"İntihar qərarı adətən sağlam düşüncə ilə verilmir" - AÇIQLAMA
Son illərdə həm dünyada, həm də ölkəmizdə emosional çətinliklərin və psixoloji gərginliyin artması intihar mövzusunu daha çox gündəmə gətirir. İnsan bəzən yaşadığı ağrının dözülməz olduğunu düşünərək "bəlkə də intihar çıxış yoludur" kimi yanlış bir qənaətə vara bilər. Bu, çox ağır və həssas bir sualdır, lakin psixoloqların bu mövzuda verdiyi cavab aydındır: intihar həll yolu deyil, anlıq emosional böhranın yaratdığı daralmış və təhrif olunmuş düşüncənin nəticəsidir.
Psixoloq G.Qədirli bu barədə Sonxeber.az -a açıqlama verib:
"İntihar qərarı adətən sağlam düşüncə ilə verilmir. Depressiya, ağır stress, travma və ya psixoloji yorğunluq insanın qərarvermə bacarığını zəiflədir. Bu vəziyyətdə insanın düşüncəsi "tunel effekti" adlanır: insan yalnız ağrını bitirməyə yönəlir, amma mövcud problemlərin keçici olduğunu və bir çox alternativ çıxış yolu olduğunu görə bilmir. Emosional ağrı insanın gələcəyi haqqında real təsəvvür yaratmasına mane olur və o, sağalma şansını qiymətləndirməkdə çətinlik çəkir.
İntihar problemi aradan qaldırmır, sadəcə insanın həmin problemi həll etmək, vəziyyəti dəyişmək və yenidən qurulmaq imkanını əlindən alır. Halbuki psixoloji böhranlar keçicidir, emosional ağrı azalır, həyat şərtləri dəyişir və insan yardım aldıqca güclənə bilir. Hər bir böhranın psixoloji dəstəklə, yaxın çevrənin yardımı ilə və ya mütəxəssis müdaxiləsi ilə aşılması mümkündür.
İnsan intihar haqqında düşündüyü anda əslində ölmək istəmir — sadəcə yaşadığı ağrıdan qurtulmaq istəyir. Psixologiyada bu, "yaşamaq istəyinin itməməsi, sadəcə ağrıya dözməmək" kimi izah olunur. Bu isə o deməkdir ki, insanın içində yaşamaq enerjisi qalır və ona doğru dəstək göstərilsə, bu enerji yenidən güclənə bilər.
Belə vəziyyətlərdə ən vacib addım susmamaq, paylaşmaq və yardım istəməkdir. Hər bir insan köməyi haqdır və psixoloji dəstək almaq zəiflik deyil — güclü olmaq üçün atılan ilk addımdır. İntihar çıxış yolu deyil; çıxış yolu yaşamaq üçün yeni bir dayaq tapmaq, hissləri bölüşmək və bərpa yoluna qədəm qoymaqdır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 877 Tarix: 20 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ
2026-cı ilin qarşıdakı aylarında Azərbaycanda 4 qeyri-iş günü olacaq. xəbər verir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü iş günü hesa
19 sentyabrAzərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Prezident İlham Əliyevin Şamaxıya səfəri və burada bir sıra açılışlarda iştirakı şəhərin yenidən paytaxt statusu alması məsələsini aktuallaşdırıb. Şamaxı orta əsrlərdə uzun müddət Şirvanşahlar dövlətinin paytaxtı olub. 1191-ci ildə baş verən güclü zəlzələdən sonra isə Şirvanşah I Axsitan paytaxtı müvəqqət
20 sentyabrBu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq
Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir
20 sentyabrPensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Bu ilin 8 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (488 milyon manat) çox olmaqla 5 milyard 22 milyon manat vəsait yönəldilib. xəbər verir ki, cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. 1 sentyabr 2026-cı il tarixə pensiyaların orta aylıq məbləğ
19 sentyabrAzərbaycanın dövlət suverenliyini tam bərpa etməsindən 3 il keçir
Üç il bundan əvvəl sentyabrın 20-i saat 13:00-da Azərbaycan ordusunun ölkənin suverenliyinin bərpası üçün başladığı lokal antiterror əməliyyatı Qarabağda erməni separatçılarının qalıqlarının ağ bayraq qaldırması və Azərbaycan hakimiyyətinin şərtlərini tam olaraq qəbul etməsi ilə bitib. "Report"
20 sentyabrBakının iki rayonunda İŞIQ OLMAYACAQ
Bu gün Bakı şəhərinin Yasamal və Nizami rayonlarının bəzi ərazilərində təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərini
21 sentyabrİşsiz şəxslərin diqqətinə: 478 manat...
Bu il sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,7 min nəfər olub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, onların 53,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişini
20 sentyabr