Ermənistan Qara dənizin dibi ilə internet kabeli çəkərkən TRIPP layihəsini nəzərə ala bilər

Ermənistan Qara dənizin dibi ilə internet kabeli çəkərkən TRIPP layihəsini nəzərə ala bilərQara dənizin dibi ilə internet kabeli çəkilməsi layihəsi "Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsi ilə uyğunlaşdırıla bilər.

"Report"un Ermənistan KİV-inə istinadən məlumatına görə, bu barədə ölkənin Yüksək Texnologiyalar Sənayesi Nazirliyindən bildirilib.

"Layihə Ermənistanın beynəlxalq kommunikasiya infrastrukturunu təkmilləşdirəcək, şəbəkənin etibarlılığını artıracaq və regional əməkdaşlıq üçün yeni imkanlar yaradacaq. Ermənistan, əgər layihəni həyata keçirərsə, internet məlumatlarının ötürülməsi və tranzit axınların təmin edilməsi üzrə böyük regional mərkəzə çevrilə bilər", - qurumdan qeyd edilib.

Qara dənizin dibi ilə internet kabelinin çəkilməsi ideyası ilə İrəvan hələ 2021-ci ildə çıxış edib. Ermənistan tərəfi gürcüstanlı tərəfdaşlarla bir neçə raund danışıqlar aparıb. 2023-cü ilə olan məlumata görə, layihənin dəyəri 45 milyon avro təşkil edirdi.

Qeyd olunur ki, layihənin həyata keçirilməsi Ermənistanın Rusiya, Gürcüstan, Bolqarıstan, Yaxın Şərq və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığını sürətləndirəcək. Ermənistan Avropadan xarici internet trafikini Türkiyə və Gürcüstan ərazisi vasitəsilə əldə edəcək.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1139   Tarix: 23 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sevgi xoşbəxtliyi azaldırmı? - Oskar Uayldın məşhur fikri yenidən gündəmdə

İrlandiyalı dramaturq və yazıçı Oskar Uayldın "Dorian Qreyin portreti" romanından gətirilən bir sitat bu günə qədər münasibətlər və sevgi barədə müzakirələr doğurur. Oskar Uayld kəskin zəkası və cəmiyyətə dair dərin müşahidələri ilə tanınırdı. Onun "Dorian Qreyin portreti" əsəri sevgi

21 may
.

İsrail Livanda "Hizbullah"ın silah zavoduna zərbə endirib

İsrail Müdafiə Qüvvələrinin (IFD) Livanın Bekaa şəhərinə gecə endirdiyi zərbələr nəticəsində "Hizbullah" hərəkatının gizli silah istehsalı obyekti vurulub. "Report" xəbər verir ki, bu barədə IDF məlumat yayıb. "Hizbullah"ın Tir rayonundakı digər infrastruktur obyektlər

23 may
.

Aya gedən "gizli yol" tapıldı

Beynəlxalq alimlər qrupu Yerlə Ay arasında kosmik missiyaların enerji sərfini azalda biləcək yeni orbital trayektoriya müəyyən etdiklərini bildiriblər. "Qafqazinfo" xəbər verir ki, astrodinamika sahəsində aparılan araşdırmaya görə, yeni model kompüter simulyasiyaları vasitəsilə 30 milyon fərql

22 may
.

Alimlər qədim xəzinədə Yerdə olmayan qəribə metal tapdı

"Vilyena xəzinəsi" adlandırılan və əsasən qızıldan hazırlanmış 66 əşyadan ibarət kolleksiya 60 ildən çox əvvəl aşkarlanıb. Lakin alimlərin fikrincə, ən qiymətli tapıntılar qızıl əşyalar deyil, korroziyaya uğramış iki qəribə predmetdir. Qaynarinfo "Science Alert"ə istinadən xəbər veri

18 may
.

4000 metr buzun altındadır, amma mənfi temperaturda belə donmur: Bu hansı göldür?

NASA-nın məlumatına görə, Antarktidada yerləşən Vostok gölü təxminən 400 metr qalınlığında buz təbəqəsinin altında gizlənib və dünyanın ən böyük buzaltı göllərindən biri hesab olunur. Qaynarinfo "Discoverwildlife" portalına istinadən xəbər verir ki, gölün səthi dəniz səviyyəsindən aşağıda yerləşir

19 may
.

Fransa süni intellektdən fəal istifadə edilən filmlərə dəstəyi azaldacaq

Fransa filmlərin və onların tərcümələrinin yaradılmasında süni intellektdən (Sİ) həddindən artıq istifadə olunmasına qarşı çıxır. "Report" xəbər verir ki, bunu mədəniyyət naziri Katrin Peqar 79-cu Kann kinofestivalı çərçivəsində keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə

17 may
.

İki okeanı keçdi: qozbel balina 15 min km-dən çox üzərək dünya rekordunu qırdı

Alimlər son dərəcə uzun məsafə qət edən donqar balinaları aşkar ediblər. Onlardan biri 15 00 kilometrdən çox məsafə üzərək yeni dünya rekordu müəyyən edib. Qaynarinfo xəbər verir ki, bu barədə BBC və "Discover Magazine" yazır. Daha əvvəl rekord 13 046 km məsafə qət edən balinaya məxsus idi

22 may
.

Çində zəlzələ, ölənlər var

Çinin Quansi-Çjuan muxtar rayonunda 5,2 bal gücündə zəlzələ qeydə alınıb. "Qafqazinfo" "Sinxua" agentliyinə istinadən xəbər verir ki, ilkin məlumata görə, iki nəfər həlak olub, daha bir nəfər itkin düşüb. Yeraltı təkanlar Lyuçjou şəhərində baş verib. Bölgəyə 300 nəfərdən çox xilasedic

18 may
.

Yadplanetlilər bizi niyə görmürlər? - Kainatın içində itən sivilizasiyalar

Kainatın böyüklüyünü insan beyni intuitiv şəkildə qavraya bilmir. Problem sadəcə məsafə deyil. Həm məkan, həm də zaman miqyası insan təfəkkürünün öyrəşdiyi ölçülərdən tamamilə kənardadır. Kainatın genişlənməsi o deməkdir ki, məkanın özü zamanla böyüyür və buna görə də qalaktikalar bir-birindən uzaqlaşır

18 may