Velosiped yolu mübahisəsi yenidən gündəmdə: Skuter sürücüsünün uşaqlara və yaşlılara sərt reaksiyası narazılıq yaradıb - VİDEO
Türkiyədə velosiped və elektrikli skuter istifadəsinin artması ilə yol mövzusu yenidən müzakirə mövzusuna çevrilib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, sosial mediada yayılan yeni bir video isə bu mübahisəni daha da alovlandırıb.
Videoda elektrikli skuter sürücüsünün velosiped yolunda gəzən, istirahət edən və ya yolu keçən vətəndaşlara — aralarında uşaqlar və yaşlıların da olduğu insanlara — sərt və yüksək səslə etiraz etdiyi görünür. Sürücünün aqressiv davranışları sosial şəbəkədə böyük reaksiyaya səbəb olub.
Hadisə anları birbaşa skuter sürücüsü tərəfindən çəkilərək sosial mediada paylaşılıb. Kadrlarda sürücünün velosiped yolundan istifadə edən piyadalara qarşı əsəbi şəkildə qışqırdığı, xəbərdarlıqları aqressiv tonda etdiyi açıq görünür.
Xüsusilə yaşlılar və kiçik uşaqlara yönəlik sərt reaksiyalar sosial mediada geniş tənqid olunub və velosiped yollarının istifadəsi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 528 Tarix: 27 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb
Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 45 nəfər ötən gün saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Poli
13 sentyabrGənc oğlanın meyiti evin girişində tapıldı - Bakıda
Bakıda gənc oğlan yaşadığı evdə ölü halda tapılıb. -ın xəbərinə görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində qeydə alınıb. 20 yaşlı Kərimov Məhəmməd İntizam oğlunun meyiti yaşadığı evin girişində aşkarlanıb. Onun hansı səbəbdən öldüyü bilinmir. Araşdırma aparılır
13 sentyabrYumurtanı səhər, yoxsa axşam yemək daha faydalıdır?
Yumurta zülal mənbələrindən biri hesab olunur. Buna görə də ondan səhər yeməyində, arıqlama pəhrizlərində və məşqdən sonra tez-tez istifadə edilir. Lakin yumurtanın hansı vaxtda yeyilməsi insanın qarşısına qoyduğu məqsəddən asılı olaraq fərqli nəticə verə bilər. xarici mediaya istinadən xəbər verir ki
13 sentyabrZabratda xoşagəlməz mənzərə: Qəbirləri su basıb - VİDEO
Zabrat qəsəbəsində kanalizasiya problemi qəbiristanlıqda xoşgəlməz mənzərə yaradıb. Baku TV-nin qaynar xəttinə müraciət edən sakin bildirib ki, yaxınlıqda kanalizasiya sisteminin olmaması nəticəsində çirkab sular qəbiristanlığın ərazisinə axıb:. "Atam, anam və övladımın qəbrini su basıb. Məsəl
12 sentyabrAzərbaycanda sərxoş vəziyyətdə törədilən cinayətlər azalıb
Ötən il Azərbaycanda sərxoş vəziyyətdə 161 cinayət törədilib. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında məlumat verilib. Məlumata görə, ölkədə bu kateqoriyadan olan cinayət hadisələrinin sayında son illər azalma müşahidə olunur. Belə ki, 2023-cü ildə Azərbaycanda sərxoş vəziyyətd
20 sentyabr