ABŞ-ni sarsıdan hadisənin ilk görüntüləri üzə çıxdı, hücumçu belə yaxalandı - VİDEO
ABŞ-ın paytaxtı Vaşinqtonda, Ağ Evin yaxınlığında Milli Qvardiya əməkdaşlarına qarşı silahlı hücum baş verib. Hücum nəticəsində iki Milli Qvardiya hərbçisi yaralanıb. Hadisədən sonra hücumçu təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, şəhərdə böyük təşvişə səbəb olan insident zamanı hücumçunun tutulma anı ərazidə olan bir vətəndaşın mobil telefon kamerasına əks olunub.
Hadisənin baş verdiyi ərazi dərhal nəqliyyat və piyadalar üçün tamamilə bağlanıb. Jurnalistlər Ağ Evin daxilindəki brifinq otağına yönləndirilib. Ağ Ev də təhlükəsizlik məqsədilə müvəqqəti olaraq bağlanıb.
ABŞ Prezidenti Donald Tramp hücumla bağlı ilk açıqlamasını sosial media hesabında verib. O, "İki Milli Qvardiya əsgərini vuraraq hər ikisinin vəziyyətinin kritik olmasına səbəb olan o cani ağır yaralanıb, lakin buna baxmayaraq çox ağır bir cəza alacaq", – deyə bildirib. Prezident əlavə edib: "Uca Milli Qvardiyamıza, ordumuzun bütün üzvlərinə və hüquq-mühafizə orqanlarına Tanrı yardım etsin. Onlar həqiqətən möhtəşəm insanlardır. Mən, Amerika Birləşmiş Ştatlarının Prezidenti olaraq və bu vəzifə ilə bağlı hər kəs adından sizinləyəm."
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 790 Tarix: 27 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Avropada Qərbi Nil virusu yayılır: Yoluxanların yarısı bu ölkədədir
İtaliyada 2026-cı ildə Qərbi Nil virusuna 650-dən çox yoluxma qeydə alınıb. Bu, Avropada qeydə alınan bütün yoluxmaların təxminən yarısını təşkil edir. "Associated Press"ə istinadən xəbər verir ki, mütəxəssislər virusun yayılma ərazisinin genişlənməsini və yoluxma mövsümünün uzanmasını temperaturu
20 sentyabrİranda İsrailin xeyrinə casusluq etməkdə ittiham olunan şəxs edam edilib
İranda casusluqda və İsrailin "Mossad" kəşfiyyat xidməti ilə əməkdaşlıqda ittiham olunan Hoseyn Paderan barəsində çıxarılmış ölüm hökmü icra edilib. "Report" İran mediasına istinadən xəbər verir ki, hökm apellyasiya şikayəti rədd edildikdən və İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdə
20 sentyabrBoğaz ağrısı ilə həkimə getdi, canlı zəli aşkarlandı
Türkiyənin Çorum vilayətində tibb işçiləri yerli sakinin boğazında canlı zəli aşkar ediblər. xəbər verir ki, bu barədə "T24" nəşri məlumat yayıb. Məlumata görə, xəstənin udlağının aşağı hissəsinin arxa divarına yapışmış və qanaxmaya səbəb olan canlı zəli aşkarlanıb. Boğazındakı zəli səbəbində
20 sentyabrABŞ Ukraynaya milyardlarla dollarlıq silah satacaq
Amerika Birləşmiş Ştatları Ukraynaya ümumi dəyəri 2.68 milyard dollar təşkil edən hava hücumundan müdafiə (HHM) vasitələrinin və hərbi sursatların mümkün satışına razılıq verib. xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi internet səhifəsində dərc olunan bəyanatda məlumat verilib. Sənədd
19 sentyabrEdqars Rinkeviç: "Avropa Rusiya raketlərindən qorunmağa hazır deyil"
"Avropa ölkələri pilotsuz aparatlar və hava müharibəsi texnologiyalarının sürətli inkişafından geri qalır. Rusiya ərazisindən həyata keçirilə biləcək potensial raket zərbələrinin qarşısını almaq gücündə deyil". xəbər verir ki, bu fikirləri Latviya prezidenti Edqars Rinkeviç "The Guardian"
20 sentyabrSərxoş qadın ərini oxlovla döyüb öldürdü
Rusiyada sərxoş qadın mübahisə zamanı ərini oxlovla döyərək öldürüb. yerli mediaya istinadla bildirir ki, hadisə Amur vilayətinin Dalnevostoçnoye kəndində baş verib. Məlumata görə, cütlük evdə spirtli içki qəbul edib, daha sonra aralarında mübahisə yaranıb. Mübahisə zamanı kişi 41 yaşlı qadını döyü
20 sentyabrİstanbulda evdən 297 kiloqram narkotik aşkarlanıb
İstanbulun Şişli rayonunda bir evə keçirilən əməliyyat zamanı 297 kiloqram sintetik narkotik vasitə, 520 kiloqram kimyəvi qatqı maddəsi, qarışdırıcı aparat, narkotik vasitələrin hazırlanmasında istifadə olunan avadanlıq və 2 ədəd həssas tərəzi aşkarlanaraq götürülüb. "Report" xəbər verir ki
19 sentyabr