ABŞ-də 18 əyar qızıl unitaz 12,1 milyon dollara satıldı
Nyu-Yorkda keçirilən hərracda satışa çıxarılan 18 əyar qızıldan hazırlanmış unitaz rekord qiymətə — 12,1 milyon dollara alıcı tapıb.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, İtalyan konseptual sənətçi Maurizio Cattelan tərəfindən hazırlanan və "Amerika" adı verilən 101 kiloqramlıq saf qızıl unitazı alan kolleksionerin kim olduğu açıqlanmayıb.
Cattelan hərracdan əvvəl bildirib ki, qızıl unitaz ABŞ-dakı həddindən artıq sərvət və sosial bərabərsizliyə satirik yanaşmanı əks etdirir. Sənətçi daha əvvəl verdiyi açıqlamada zarafatla belə demişdi:
"İstər 200 dollarlıq nahar edin, istər 2 dollarlıq hot-doq — nəticə tuvalet baxımından eynidir".
Bu əsər Cattelanın 2016-cı ildə yaratdığı iki qızıl unitazdan biri idi. Digər nümunə əvvəlcə Nyu-Yorkdakı Guggenheim Muzeyində sərgilənmiş, daha sonra Britaniyanın keçmiş baş naziri Uinston Çörçillin doğulduğu Blenheim Sarayına aparılmışdı. Lakin 2019-cu ildə sarayda sərgiləndiyi zaman oğurlanan qızıl unitaz bir daha tapılmayıb. Oğurluqla bağlı iki nəfər saxlanılsa da, ehtimal edilir ki, əsər parçalanaraq əridilib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 653 Tarix: 19 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Edqars Rinkeviç: "Avropa Rusiya raketlərindən qorunmağa hazır deyil"
"Avropa ölkələri pilotsuz aparatlar və hava müharibəsi texnologiyalarının sürətli inkişafından geri qalır. Rusiya ərazisindən həyata keçirilə biləcək potensial raket zərbələrinin qarşısını almaq gücündə deyil". xəbər verir ki, bu fikirləri Latviya prezidenti Edqars Rinkeviç "The Guardian"
20 sentyabrİranda İsrailin xeyrinə casusluq etməkdə ittiham olunan şəxs edam edilib
İranda casusluqda və İsrailin "Mossad" kəşfiyyat xidməti ilə əməkdaşlıqda ittiham olunan Hoseyn Paderan barəsində çıxarılmış ölüm hökmü icra edilib. "Report" İran mediasına istinadən xəbər verir ki, hökm apellyasiya şikayəti rədd edildikdən və İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdə
20 sentyabr"Ərini oğurlamışıq, pul ver!" - Mesajların arxasından görün kim çıxdı
Argentinada polis həyat yoldaşından pul almaq üçün özünün oğurlanmasını uydurmaqda şübhəli bilinən kişini saxlayıb. bu barədə "Noticias24" nəşrinə istinadən xəbər verir. Rosario şəhərinin sakini ərinin telefonundan guya onun oğurlanması ilə bağlı mesajlar gəlməyə başladıqdan sonra polisə müraciə
20 sentyabrVenesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
Venesuela hökuməti və müxalifət qüvvələri ölkənin qızıl ehtiyatlarının İngiltərə Bankından Nyu-York Federal Ehtiyat Bankına keçirilməsini nəzərdə tutan razılaşmanı imzalamaq ərəfəsindədir. Hazırda Britaniyanın mərkəzi bankında ümumi dəyəri təqribən 4 milyard dollar olan 31 ton Venesuela qızıl külçəs
20 sentyabrTrampın Çin avtomobilləri ilə bağlı planı ABŞ-də narahatlıq yaratdı
İri avtomobil istehsalçıları, tədarükçülər və dilerlər ABŞ Prezidenti Donald Trampı gələn həftə Çin Prezidenti Si Cinpinlə planlaşdırılan görüşü ərəfəsində Çin avtomobil istehsalçılarının ABŞ bazarına daxil olmasına icazə verməməyə çağırıblar. "Reuters"ə istinadən xəbər verir ki, bu barəd
19 sentyabrBoğaz ağrısı ilə həkimə getdi, canlı zəli aşkarlandı
Türkiyənin Çorum vilayətində tibb işçiləri yerli sakinin boğazında canlı zəli aşkar ediblər. xəbər verir ki, bu barədə "T24" nəşri məlumat yayıb. Məlumata görə, xəstənin udlağının aşağı hissəsinin arxa divarına yapışmış və qanaxmaya səbəb olan canlı zəli aşkarlanıb. Boğazındakı zəli səbəbində
20 sentyabr