Dünyanın ən ağıllı 10 heyvanı: Onların zəkası bəzən insanı belə üstələyir (FOTO)

Dünyanın ən ağıllı 10 heyvanı: Onların zəkası bəzən insanı belə üstələyir (FOTO)İnsan hələ də heyvanların şüuru haqqında çox şeyi bilmir, buna görə də heyvan zəkası ilə bağlı hər yeni kəşf təəccübləndirməyə davam edir.

Qaynarinfo xəbər verir ki, "Discover Wildlife" müxtəlif dəniz, quru və hava canlıları arasında müşahidə olunan intellektual qabiliyyətlərə əsaslanaraq planetin ən ağıllı 10 heyvanını təqdim edib. Maraq doğuran məqam isə odur ki, beyinin kiçik olması heç də zəka baxımından gerilik demək deyil.

1. Şimpanze

Dünyanın ən ağıllı 10 heyvanı: Onların zəkası bəzən insanı belə üstələyir (FOTO)İnsana ən yaxın genetik qohum olan şimpanzelər Yer üzündəki ən ağıllı heyvanlar sayıla bilər. Alətlər hazırlamaq, qozları daşla qırmaq, həşəratları çıxarmaq, mürəkkəb ünsiyyət formalarından istifadə etmək kimi qabiliyyətlərə malikdirlər. Şimpanzelər həmçinin insanın işarə dilini də öyrənə bilər.

Maraqlı fakt: Şimpanzelər özlərini güzgüdə və videoda tanıya bilir. İnsan övladı isə bunu 3–4 yaşa qədər bacarmır.

2. Komodo varanı
Dünyanın ən ağıllı 10 heyvanı: Onların zəkası bəzən insanı belə üstələyir (FOTO)Yer kürəsinin ən böyük kərtənkələsi olmaqla yanaşı, ən ağıllı sürünən sayılır. Komodo varanları təbiətdə bacarıqlı ovçudur, əsirlikdə isə öz adlarını tanıyır və baxıcılarını bir-birindən seçə bilirlər.

3. Delfin
Dünyanın ən ağıllı 10 heyvanı: Onların zəkası bəzən insanı belə üstələyir (FOTO)Beyin–bədən nisbətinə görə yalnız insandan geri qalırlar. Delfinlər ov zamanı ağıllı strategiyalardan istifadə edir, insanlarla əməkdaşlıq etdikləri dəfələrlə qeydə alınıb. Məsələn, balıqçıların torlarına balıq qovmağa kömək etdikləri məlumdur.

4. Afrika boz tutuquşu
Dünyanın ən ağıllı 10 heyvanı: Onların zəkası bəzən insanı belə üstələyir (FOTO)Dünyanın ən ağıllı quşu hesab olunur və təqlid qabiliyyəti ilə məşhurdur.

Maraqlı fakt: Afrika boz tutuquşu bəzi idrak testlərindən beş yaşlı uşaqdan daha yüksək nəticə göstərib.

5. Siçan

Dünyanın ən ağıllı 10 heyvanı: Onların zəkası bəzən insanı belə üstələyir (FOTO)Çox vaxt qiymətləndirilməyən, lakin son dərəcə ağıllı heyvandır. Siçanlar labirintlərdən çıxış tapır, rəqəmləri ayırd edir, insanları tanıyır və çox həssas bığlara sahibdir.

6. Qarğa (korvidlər)

Dünyanın ən ağıllı 10 heyvanı: Onların zəkası bəzən insanı belə üstələyir (FOTO)Kiçik beyinlərinə baxmayaraq inanılmaz hesablama qabiliyyətinə malikdirlər. Qaraquşlar qozları piyadalar üçün nəzərdə tutulmuş keçidlərə ataraq maşınların qozu qırmasını gözləyir. Bu quşlar bəzi primatlarla müqayisə edilə biləcək intellekt nümayiş etdirir.

7. Balina
Dünyanın ən ağıllı 10 heyvanı: Onların zəkası bəzən insanı belə üstələyir (FOTO)Balinalar geniş səs diapazonu ilə ünsiyyət qurur. Qatillər (Orca), kaşalotlar və digər dişli balinalar yüksək səviyyəli exolokasiya qabiliyyətinə malikdir. Fərqli regionlarda balinaların müxtəlif "dialektlərlə" danışdığı məlumdur.

8. Fil
Dünyanın ən ağıllı 10 heyvanı: Onların zəkası bəzən insanı belə üstələyir (FOTO)Fildən daha yaxşı yaddaş sahibi demək olar ki, yoxdur. Afrika filləri insan qruplarını geyim, qoxu və səsə görə ayırd edə bilir və davranışlarını təhlükə səviyyəsinə uyğun dəyişdirir.

9. Səkkizayaqlılar
Dünyanın ən ağıllı 10 heyvanı: Onların zəkası bəzən insanı belə üstələyir (FOTO)Səkkizayaqlılarda mərkəzi beyinlə yanaşı səkkiz çəngəlin hər birində bir sinir mərkəzi olmaqla cəmi doqquz beyin var. Bu quruluş onlara ətraf mühiti hiss etmək və mürəkkəb tapşırıqları həll etmək imkanı verir. Laboratoriya testlərində labirintlərdən keçə bildikləri dəfələrlə sübut olunub.

