Sərxoş sürücü 6 aylıq körpənin ölümünə səbəb oldu

Sərxoş sürücü 6 aylıq körpənin ölümünə səbəb olduİstanbulun Böyükçəkməcə rayonu E-5 magistral yolunda sərxoş sürücünün səbəb olduğu ağır yol-nəqliyyat hadisəsi faciə ilə nəticələnib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, 24 yaşlı Emre Talha S. idarə etdiyi avtomobillə irəlilədiyi zaman eyni istiqamətdə hərəkətdə olan Yasin Gökhan Erik (40) idarəsindəki avtomobilə arxadan çırpılıb. Qəza nəticəsində 6 aylıq körpə həyatını itirib, ana və ata isə yaralanıb.

Hadisə 18 noyabr saat 23:50 radələrində Böyükçəkməcə, Mimarsinan məhəlləsində, E-5-in şimal hissəsində baş verib. Məlumata görə, toqquşma sonrası hadisə yerinə polis, təcili tibbi yardım və xilasedici qrupları cəlb olunub. Sürücü Yasin Gökhan Erik və həyat yoldaşı Merve Öztürk Erik yaralanıb. Ailə üçün faciəyə çevrilən qəzada 6 aylıq körpələri Kaan Erik ağır vəziyyətdə Mimarsinan Dövlət Xəstəxanasına aparılıb. Avtomobildə sıxışıb qalan ana isə xilasedicilər tərəfindən çıxarılaraq Bakırköy Dr. Sadi Konuk Xəstəxanasına çatdırılıb.

Ağır yaralı şəkildə xəstəxanaya aparılan körpə Kaan, həkimlərin bütün müdaxilələrinə baxmayaraq xilas edilə bilməyib və həyatını itirib.

Hadisə yerinə gələn polis əməkdaşları sürücü Emre Talha S.-ni saxlayıb. Aparılan alkoqol testində onun sərxoş olduğu müəyyən edilib. Bu səbəbdən saxlanılıb və bölməyə aparılıb.

Bölmədəki prosedurlardan sonra məhkəməyə çıxarılan Emre Talha S. tutularaq həbsxanaya göndərilib.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 684   Tarix: 20 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17 sentyabr 2021
.

52 yaşlı qadın intihar edib

Göyçay rayonunda intihar hadisəsi baş verib. " "a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü İradə Şixəliyeva yaşadığı evdə sirkə turşusu içərək intihar edib. Qadın üç ildir onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır

14 sentyabr 2021
.

Kranın dəmir qarmağı fəhlənin ölümünə səbəb oldu - FOTO

Salyan sakini bədbəxt hadisə nəticəsində ölüb. Məlumata görə, hadisə Şirvan şəhərinin "Qarasu OYL" şirkətinin podratçı təşkilatı olan "İlkin-N" firmasının sexində baş verib. Salyan rayonunun Qarabağlı kənd sakini, 1980-ci il təvəllüdlü Qurbanov Elman İsrail oğluna fəhlə işlədiyi sexd

17 sentyabr 2021
.

SON DƏQİQƏ: Bakıda ağaclıq ərazi yanır

Bakıda ağaclıq ərazidə yanğın başlayıb. xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu ərazisində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələr

17 sentyabr 2021
.

Rektorun anası koronavirusdan vəfat etdi

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliyə ağır itki üz verib. Unikal.org-un məlumatına görə, rektorun anası Sveta xanım koronavirusdan vəfat edib. Allah rəhmət eləsin!

13 sentyabr 2021
.

DİN-dən ƏMƏLİYYAT - 172 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021
.

Azərbaycanda sevdiyi qızın ailəsinin "yox" dediyi gənc qollarını doğradı

Sumqayıtda 23 yaşlı oğlan özünə ülgüclə xəsarət yetirib. -ın əldə etdiyi məlumata görə, E.Aslanzadə adlı gəncin bu addımına səbəb sevdiyi qızın ailəsinin onun elçilərinə "yox" deməsi olub. Qolundan ağır xəsarət alan E.Aslanzadə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır

17 sentyabr 2021
.

Sabirabadda ağır qəza - Ölən və yaralılar var

Sabirabadda baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər yaralanıb. apa-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Yastıqobu kəndinin ərazisində baş verib. "Tofaş" markalı avtomobillə "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb

12 sentyabr 2021
.

Bakıda "Toyota" piyadanı vuraraq ÖLDÜRDÜ

Bakıda yol-nəqliyyat hadisəsi olub. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 10-u saat 9 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini A.Kamallı idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən paytax

11 sentyabr 2021