Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?Kollec məzunlarının orta məktəblərdə yuxarı siniflərdə dərs deməyə buraxılmır. Belə bir hal Qəbələ rayonu, Vəndam qəsəbəsi, Eldəniz Mehdiyev adına 1 saylı tam orta ümumtəhsil məktəbinin ingilis dili müəllimi Sədaqət Vəliyevanın başına gəlib.

Həm orta ixtisas, həm də ali ixtisas pedaqoji təhsili olan şəxslərin ümumtəhsil məktəblərində dərs demək hüququ qanunvericiliklə təsbit olunsa da, kollec məzunları 9-10-11 siniflərdə dərs deməsinə icazə verilmir.

Bu nə dərəcədə düzgündür?

Təhsil eksperti Kamran Əsədov Hit.az-a deyib ki, kollec məzunlarının yuxarı siniflərdə dərs deməsinə qoyulan məhdudiyyətin tətbiqi ümumtəhsil sistemində mövcud normativlərlə real kadr ehtiyacı arasındakı uyğunsuzluğu üzə çıxarır. Təhlil göstərir ki, bu yanaşma həm hüquqi, həm funksional, həm də resurs baxımından yenidən qiymətləndirilməlidir. "Təhsil Haqqında" Qanunun 32-ci maddəsi müəllimlik fəaliyyəti üçün "müvafiq ixtisas üzrə ali və ya orta ixtisas pedaqoji təhsili" şərtini nəzərdə tutur və bu, pedaqoji kolleclərin məzunlarına hüquq baxımından ümumtəhsil məktəbinin bütün pillələrində fəaliyyət imkanı yaradır:

"Qaydalarda məhdudlaşdırıcı norma olmadığı halda praktiki tətbiqin sərtləşdirilməsi hüquqi əsasdan çox, metodiki yanaşmadan irəli gəlir və bu fərq təhsil idarəçiliyi baxımından izah edilməlidir. Nazirliyin mövqeyi ondan ibarətdir ki, yuxarı siniflərdə fənn dərinliyi, imtahana hazırlıq və proqramın akademik səviyyəsi daha yüksəkdir. Bu yanaşma özündə məntiqi element daşıyır və müsbət tərəfi ondan ibarətdir ki, 10–11-ci siniflərdə dərs deyən müəllimlərin hazırlıq səviyyəsi gücləndirilir, kurikulumdakı tələblərin daha peşəkar şəkildə icrası təmin olunur. Xüsusilə, ingilis dili, riyaziyyat, fizika kimi fənlərdə proqramın çətinlik indeksi 9-cu siniflə müqayisədə 28–40% daha yüksəkdir. Bu baxımdan nazirliyin burada keyfiyyətin qorunmasına hesablanmış prinsipial mövqeyi başa düşüləndir və bu, müasir təhsil idarəçiliyinə uyğun yanaşmadır.

Lakin mənfi tərəf ondan ibarətdir ki, ölkədə kadr çatışmazlığı davam etdiyi bir dövrdə məhdudiyyət real vəziyyətə uyğun gəlmir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023–2024-cü tədris ilində regionlarda 3100-dən çox vakant müəllim yeri olub və onların böyük hissəsi — xüsusilə ingilis dili və riyaziyyat üzrə — yuxarı sinifləri əhatə edir. Eyni zamanda, son beş ildə pedaqoji kollecləri bitirib ali təhsilini tamamlamış şəxslərin sayı 11 min nəfəri keçib və bu potensialın yuxarı siniflərdə istifadəyə buraxılmaması resurs itkisi yaradır. Bu, tətbiqdə səmərəlilik problemini göstərir və təhsil siyasəti baxımından yenidən baxılmasını zəruri edir.