10. Arı

Dünyanın ən ağıllı 10 heyvanı: Onların zəkası bəzən insanı belə üstələyir (FOTO)Dünyada 25 mindən çox arı növü var və hamısı yüksək səviyyəli instinkt və öyrənmə qabiliyyətlərinə malikdir. Araşdırmalar göstərir ki, arılar saymağı, müşahidə etməyi və öyrənmə yolu ilə problemləri həll etməyi bacarır.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 3870   Tarix: 26 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Avropada Qərbi Nil virusu yayılır: Yoluxanların yarısı bu ölkədədir

İtaliyada 2026-cı ildə Qərbi Nil virusuna 650-dən çox yoluxma qeydə alınıb. Bu, Avropada qeydə alınan bütün yoluxmaların təxminən yarısını təşkil edir. "Associated Press"ə istinadən xəbər verir ki, mütəxəssislər virusun yayılma ərazisinin genişlənməsini və yoluxma mövsümünün uzanmasını temperaturu

20 sentyabr
.

"WSJ": "Google"un neyroşəbəkəsi sınaq zamanı üç şirkətin sisteminə daxil olub

Google şirkətinin Gemini süni intellekt modeli kibertəhlükəsizlik imkanlarının sınağı zamanı müstəqil şəkildə üç real şirkətin qorunan sistemlərinə giriş əldə edib. "Report"un məlumatına görə, bu barədə "The Wall Street Journal" yazıb. Hadisələr may ayında kibertəhlükəsizlik üzr

20 sentyabr
.

CENTCOM 1 milyard bareldən çox xam neftin Hörmüz vasitəsilə təhlükəsiz daşınmasını təmin edib

ABŞ son bir neçə ay ərzində 1 milyard bareldən çox neftin Hörmüz boğazından təhlükəsiz keçidini təmin edib. "Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bred Kuper "X" sosial şəbəkəsində paylaşılan videomüraciətind

20 sentyabr
.

İranda İsrailin xeyrinə casusluq etməkdə ittiham olunan şəxs edam edilib

İranda casusluqda və İsrailin "Mossad" kəşfiyyat xidməti ilə əməkdaşlıqda ittiham olunan Hoseyn Paderan barəsində çıxarılmış ölüm hökmü icra edilib. "Report" İran mediasına istinadən xəbər verir ki, hökm apellyasiya şikayəti rədd edildikdən və İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdə

20 sentyabr
.

Boğaz ağrısı ilə həkimə getdi, canlı zəli aşkarlandı

Türkiyənin Çorum vilayətində tibb işçiləri yerli sakinin boğazında canlı zəli aşkar ediblər. xəbər verir ki, bu barədə "T24" nəşri məlumat yayıb. Məlumata görə, xəstənin udlağının aşağı hissəsinin arxa divarına yapışmış və qanaxmaya səbəb olan canlı zəli aşkarlanıb. Boğazındakı zəli səbəbində

20 sentyabr
.

ABŞ Ukraynaya milyardlarla dollarlıq silah satacaq

Amerika Birləşmiş Ştatları Ukraynaya ümumi dəyəri 2.68 milyard dollar təşkil edən hava hücumundan müdafiə (HHM) vasitələrinin və hərbi sursatların mümkün satışına razılıq verib. xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi internet səhifəsində dərc olunan bəyanatda məlumat verilib. Sənədd

19 sentyabr
.

Edqars Rinkeviç: "Avropa Rusiya raketlərindən qorunmağa hazır deyil"

"Avropa ölkələri pilotsuz aparatlar və hava müharibəsi texnologiyalarının sürətli inkişafından geri qalır. Rusiya ərazisindən həyata keçirilə biləcək potensial raket zərbələrinin qarşısını almaq gücündə deyil". xəbər verir ki, bu fikirləri Latviya prezidenti Edqars Rinkeviç "The Guardian"

20 sentyabr
.

Sərxoş qadın ərini oxlovla döyüb öldürdü

Rusiyada sərxoş qadın mübahisə zamanı ərini oxlovla döyərək öldürüb. yerli mediaya istinadla bildirir ki, hadisə Amur vilayətinin Dalnevostoçnoye kəndində baş verib. Məlumata görə, cütlük evdə spirtli içki qəbul edib, daha sonra aralarında mübahisə yaranıb. Mübahisə zamanı kişi 41 yaşlı qadını döyü

20 sentyabr
.

İstanbulda evdən 297 kiloqram narkotik aşkarlanıb

İstanbulun Şişli rayonunda bir evə keçirilən əməliyyat zamanı 297 kiloqram sintetik narkotik vasitə, 520 kiloqram kimyəvi qatqı maddəsi, qarışdırıcı aparat, narkotik vasitələrin hazırlanmasında istifadə olunan avadanlıq və 2 ədəd həssas tərəzi aşkarlanaraq götürülüb. "Report" xəbər verir ki

19 sentyabr