"Azəriqaz"dan bugünkü partlayışla bağlı açıqlama - Video
Bu gün səhər saatlarında "AFEN Plaza" biznes mərkəzində baş verən partlayışla bağlı "Azəriqaz" İstehsalat Birliyi (İB) açıqlama yayıb.
"Qafqazinfo"nun məlumatına görə, qurumun mətbuat katibi Eldəniz Vəliyev hazırda səslənən bəzi iddiaları istintaqın gedişatına maneə kimi qiymətləndirib.
"Bütün dövlət qurumları, eyni zamanda "Azəriqaz" İstehsalat Birliyi olaraq bizim əməkdaşlar da hadisə yerində idilər. Onlar "Azəriqaz"a aid olan boru xətlərinin təftişi ilə məşğuldurlar. Həmin binada hələlik qazın verilişi təmin olunmayıb. Amma ətrafdan gedən boru xətlərində hansısa nasazlığın yaranması kimi hallar səsləndirilir. Düşünürəm ki, bu kimi iddiaların səsləndirilməsi hələ ki tezdir. Hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparır, istintaq işlərini icra edirlər. Ən doğru məlumat istintaqın yekunu olaraq cəmiyyətə açıqlanacaq məlumat olacaq", - E.Vəliyev vurğulayıb.
Qeyd edək ki, partlayış Ə.Rəcəbli küçəsində yerləşən "AFEN Plaza" biznes mərkəzində qeydə alınıb. TƏBİB-in yaydığı ilkin məlumata görə, hadisə nəticəsində 5 nəfər yaralanıb.
"AFEN Plaza"nın sahibi Əbülfət Əliyev isə açıqlamasında binanın qarşısına yeni salınan yolda çəkilən qaz xəttində zədələnmə olduğunu bildirib. Bunun nəticəsində binaya yeraltı qaz sızdığını iddia edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 910 Tarix: 24 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bayram günlərinin hava proqnozu açıqlandı
Bayram günlərində - martın 20-22-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Bayram günlərində Bakıda və Abşeron yarımadasında hava necə olacaq?. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında martın 20-də hava şəraitinin dəyişkən buludl
19 martBu məzunlar orduda birbaşa leytenant kimi xidmət edəcək
Ordu quruculuğu sahəsində aparılan islahatlar çərçivəsində tibb sahəsində ixtisaslaşmış gənc kadrların bilik və bacarıqlarından daha səmərəli faydalanmaq, eyni zamanda onların karyera inkişafına töhfə vermək məqsədilə Müdafiə Nazirliyində hərbi xidmətkeçmə ilə bağlı yeni konsepsiya tətbiq ediləcək. xəbə
20 martYollarda görünüş məhdudlaşacaq
Avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, martın 21-də gecə və səhər saatlarında bəzi rayonlarda yağıntılı və dumanlı hava şəraiti müşahidə olunacaq. Gözlənilən hava şəraiti ilə əlaqədar magistral avtomobi
20 martAzərbaycanda əhali sürətlə qocalacaq - Ekspertdən HƏYƏCAN TƏBİLİ
Son illər Azərbaycanda doğum sayında azalma müşahidə olunur. Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov parlamentin plenar iclasında bildirib ki, 2015-ci ildə ölkədə 160 mindən çox uşaq doğulduğu halda, 2025-ci ildə bu rəqəm 100 minin altına düşüb. Onun sözlərinə görə, bu tendensiya gələcəkd
22 martŞahmat və Din: Qadağa mifi, zəkanın mənəvi coğrafiyası - Adəm İsmayıl BAKUVİ
Şahmat - taxta üzərində qurulmuş səssiz kainatdır. Orada zaman ölçülür, iradə sınaqdan keçirilir, zəka isə məsuliyyətlə üz-üzə qalır. Hər fiqur bir taledir, hər gediş bir qərardır, hər səhv isə bir aqibətdir. İnsanlıq minillərdir bu oyunu oynayır, lakin minillər boyu bir sual da insan düşüncəsini məşğu
21 martKəlbəcər sakini: Ən böyük xəyalım evimi görmək idi (VİDEO)
Əliyevlər ailəsi Kəlbəcər şəhərinin birinci yaşayış məhəlləsində məskunlaşıblar. Onlar 35 illik ayrılıqdan sonra öz doğma yurdlarına qayıdıblar. Baku TV Əliyevlər ailəsinin qonağı olub, onların təəssüratını öyrənib. Doğma yurda qayıtmağın sevincini yaşayan sakin Rasim Əliyev bildirib ki, illərdir b
20 martBakı metrosunda yeni QADAĞA
İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliklərə əsasən, 1 aprel tarixindən Bakı metropoliteninin stansiyalarında və qatarlarda elektron siqaretlərdən istifadə qadağası qüvvəyə minir. Bildirilib ki, qaydaya əməl etməyən şəxslər 30 manat məbləğində cərimə olunacaqlar. "Unutmayın ki, qaydala
21 mart