƏSMİ AÇIQLAMA

"Instagram"da "unvanli_sosial_yardim", "sosial_yardim_qeydiyyat", "unvanli_sos_yardim" kimi profillər yaradılmaqla, ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində köməklik ediləcəyinə dair elanlar verilir. Bu elanlar kiminsə (və y

11 sentyabr 2021
.

Azərbaycan Müdafiə Nazirliyi Rusiya MN-ə məktub ünvanladı

Digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya Federasıyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərinə qanunsuz keçməsi ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanmışdır

12 sentyabr 2021
.

Ustanı yarımstansiyada "tok" vurub öldürdü

Sentyabrın 16-ı saat 10 radələrində Gəncə şəhər sakini, 1966-cı il təvəllüdlü İlyas İsmayılovun Gəncə şəhər 35/6 kv-lıq süzgəc yarımstansiyasında elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub. Gəncə şəhər Prokurorluğundan -a verilən məlumata görə, aparılmı

17 sentyabr 2021
.

Rəşid Mahmudovun oğlu infarkt keçirdi - FOTO

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun oğlu infarkt keçirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Rəşid Mahmudovun oğlu xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır

12 sentyabr 2021
.

Azərbaycanda 4 piyadanı maşın vurub öldürdü

Sentyabrın 14 və 15-də piyada ölümü ilə nəticələnən 4 yol qəzası olub. Daxili İşlər Nazirliyindən -a verilən məlumata görə, sentyabrın 14-də saat 1 radələrində Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Samux rayon sakini Tural Mustafayev vurulub. Nəticədə piyada aldığ

15 sentyabr 2021
.

Bakıda marşrut avtobusunda ÖLÜM: Hərəkət dayandı

Bakıda avtobusda ölüm hadisəsi baş verib. xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Rayon ərazisində hərəkətdə olan marşrut avtobuslarından birində 57 yaşlı sərnişin Əli Abbas oğlu Quliyev qəfildən ölüb. Hadisə nəticəsində avtobusun hərəkət intervalında gecikmə yaranıb

17 sentyabr 2021
.

Bakıda dəhşətli qəzadan görüntülər - VİDEO

Sosial şəbəkələrdə ötən gün Bakıda baş verən ağır yol qəzasının görüntüləri yayılıb. -ə istinadən xəbər verir ki, hadisə "Koroğlu" metrostansiyası yaxınlığında qeydə alınıb. Qəza zamanı toqquşan avtomobillərdən biri aşıb. Hadisədən sonra Heydər Əliyev prospekti Hava limanı istiqamətində sıxlı

14 sentyabr 2021
.

SON DƏQİQƏ: Bakıda ağaclıq ərazi yanır

Bakıda ağaclıq ərazidə yanğın başlayıb. xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu ərazisində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələr

17 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Sürücü iki gözətçini vurdu - ANBAAN VİDEO

Gəncə şəhərində dəhşətli hadisə baş verib. -ın məlumatına görə, yüksək sürətlə hərəkət edən avtomobil idarəetməni itirərək ərazidə xidmət aparan gözətçini vurub. Qəza təhlükəsizlik kamerasında anbaan qeydə alınıb. Hadisə bir neçə gün əvvəl baş versə də, videogörüntülər bu gün yayılıb. Daxili İşlər Nazirliyini

18 sentyabr 2021