"Ağdam artıq qayıdıb, həm də əvvəlkindən güclü formada!" - AÇIQLAMA

"Ağdam artıq qayıdıb, həm də əvvəlkindən güclü formada!" - AÇIQLAMA"Ağdam bu gün təkcə işğaldan azad olunmuş bir torpaq deyil, dövlətçilik iradəsinin, siyasi qətiyyətin və ordunun sözünü yerə salmayan gücünün simvoludur" - bu sözləri Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:

"Bu tarixi gün Azərbaycan üçün göstərdi ki, torpaq itiriləndə faciə olur, amma geri alınanda millətin yaddaşı yenidən dirçəlir. Ağdamın dirçəldilməsi həm də böyük strateji mesajdır - "biz təkcə azad etmirik, həm də qururuq" deyən dövlət modeli ortaya çıxır.

İndi Ağdamda gedən quruculuq işləri regionun gələcəyini müəyyən edən yeni planlaşdırma mərhələsidir və bu proses Azərbaycanın modern dövlətçilik ənənəsinin real təcəssümüdür. Ağdamın yenidən şəhər kimi ayağa qalxması, "ruh şəhər" obrazından çıxması bütün Cənubi Qafqaza siyasi mesaj verir: burdan geri dönüş yoxdur. Bu gün Ağdam yeni kommunikasiya xətlərinin, iqtisadi layihələrin və təhlükəsizlik arxitekturasının mərkəzinə çevrilməkdədir. Elə buna görə də Ağdam Günü, sadəcə təqvim xatırlatması yox, milli qürur kodlarının yenilənməsi kimidir.

Siyasi baxımdan bu gün Azərbaycan dövlətinin post-münaqişə mərhələdə nə qədər planlı, nə qədər tənzimləyən və nə qədər strateji düşündüyünü təsdiqləyir. Ağdamın taleyi həm də regional güc balansında Azərbaycanın üstün mövqeyini daha da möhkəmləndirir. Bu gün oradakı hər inşaat, hər yol, hər məktəb siyasi xəttin — "öz torpağında söz sahibisən" prinsipinin praktiki təsdiqidir.

Ağdam Günü həm də gələcək nəsillərə verilən mesajdır: tarixi yenidən yazmaq mümkündür, yetər ki, iradə, dövlətçilik yaddaşı və milli birlik olsun. Bu gün Ağdamda gördüklərimiz ənənəni qoruyub müasirliyi qurmağın ən real nümunəsidir. Və sonda bir həqiqət var — Ağdam artıq qayıdıb, həm də əvvəlkindən güclü formada; bu isə Azərbaycanın gələcəyi üçün strateji üstünlükdür, siyasi iradənin isə ən sarsılmaz sübutu".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 661   Tarix: 19 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Prezidenti: "TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik"

"Müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Onları

17 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr