"25 noyabr - Kəlbəcər şəhəri günü milli qürurun və böyük dönüşün bayramıdır" - Deputat

"25 noyabr - Kəlbəcər şəhəri günü milli qürurun və böyük dönüşün bayramıdır" - Deputat"25 noyabr - Kəlbəcər şəhəri günü milli qürurun və böyük dönüşün bayramıdır".

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, 25 noyabr təkcə Kəlbəcər şəhəri günü deyil, bu tarix həm də Kəlbəcərin uzun illər boyu məruz qaldığı hərbi işğal, qeyri-qanuni demoqrafik dəyişikliklər, ekoloji və mədəni vandalizm kimi ağır cinayətlərin ictimai yaddaşda yenidən canlanması və illərdi tapdalanmış ədalətin bərpası günüdür:

"Ermənistanın 1993-cü ildən etibarən Kəlbəcər və digər Azərbaycan ərazilərində həyata keçirdiyi qeyri-qanuni məskunlaşdırma siyasəti beynəlxalq hüquqa, Cenevrə Konvensiyalarına və bütün humanitar prinsiplərə zidd idi. Bu siyasət regionun demoqrafik strukturunu süni şəkildə dəyişdirməyə, Azərbaycan xalqının tarixi irsini silməyə və Ermənistanın işğal faktını uzunmüddətli etməyə yönəlmişdi. Ermənistanın işğal illərində həyata keçirdiyi məskunlaşdırma siyasəti təsadüfi proses deyildi. Bu açıq-aşkar planlı şəkildə təşkil edilmiş, dövlət səviyyəsində dəstəklənmiş və uzunmüddətli məqsədlər daşıyan işğal strategiyasının ayrılmaz hissəsi idi.

Kəlbəcərin işğalı Ermənistan tərəfindən yalnız demoqrafik dəyişikliklə müşayiət olunmadı. Paralel olaraq bu bölgədə zəngin qızıl yataqları talan edildi, meşə və dağ ekosistemləri məhv edildi, otlaq sahələri yandırıldı və qəsdən sıradan çıxarıldı, yeraltı və yerüstü su ehtiyatları istismar edildi. Bütün bu qanunsuz fəaliyyətlər Ermənistanın məqsədinin yalnız əraziləri işğal etmək deyil, həm də onları iqtisadi və ekoloji baxımdan yararsız vəziyyətə salmaq olduğunu göstərirdi.

Kəlbəcər Azərbaycanın ən iri rayonlarından biridir. İşğaldan əvvəl burada 60 mindən çox azərbaycanlı yaşayırdı. Ermənistanın işğalından sonra demoqrafik mənzərə zorla dəyişdirildi. Müxtəlif bölgələrdən gətirilmiş ermənilər Kəlbəcərdə yerləşdirdi. Onlar üçün qeyri-qanuni tikililər, yaşayış məntəqələri salındı, torpaq, təbii sərvət və su ehtiyatları mənimsənildi. Minillik tarixə malik alban və türk-müsəlman abidələri dağıdıldı və ya saxtalaşdırıldı. Bu addımlar təkcə azərbaycanlılara qarşı edilən ədalətsizlik deyildi – bu, bütövlükdə bəşəriyyətin mədəni irsinə vurulan zərbə idi".

Deputat vurğulayıb ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsi təkcə ərazi bütövlüyümüzü bərpa etmədi, həm də Ermənistanın təcavüzkar siyasətə son qoydu:

"Kəlbəcərin azad olunması ölkənin təhlükəsizliyi və regionda geostrateji balans baxımından xüsusi əhəmiyyətə malik idi. Azərbaycanın siyasi iradəsi, güclü hərbi potensialı və Ali Baş Komandanın gələcəyə hesablanan uğurlu siyasəti bu qələbəni təmin etdi. Üçtərəfli Bəyanata uyğun olaraq Ermənistan ordusunun Kəlbəcəri tərk etməsi prosesində isə düşmən tərəfin törətdiyi dağıntılar, yanğınlar və vandalizm onların barbar simasını bir daha nümayiş etdirdi. Kəlbəcərin azad olunmasının əbədiləşdirilməsi məqsədilə 2020-ci il noyabrın 26-da "Kəlbəcərin azad olunmasına görə" medalı təsis edildi. Dövlətimizin başçısının müvafiq sərəncamları ilə Kəlbəcər uğrunda döyüşlərdə iştirak etmiş 9455 hərbi qulluqçu bu medalla təltif olunmuşdur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli qərarı ilə "Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı" ərazinin müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulmasını nəzərdə tutur. Şəhər əhalisinin sayı 17 000 nəfərə çatdırılacaq, yaşayış fondu 488 min m² təşkil edəcəkdir. Burada ortamərtəbəli çoxmənzilli və inzibati binalar, ətrafda isə fərdi yaşayış evləri tikiləcəkdir. Həmçinin, 4 məktəb, 4 uşaq bağçası, 2 xəstəxana, İşğal və Zəfər muzeyləri, mehmanxanalar, müxtəlif ictimai-iaşə obyektləri və idman meydançalarının tikintisi planlaşdırılır.

Kəlbəcər şəhərində 524 ailəlik yeni yaşayış məhəlləsi, Yanşaq kəndində 421, Zallar kəndində 487, Zar kəndində isə 855 ailənin məskunlaşması nəzərdə tutulub. Hər bir məhəllədə müasir mənzillər, məktəblər, uşaq bağçaları, sosial-məişət obyektləri və istirahət guşələri salınır. Bu layihələr bölgənin sosial və iqtisadi həyatının canlanmasına, müasir yaşayış standartlarının təmin edilməsinə xidmət edir.

82 km-lik Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolu bölgəni ölkənin digər hissələri ilə əlaqələndirəcəkdir. Yolun üzərində Murovdağ tuneli uzunluğuna görə dünya üzrə 18-ci, Avropada 5-ci, MDB ölkələri arasında isə birinci yer tutur. Rayonun su ehtiyatları üzərində qurulan kiçik su elektrik stansiyaları enerji təhlükəsizliyini təmin edir və bölgənin dayanıqlı inkişafına töhfə verir.

25 noyabr – Kəlbəcər şəhəri günü həm tarixi irsin, həm işğaldan azad olunmuş torpaqlarda müasir quruculuğun təzahürü kimi mühüm önəm kəsb edir. Bu şəhər artıq gələcəyin inkişaf perspektivi ilə diqqət çəkən bir məkana çevrilib".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 437   Tarix: 25 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan armatur istehsalını 14 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 264 min ton armatur istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 % çoxdur. Təkcə avqustda isə ölkədə 32,8 min ton armatur istehsal olunub. Bu, 1 il əvvələ nisbətən 3,

19 sentyabr
.

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ

Prezident İlham Əliyevin Şamaxıya səfəri və burada bir sıra açılışlarda iştirakı şəhərin yenidən paytaxt statusu alması məsələsini aktuallaşdırıb. Şamaxı orta əsrlərdə uzun müddət Şirvanşahlar dövlətinin paytaxtı olub. 1191-ci ildə baş verən güclü zəlzələdən sonra isə Şirvanşah I Axsitan paytaxtı müvəqqət

20 sentyabr
.

Sabahın havası açıqlandı

Sentyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gec

19 sentyabr
.

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. "Report"un xəbərinə görə, Azərbaycanda bu gün artıq üçüncü dəfədir qeyd olunur. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə gün

20 sentyabr
.

Azərbaycanın dövlət suverenliyini tam bərpa etməsindən 3 il keçir

Üç il bundan əvvəl sentyabrın 20-i saat 13:00-da Azərbaycan ordusunun ölkənin suverenliyinin bərpası üçün başladığı lokal antiterror əməliyyatı Qarabağda erməni separatçılarının qalıqlarının ağ bayraq qaldırması və Azərbaycan hakimiyyətinin şərtlərini tam olaraq qəbul etməsi ilə bitib. "Report"

20 sentyabr
.

Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA

Azərbaycanda gələcək pensiyanın məbləği əsasən vətəndaşın əmək fəaliyyəti dövründə əldə etdiyi rəsmi gəlirlər, ödədiyi sosial sığorta haqları və formalaşdırdığı pensiya kapitalı ilə bağlıdır. Bu baxımdan uzun müddət rəsmi əmək fəaliyyəti göstərən və əməkhaqqısı yüksək olan şəxslərin gələcəkdə daha yüksə

20 sentyabr
.

Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR

Azərbaycan Respublikasının pensiya qanunvericiliyinə əsasən, vətəndaşın yaşa görə əmək pensiyasına hüquq qazanması üçün əsas kriteriyalardan biri 25 illik sığorta stajıdır. Lakin iş stajı bu həddən az olan və ya kifayət qədər iş təcrübəsi bulunmayan şəxslərin də pensiya və ya sosial təminat almaq imkanlar

19 sentyabr
.

Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…

Oktyabrın 1-dən Azərbaycanda bəzi internet istifadəçiləri daha çox pul ödəməli olacaq. Hazırda 18 manat və ya daha aşağı olan sabit internet tarifləri 25 manatlıq vahid minimum tarifə keçiriləcək. Dəyişiklik mobil internetə aid deyil, amma minlərlə evin aylıq xərci arta bilər. İnternetin qiyməti niy

20 sentyabr
.

Azərbaycan beton istehsalını avqustda 30 % artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 3 milyon 123 min ton beton istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 % çoxdur. Təkcə avqustda isə ölkədə 489 min ton beton istehsal edilib. Bu, 1 il əvvələ nisbətə

20 sentyabr