Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 2 %-dən çox artıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 1 milyard 093,658 milyon ABŞ dolları təşkil edib.
"Report" bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir.
Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,2 % çoxdur.
Gürcüstanın ümumi xarici ticarət dövriyyəsində Azərbaycanın payı 5,3 % təşkil edib.
Hesabat dövründə Gürcüstanın Azərbaycana ixrac etdiyi məhsulların dəyəri 1 il əvvələ nisbətən 3,8 % azalaraq 587,851 milyon ABŞ dolları (ümumi ixracın 10,1 %-i), Gürcüstanın Azərbaycandan idxal etdiyi məhsulların dəyəri isə 10,2 % artaraq 505,808 milyon ABŞ dolları (ümumi idxalın 3,4 %-i) olub.
10 ay ərzində Gürcüstanın ümumi xarici ticarət dövriyyəsinin dəyəri illik müqayisədə 8,6 % artaraq 20 milyard 831,520 milyon ABŞ dollarına çatıb. O cümlədən, ixracın dəyəri 6,8 % artaraq 5 milyard 835,865 milyon ABŞ dolları, idxalın dəyəri isə 9,3 % artaraq 14 milyard 995,655 milyon ABŞ dolları olub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Bakı Kart" kartlarının qiyməti dəyişdirilir
İyulun 1-dən etibarən "Bakı Kart" kartlarının satış qiyməti 2 manatdan 3 manata dəyişdiriləcək. xəbər verir ki, bu barədə "Bakı Kart" məlumat yayıb. Qeyd edək ki, "Bakı Kart" kartları 2015-ci ildən etibarən sərnişinlərin istifadəsinə təqdim olunub və ötən müddət ərzind
9 iyunAzərbaycan manatının nominal və real effektiv məzənnələri apreldə azalıb
Bu il mayın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 102,9 bənd təşkil edib. "Report" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Bu, aylıq müqayisədə 1 bənd az, ilin əvvəli ilə müqayisədə 0,4 bənd çox, ötən ilin mayın 1-nə nisbətən 1,
30 mayAzərbaycanda nağdsız ödənişlər apreldə 2 %-dən çox azalıb
Bu ilin aprel ayında Azərbaycanda nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 2,2 % azalaraq 9 milyard 94 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 7,969 milyard manatı (87,6 %-i) elektron ticarətin payına düşüb. Ödənişləri
30 mayAzərbaycanda həyat sığortası üzrə ödənişlər 13 %-ə yaxın artıb
Bu ilin yanvar-mart aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 227,468 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 12,5 % çoxdur. Hesabat dövründə həyat sığortası növləri üzr
3 mayAzərbaycan Türkiyədən mebel idxalına çəkdiyi xərci 20 %-dən çox azaldıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 35,17 milyon ABŞ dolları dəyərində mebel, kağız və meşə məhsulları idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 20,1 % azdır. Təkcə apreldə Türkiyə Azərbaycana 10,59
9 mayAzərbaycan iqtisadiyyatına kredit qoyuluşu il ərzində 9 %-ə yaxın artıb
Bu il aprelin 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 32 milyard 312,9 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1 % çox, ilin əvvəli ilə müqayisədə 1,1 % çox, ötən il aprelin 1-nə nisbətən isə 8,9 % çoxdur. Kredit qoyuluşunu
2 mayBu il pomidor ucuzlaşmayacaq - Fermer səbəbi açıqladı
Bu il Azərbaycanda pomidorun qiyməti enməyəcək. Bunu Qaynarinfo-ya açıqlamasında fermer Anar Abbasov son iki ayda pomidorun ucuzlaşmasından danışarkən deyib. Fermer bu il ölkədə pomidor əkininin 50 faiz azaldığını vurğulayıb:. "Fermerlər pomidor əkmədi. Əkənlərdə sahəni yarıya qədər azaldıb. Keçə
6 may