Dünya təcrübəsi ilə müqayisə edildikdə aydın olur ki, Estoniya, Finlandiya, Latviya, Kanada kimi ölkələrdə müəllimin dərs demə hüququ diplomun səviyyəsindən çox imtahan nəticəsi, bacarıq portfeli və sertifikasiya göstəricilərinə əsaslanır. Bu ölkələrdə kollec təhsili olan və peşəkar kompetensiyası yüksək olan müəllimlər yuxarı siniflərdə dərs deyə bilir və bu proses əlavə sertifikatlaşdırma ilə tənzimlənir. Azərbaycan da son beş ildə məhz bu istiqamətdə irəliləyir. Elm və Təhsil Nazirliyinin tətbiq etdiyi sertifikasiya imtahanları, metodik qiymətləndirmə, onlayn tədris platformaları və müəllimlərin illik inkişaf planlarının hazırlanması məhz peşəkarlığın önə çəkildiyi müasir modelə keçidi sürətləndirir. Bu, təhsil sisteminin daha sivil və nəticəyönümlü mərhələyə keçidinin göstəricisidir və müsbət addım kimi qiymətləndirilməlidir.Sertifikatlaşdırmanın nəticələri də göstərir ki, kollec + ali təhsili olan müəllimlər arasında yüksək nəticə göstərənlərin payı kifayət qədərdir. 2024-cü il sertifikatlaşdırmasında bu kateqoriyadan olan müəllimlərin 63%-i 50 baldan yuxarı nəticə göstərib və bu, onların yuxarı siniflərdə dərs demək potensialının real olduğunu təsdiqləyir.

Həmçinin, 2019–2024-cü illər arasında ingilis dili fənni üzrə metodik bacarıqlarını artırmış müəllimlərin payı 31%-dən 68%-ə yüksəlib ki, bu da müəllimlərin professional transformasiyasının nəticəsidir. Nazirliyin son illərdə müəllim hazırlığında tətbiq etdiyi rəqəmsal platformalar, resurs mərkəzləri, metodik dəstək proqramları və regional təlimlər bu artımın başlıca səbəbləridir.

Apardığım təhlillər göstərir ki, kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması arzuolunan keyfiyyətin əldə olunmasına mütləq şəkildə xidmət etmir. Əksinə, daha optimal model sertifikasiya nəticəsi, fənn bilik səviyyəsi və metodik bacarığa görə diferensiallaşmanın tətbiqidir. Bu yanaşma həm hüquqi normalara uyğundur, həm real ehtiyaclara cavab verir, həm də müəllimlərin peşəkarlaşmasını stimullaşdırır. Nə dəyişəcək sualının cavabı ondan ibarətdir ki, tətbiq mexanizmləri yenilənsə, həm kadr çatışmazlığı azalacaq, həm də yuxarı siniflərdə keyfiyyət daha balanslı şəkildə qorunacaq. Nə dəyişməlidir sualının cavabı isə budur ki, diplomdan çox bacarıq ölçülməli, məhdudiyyət yox, peşəkarlıq meyarı əsas götürülməlidir.

Hesab edirəm ki, Elm və Təhsil Nazirliyinin son beş ildə apardığı islahatlar bu istiqamətdə çevik və mərhələli siyasətin göstəricisidir. Nazirliyin məqsədi müəllim nüfuzunu qaldırmaq, müəllimin peşəkar inkişafını stimullaşdırmaq və məktəblərdə keyfiyyətli kadrlarla təminatı gücləndirməkdir. Bu siyasətin davamı olaraq kollec məzunlarına bacarıq əsaslı yanaşmanın tətbiqi həm təhsilin keyfiyyətini yüksəldər, həm də regionlarda real ehtiyacları daha səmərəli şəkildə qarşılaya bilər".

