Yuxusuzluqla mübarizədə hansı əsas səhvləri buraxırıq? - Həkimdən açıqlama

Yuxusuzluqla mübarizədə hansı əsas səhvləri buraxırıq? - Həkimdən açıqlamaYuxuya gedə bilməməkdən yaranan məyusluq və narahatlıq yuxusuzluğu daha da dərinləşdirə bilər, çünki bu hal oyanıqlığı artıran hormonların aktivləşməsinə səbəb olur. Həmçinin smartfonla təmas da yuxunun gəlməsini gecikdirən əsas amillərdən biridir.

Oxu.Az xəbər verir ki, bunu İspaniyanın Sanatas-La-Sarsuela Universitet Xəstəxanasının yuxu şöbəsinin koordinatoru, klinik neyrofizioloq Daniel Blanes Jakar "Hola" nəşrinə müsahibəsində bildirib.

Jakarın sözlərinə görə, əgər insan təxminən yarım saat ərzində yuxuya gedə bilmirsə, yataqdan qalxmalı və yataq otağından kənarda sakit, qeyri-məhsuldar bir işlə məşğul olmalıdır. Mütəxəssis solğun narıncı və ya sarı işıqlandırmadan istifadə etməyi tövsiyə edir. Ağ və ya mavi işıqdan fərqli olaraq, bu rənglər emosional reaksiyaya səbəb olmur və melatoninin - yuxunu tənzimləyən hormonun ifrazını stimullaşdırır.

"İdeal məşğuliyyət mümkün olan ən darıxdırıcı kitabı oxumaqdır", - deyə o əlavə edib.

Neyrofizioloqun sözlərinə görə, yataqda yatmağı gözləyərkən "qadjetlərə yapışmaq" insanların yol verdiyi əsas səhvlərdəndir. Jakar vurğulayıb ki, smartfondan istifadə, televizora baxmaq, kompüterdə işləmək və ya diqqət tələb edən digər fəaliyyətlər yuxunu yalnız gecikdirir. Bu cür məşğuliyyətlər beyni stimullaşdırır, yuxu çatışmazlığı ilə bağlı narahatlığı artırır və yuxusuzluğun davametmə müddətini uzadır.

Həkim əlavə edib ki, yatmazdan əvvəl kifayət qədər qida qəbul etməmək də əlavə risk faktorudur.

"Əgər insan şam yeməyindən imtina edirsə və ya çox az yeyirsə, gecə hipoqlikemiya - qlükoza səviyyəsinin kəskin düşməsi baş verə bilər. Bu vəziyyət tez-tez oyanmalara səbəb olur və yenidən yuxuya getməyi çətinləşdirir. Yüngül, lakin tam dəyərli şam yeməyi gecə yuxusuzluğu ehtimalını azaldır və yuxu keyfiyyətini stabilləşdirməyə kömək edir", - deyə ekspert qeyd edib.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 775   Tarix: 25 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əvvəl ağ idi: təkər şinləri niyə qara rəngdə istehsal olunur?

Bu gün yollarda gördüyümüz avtomobillərin demək olar ki, hamısının təkərləri qara rəngdədir. Lakin maraqlıdır ki, ilk avtomobil şinləri qara deyil, ağ rəngdə istehsal olunurdu. Bəs zamanla onların rəngi niyə dəyişdi?. xarici mediaya istinadən xəbər verir ki, avtomobil şinlərinin qara rəngdə olmasını

15 noyabr
.

Xurma niyə ağızda büzüşmə yaradır və nə qədər şəkərlidir?

Payızın gəlişi ilə xurma mövsümü də başlayır. Bu dadlı meyvə haqqında cəmiyyətdə müxtəlif yanlış təsəvvürlər mövcuddur. Bəziləri xurmanın həddindən artıq şəkərli və kalorili olduğunu düşünür, digərləri isə onun ağızda yaratdığı büzüşmə hissindən narahat olur. Bəs əslində xurma nə qədər faydalıdır v

15 noyabr
.

"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO

"WhatsApp" istifadəçiləri şəxsi profillərinə üz qabığı fotosu əlavə edə biləcəklər. xarici mediaya istinadən xəbər verir ki, yeni funksiya əvvəlcə "Android"in beta versiyasında sınaqdan keçirilib, indi isə "iOS" istifadəçiləri üçün də əlçatan olmağa başlayıb. Yenilik sayəsind

8 noyabr
.

Köhnə fleşkartı atmayın: 5 faydalı istifadə üsulu

Bir vaxtlar faylların saxlanılması və ötürülməsi üçün ən çox istifadə olunan USB fleşkartlar indi əvvəlki qədər populyar deyil. Lakin evdə qalan köhnə fleşkartları atmağa tələsməyin. fləşkartın kompüterin təhlükəsizliyini artırmaqdan tutmuş avtomobildə musiqi dinləməyə qədər yenidən istifadə etməyi

14 noyabr
.

Düyü bişirərkən bu səhvi etməyin

Düyü bişirərkən onun dibinin yapışqan, üst hissəsinin isə quru qalması bir çox insanın qarşılaşdığı problemdir. Bunun səbəbi hər zaman suyun miqdarı və ya bişirmə müddəti olmaya bilər. İstifadə edilən qazanın forması da yeməyin keyfiyyətinə təsir göstərir. Ölkə.az yerli mediaya istinadən xəbər veri

12 noyabr
.

Qaralan kafel aralarını evdəki tək materialla təmizləyin

Kafel aralarında zamanla yaranan qaralmalar üçün bahalı təmizlik vasitələrinə ehtiyac qalmır. Evdə olan tək bir materialla təmizlik artıq daha asan olacaq. xəbər verir ki, vanna otağı və mətbəxlərdə zamanla qaralan kafel araları təmizlik edilsə də, istənilən görüntünün əldə edilməsini çətinləşdirə bilər

14 noyabr
.

24 saat fasiləsiz uçaraq Rekordlar Kitabına düşdü

"Airbus A350-100ULR" sərnişin təyyarəsi Avstraliyadan Fransaya 24 saat 24 dəqiqə fasiləsiz uçaraq Ginnesin Rekordlar Kitabına düşüb. "Qafqazinfo" xəbər verir ki, şirkətin sınaq uçuşu çərçivəsində Melburn və Tuluza şəhərləri arasında 23 min 155 kilometr məsafə qət edilib. Bu, kommersiy

10 noyabr
.

800 illik qala 1 avroya satılır - Fotolar

Almaniyanın Saksoniya torpağında yerləşən Bad-Düben şəhər rəhbərliyi 800 illik tarixə malik Şnaditz su qalasını satışa çıxarıb. "Qafqazinfo" xəbər verir ki, şəhər mülk üçün simvolik olaraq cəmi 1 avro tələb edir, lakin bu "əlverişli" sövdələşmənin arxasında böyük maliyyə öhdəliklər

9 noyabr
.

Qədim Misirdə pişiklərə münasibətin görünməyən tərəfi üzə çıxıb

Qədim Misirdə müqəddəs hesab edilən pişiklərin əslində ağır şəraitdə yaşadığı məlum olub. xəbər verir ki, alimlər Vyana Təbiət Tarixi Muzeyində saxlanılan qədim Misir pişiklərinə aid 131 kəlləni araşdırıblar. Tədqiqatın nəticələri "Journal of Archaeological Science" elmi jurnalında dərc olunub

14 noyabr