Məşhur rəsm əsəri rekord qiymətə satıldı
Məşhur avstriyalı rəssam Qustav Klimtin "Elizabet Ledererin portreti" adlı tablosu Nyu-Yorkda keçirilən hərracda rekord qiymətə - 236,4 milyon dollara satılıb.
"Qafqazinfo" "The Guardian"a istinadən xəbər verir ki, bu tablo indiyədək hərraca çıxarılan əsərlər arasında ikinci ən bahalı əsər, həmçinin hərracda satılan ən bahalı müasir incəsənət əsəri olub.
1914-1916-cı illər aralığında çəkilmiş portretdə Klimtin yaradıcılığını dəstəkləyən varlı himayədarların qızı Elizabet Lederer Çin xalatında təsvir edilib.
20 dəqiqə davam edən hərracın qalibinin adı açıqlanmayıb.
Qeyd edək ki, anşlüsdən, yəni Avstriyanın nasist Almaniyasına birləşməsindən sonra rəsm əsəri müsadirə edilib və məhv edilmək təhlükəsi ilə üzləşib. Əsər yalnız 1948-də Elizabetin qardaşı Erix Ledererə qaytarılıb, 1980-ci ildə isə kolleksioner Leonard Lauderin kolleksiyasına daxil edilib.
Xatırladaq ki, Klimtin bundan əvvəlki hərrac rekordu ötən il 108 milyon dollara satılmış "Yelpikli xanım" portretinə məxsus idi.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1220 Tarix: 19 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Edqars Rinkeviç: "Avropa Rusiya raketlərindən qorunmağa hazır deyil"
"Avropa ölkələri pilotsuz aparatlar və hava müharibəsi texnologiyalarının sürətli inkişafından geri qalır. Rusiya ərazisindən həyata keçirilə biləcək potensial raket zərbələrinin qarşısını almaq gücündə deyil". xəbər verir ki, bu fikirləri Latviya prezidenti Edqars Rinkeviç "The Guardian"
20 sentyabrİranda İsrailin xeyrinə casusluq etməkdə ittiham olunan şəxs edam edilib
İranda casusluqda və İsrailin "Mossad" kəşfiyyat xidməti ilə əməkdaşlıqda ittiham olunan Hoseyn Paderan barəsində çıxarılmış ölüm hökmü icra edilib. "Report" İran mediasına istinadən xəbər verir ki, hökm apellyasiya şikayəti rədd edildikdən və İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdə
20 sentyabr"Ərini oğurlamışıq, pul ver!" - Mesajların arxasından görün kim çıxdı
Argentinada polis həyat yoldaşından pul almaq üçün özünün oğurlanmasını uydurmaqda şübhəli bilinən kişini saxlayıb. bu barədə "Noticias24" nəşrinə istinadən xəbər verir. Rosario şəhərinin sakini ərinin telefonundan guya onun oğurlanması ilə bağlı mesajlar gəlməyə başladıqdan sonra polisə müraciə
20 sentyabrVenesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
Venesuela hökuməti və müxalifət qüvvələri ölkənin qızıl ehtiyatlarının İngiltərə Bankından Nyu-York Federal Ehtiyat Bankına keçirilməsini nəzərdə tutan razılaşmanı imzalamaq ərəfəsindədir. Hazırda Britaniyanın mərkəzi bankında ümumi dəyəri təqribən 4 milyard dollar olan 31 ton Venesuela qızıl külçəs
20 sentyabrTrampın Çin avtomobilləri ilə bağlı planı ABŞ-də narahatlıq yaratdı
İri avtomobil istehsalçıları, tədarükçülər və dilerlər ABŞ Prezidenti Donald Trampı gələn həftə Çin Prezidenti Si Cinpinlə planlaşdırılan görüşü ərəfəsində Çin avtomobil istehsalçılarının ABŞ bazarına daxil olmasına icazə verməməyə çağırıblar. "Reuters"ə istinadən xəbər verir ki, bu barəd
19 sentyabrBoğaz ağrısı ilə həkimə getdi, canlı zəli aşkarlandı
Türkiyənin Çorum vilayətində tibb işçiləri yerli sakinin boğazında canlı zəli aşkar ediblər. xəbər verir ki, bu barədə "T24" nəşri məlumat yayıb. Məlumata görə, xəstənin udlağının aşağı hissəsinin arxa divarına yapışmış və qanaxmaya səbəb olan canlı zəli aşkarlanıb. Boğazındakı zəli səbəbində
20 sentyabr