"Kəpənəyin dili ilə" kitabının təqdimat mərasimi keçirildi

"Kəpənəyin dili ilə" kitabının təqdimat mərasimi keçirildiAhəng Psixoloji İnkişaf və Dəstək İctimai Birliyi "Kəpənəyin dili ilə" kitabının təqdimat mərasimini keçirdi.

Ahəng Psixoloji İnkişaf və Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə 22 noyabr tarixində "Kəpənəyin dili ilə" kitabının təqdimat mərasimi Sabunçu Gənclər Evində keçirilib. Tədbir dövlət qurumlarının nümayəndələri, səhiyyə və təhsil mütəxəssisləri, ictimaiyyət, media nümayəndələri və sosial kateqoriyadan olan qonaqların geniş iştirakı ilə baş tutub. Mərasimdə Milli Məclisin deputatları Vüqar İsgəndərov və Vüqar Rəhimzadə çıxış edərək layihənin psixoloji və sosial əhəmiyyətini xüsusi vurğulayıblar.

"Kəpənəyin dili ilə" kitabı Ahəng Psixoloji İnkişaf və Dəstək İctimai Birliyinin sədri, psixoloq Vüsalə Əmiraslanova və pedaqoq Ülviyyə Nağıyeva tərəfindən yazılıb. Kitabın redaktoru və Vüsalə Əmiraslanovanın elmi rəhbəri olan Akif Abbasov tədbirdə çıxış edərək əsərin məzmun dəyəri, psixoloji yanaşma tərzi və cəmiyyət üçün əhəmiyyətindən danışıb.

Kitabın rəyçiləri – Nazim Vəlişov və Vahid Bəhramoğlu – çıxışlarında nəşrin elmi və praktiki yönlərini yüksək qiymətləndiriblər. Tədbirdə həmçinin şəhid anası Mehriban xanım çıxış edərək kitabın mövzularının şəhid ailələrinin emosional dünyasına və cəmiyyətin mənəvi dəyərlərinə toxunan tərəflərini vurğulayıb.

Mərasimdə Türkiyədən dəvət olunmuş qonaq, yazar Orhan Çınar da söz alaraq kitabın mesajlarının universallığından, insan ruhuna təsir gücündən və müəlliflərin peşəkar yanaşmasından danışıb.

Tədbirdə layihəyə sosial dəstək göstərən həkimlər – süd vəzi xəstəlikləri üzrə mütəxəssis Günel Qəmbərova və tibbi onkoloq Pərvanə Rüstəmova – kitabda toxunulan mövzuların tibbi və psixoloji istiqamətdən cəmiyyət üçün aktuallığını qeyd ediblər. Mərasimdə Türkiyədən gəlmiş həkimlər, Azərbaycan ziyalıları, psixoloqlar, müəllimlər, tələbələr, şəhid anaları və şəhid ailələri də iştirak ediblər.

Tədbirin musiqi hissəsi Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin müəllim və şagirdləri tərəfindən təqdim olunub və mərasimin emosional atmosferini daha da gücləndirib. Təqdimat sosial media və televiziya nümayəndələri tərəfindən geniş işıqlandırılıb.

Sonda kitab müəlliflər tərəfindən imzalanaraq iştirakçılara təqdim edilib.
Qeyd edək ki,kitab xeyriyyə məqsədilə satışa çıxarılıb.Belə ki,əldə olunacaq gəlir pedaqoq Ülviyyə Nağıyevanın rəhbərlik etdiyi"Metamorfoz"onkoloji xəstəlikdən əziyyət çəkən uşaqlar və ailələrinə dəstək cəmiyyətinin layihəsi kimi bu uşaqların mənəvi rifahına sərf ediləcək.