Məsələ ilə bağlı qarşı tərəfi, Eldəniz Mehdiyev adına 1 saylı tam orta ümumtəhsil məktəbinin direktoru Mədinə Qasımova Hit.az-a bildirib ki, Sədaqət xanımın narazılığı varsa, aidiyyatı qurumlara müraciət etsin:

"Yaxşı olar ki, təhsil sektoruna, regional təhsil idarələrinə müraciət etsin, ona da qanun çərçivəsində cavab veriləcək. Mənim dediyimlə razı deyilsə, gedib rəsmi qurumlara müraciət edib, lazımi cavabı da alsın".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 633   Tarix: 20 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bağçada tərbiyəçi uşaqlara kobudluq etdi, işdən çıxarıldı - Video

Sosial şəbəkələrdə Gəncədə yerləşən özəl bağçaların birində tərbiyəçi müəllimin dərs zamanı azyaşlılara qarşı kobud rəftar etməsi və təhqiramiz ifadələr işlətməsinə dair görüntülər yayılıb. "Qafqazinfo"nun məlumatına görə, Baku TV-yə danışan valideynlərdən biri - Əbabil Nağıyeva bildirib ki

7 may
.

Sabah 22 dərəcə isti olacaq

Mayın 8-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və gündüz saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərind

7 may
.

1 aylıq körpə oksigen çatışmazlığından öldü

Bakıda 1 aylıq körpə xəstəxanada vəfat edib. "Qafqazinfo" xəbər verir ki, Sabirabad rayon sakini 06.04.2026-cı il təvəllüdlü Miran Rəcəb oğlu Təhməzov Yasamal rayonunda yerləşən xəstəxanaların birində oksigen çatışmazlığından ölüb. Hadisə ilə bağlı araşdırma aparılır

7 may
.

Xərçəngə qalib gələn şagird olimpiadada qızıl medal qazandı

Xərçəngə qalib gələn şagird olimpiadada qızıl medal qazanıb. bu barədə "Azərbaycan Universitetləri" səhifəsinə istinadən xəbər verir. Qeyd olunub ki, kimya və biologiya təmayüllü Respublika Liseyinin doqquzuncu sinif şagirdi Emin Mustafazadə Respublika Fənn Olimpiadasında kimya fənni üzrə ölk

6 may
.

Dostlarınızın sizi qısqandığını göstərən 11 əlamət

Qısqanclıq təbii bir hiss olsa da, güclü olduqda zəhərli hal ala bilər. Bəzi insanlar var ki, açıq-aşkar sizə qarşı səhv etməsələr də, bəzi şeylərin yolunda getmədiyini hiss edirsinizsə, bunun ən sadə izahı qısqanclıq ola bilər. Ölkə.Az xəbər verir ki, ABŞ-li sağlamlıq və qidalanma üzrə yazıçı Arian

6 may
.

Stresslə mübarizənin ƏN EFFEKTİV yolu açıqlandı

Stresslə necə mübarizə aparmağın yolları açıqlanıb. xarici mətbuata istinadən xəbər verir ki, bu barədə psixologiya üzrə fəlsəfə doktoru və yazıçı Mixail Xors yerli mətbuata danışıb. Mütəxəssisin fikrincə, stressin iki növü var: bioloji və emosional. Xors qeyd edib ki, "Bioloji stress həyatdak

7 may
.

İranda "İsa Məsih" TUTULDU

İranda özünü "İsa Məsih" adlandıran şəxs saxlanılıb. "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, Yəzd əyalətində xristianlığı qəbul edən üç nəfər həbs edilib. Məlumata görə, saxlanılan şəxslər "ev kilsəsi yaratmaq" və "xristianlığı təbliğ etmək"də ittiha

6 may
.

Aliment ödəməyən şəxsləri hansı cəzalar gözləyir? - AÇIQLAMA

Boşanmalardan sonra ən çox mübahisə doğuran məsələlərdən biri aliment ödənişləri ilə bağlı olur. Bəzi hallarda valideynlər məhkəmə qərarına baxmayaraq aliment ödəməkdən yayınır ki, bu da həm uşağın maddi təminatına, həm də ailədaxili münasibətlərə ciddi təsir göstərir. Bəs aliment ödəməyən şəxslərl

7 may
.

Sumqayıtda yataqxana binasında yanğın - Sakinlər təxliyə olundu + Video

Sumqayıt şəhəri, 42-ci məhəllədə yataqxana binasında yanğın baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayı

7 may