"Kəpənəyin dili ilə" kitabının təqdimat mərasimi keçirildi"Kəpənəyin dili ilə" kitabının təqdimat mərasimi keçirildi"Kəpənəyin dili ilə" kitabının təqdimat mərasimi keçirildi"Kəpənəyin dili ilə" kitabının təqdimat mərasimi keçirildi"Kəpənəyin dili ilə" kitabının təqdimat mərasimi keçirildi"Kəpənəyin dili ilə" kitabının təqdimat mərasimi keçirildi"Kəpənəyin dili ilə" kitabının təqdimat mərasimi keçirildi"Kəpənəyin dili ilə" kitabının təqdimat mərasimi keçirildi"Kəpənəyin dili ilə" kitabının təqdimat mərasimi keçirildi"Kəpənəyin dili ilə" kitabının təqdimat mərasimi keçirildi"Kəpənəyin dili ilə" kitabının təqdimat mərasimi keçirildi"Kəpənəyin dili ilə" kitabının təqdimat mərasimi keçirildi"Kəpənəyin dili ilə" kitabının təqdimat mərasimi keçirildi


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 517   Tarix: 24 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan armatur istehsalını 14 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 264 min ton armatur istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 % çoxdur. Təkcə avqustda isə ölkədə 32,8 min ton armatur istehsal olunub. Bu, 1 il əvvələ nisbətən 3,

19 sentyabr
.

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ

Prezident İlham Əliyevin Şamaxıya səfəri və burada bir sıra açılışlarda iştirakı şəhərin yenidən paytaxt statusu alması məsələsini aktuallaşdırıb. Şamaxı orta əsrlərdə uzun müddət Şirvanşahlar dövlətinin paytaxtı olub. 1191-ci ildə baş verən güclü zəlzələdən sonra isə Şirvanşah I Axsitan paytaxtı müvəqqət

20 sentyabr
.

Sabahın havası açıqlandı

Sentyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gec

19 sentyabr
.

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. "Report"un xəbərinə görə, Azərbaycanda bu gün artıq üçüncü dəfədir qeyd olunur. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə gün

20 sentyabr
.

Azərbaycanın dövlət suverenliyini tam bərpa etməsindən 3 il keçir

Üç il bundan əvvəl sentyabrın 20-i saat 13:00-da Azərbaycan ordusunun ölkənin suverenliyinin bərpası üçün başladığı lokal antiterror əməliyyatı Qarabağda erməni separatçılarının qalıqlarının ağ bayraq qaldırması və Azərbaycan hakimiyyətinin şərtlərini tam olaraq qəbul etməsi ilə bitib. "Report"

20 sentyabr
.

Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA

Azərbaycanda gələcək pensiyanın məbləği əsasən vətəndaşın əmək fəaliyyəti dövründə əldə etdiyi rəsmi gəlirlər, ödədiyi sosial sığorta haqları və formalaşdırdığı pensiya kapitalı ilə bağlıdır. Bu baxımdan uzun müddət rəsmi əmək fəaliyyəti göstərən və əməkhaqqısı yüksək olan şəxslərin gələcəkdə daha yüksə

20 sentyabr
.

Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR

Azərbaycan Respublikasının pensiya qanunvericiliyinə əsasən, vətəndaşın yaşa görə əmək pensiyasına hüquq qazanması üçün əsas kriteriyalardan biri 25 illik sığorta stajıdır. Lakin iş stajı bu həddən az olan və ya kifayət qədər iş təcrübəsi bulunmayan şəxslərin də pensiya və ya sosial təminat almaq imkanlar

19 sentyabr
.

Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…

Oktyabrın 1-dən Azərbaycanda bəzi internet istifadəçiləri daha çox pul ödəməli olacaq. Hazırda 18 manat və ya daha aşağı olan sabit internet tarifləri 25 manatlıq vahid minimum tarifə keçiriləcək. Dəyişiklik mobil internetə aid deyil, amma minlərlə evin aylıq xərci arta bilər. İnternetin qiyməti niy

20 sentyabr
.

Azərbaycan beton istehsalını avqustda 30 % artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 3 milyon 123 min ton beton istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 % çoxdur. Təkcə avqustda isə ölkədə 489 min ton beton istehsal edilib. Bu, 1 il əvvələ nisbətə

20 sentyabr