"Titanik"in batdığı dəqiq yer: TƏFƏRRÜATLAR

"Titanik"in batdığı dəqiq yer: TƏFƏRRÜATLAR"Titanik" öz dövrünün ən böyük və ən möhkəm okean gəmisi hesab olunurdu. Lakin gəmi Atlantika okeanındakı ilk səfərinin dördüncü günündə, ümumilikdə altı günlük marşrutunun yarısında faciəvi şəkildə batıb.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, "Titan" batiskafının OceanGate şirkətinə məxsus faciəli qəzaya uğramasından sonra "Titanik" haqqında əvvəllər geniş ictimaiyyətə məlum olmayan bir neçə mühüm detal açıqlanıb.

Ən böyük və "batmaz" sayılan laynerin faciəsi

Tarixi məlumatlara görə, "Titanik" dövrünün ən böyük okean gəmisi idi və istifadəyə verildiyi zaman "batmaz" adlandırılırdı. Lakin 1912-ci il apreıin 15-də, ilk reysinin ortasında gəmi aysberqə çırpılıb və nəticədə təxminən 1500 nəfərin ölümü ilə bitən dəhşətli faciə baş verib.

Gəmi İngiltərənin Sauthempton şəhərindən yola düşərək ABŞ-ın Nyu-York şəhərinə doğru istiqamətlənmişdi. Marşrutun ilk dayanacaqları La-Manş boğazı və İrlandiyanın Kork qraflığındakı Kob limanı idi. Buradan sonra Atlantik okeanı boyunca birbaşa yol başlayırdı.

Qəzanın yeri və yeni məlum olan dəqiq koordinatlar

Uzun illər "Titanik"in Şimali Atlantikanın daha yuxarı hissəsində buz parçaları arasında qaldığı düşünülürdü. Lakin son araşdırmalar qəzanın dəqiq yerini təsdiqləyib.

Məlum olub ki, 3200 kilometrdən çox məsafə qət etdikdən sonra "Titanik" Nyufoşlendləndən (Kanada) təxminən 640 kilometr aralıda aysberqə çırpılıb.

Gəmidə olan 2201 nəfərin 1489-u dondurucu sulara düşüb və sonradan hamısı boğularaq ölmüş kimi qeydiyyata alınıb. Tədqiqatçılar bildirirlər ki, insanların ölümünə əsas səbəb məhz hipotermiya olub:

"İnsanlar temperaturu -2,2°C olan suda donaraq həyatını itirib."

Bu da ilk dəfə təsdiqləndi

OceanGate şirkətinin "Titan" batiskafının faciəsindən sonra "Titanik"in qalıqlarının dəqiq yerləşdiyi dərinlik barədə yeni məlumatlar əldə edilib.

CBS-in məlumatına görə, "Titanik"in qalıqları okeanın dibində təxminən 3810 metr dərinlikdə yerləşir, gəminin əsas iki hissəsi isə bir-birindən 790 metr məsafədədir."

"Titan"ın faciəsi

Xatırladaq ki, 2023-cü il iyunun 18-də "Titan" batiskafı "Titanik"in qalıqlarına eniş zamanı partlayıb. Araşdırmalar nəticəsində məlum olub ki, batiskafın gövdəsi böyük su təzyiqinə tab gətirməyib və bu, ani imploziyaya səbəb olub.

Batiskafın qalıqları və içərisində olanların cəsəd qalıqları Nyufoşlendləndin Sankt Cons şəhərinə aparılaraq təhlil və araşdırma üçün mütəxəssislərə təhvil verilib.

Alimlər bu faciənin səbəblərini araşdıraraq, gələcəkdə oxşar fəlakətlərin qarşısının alınmasına kömək etməyi hədəfləyirlər.(lent.az)


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 960   Tarix: 27 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Trampın Çin avtomobilləri ilə bağlı planı ABŞ-də narahatlıq yaratdı

İri avtomobil istehsalçıları, tədarükçülər və dilerlər ABŞ Prezidenti Donald Trampı gələn həftə Çin Prezidenti Si Cinpinlə planlaşdırılan görüşü ərəfəsində Çin avtomobil istehsalçılarının ABŞ bazarına daxil olmasına icazə verməməyə çağırıblar. "Reuters"ə istinadən xəbər verir ki, bu barəd

19 sentyabr
.

Sərxoş qadın ərini oxlovla döyüb öldürdü

Rusiyada sərxoş qadın mübahisə zamanı ərini oxlovla döyərək öldürüb. yerli mediaya istinadla bildirir ki, hadisə Amur vilayətinin Dalnevostoçnoye kəndində baş verib. Məlumata görə, cütlük evdə spirtli içki qəbul edib, daha sonra aralarında mübahisə yaranıb. Mübahisə zamanı kişi 41 yaşlı qadını döyü

20 sentyabr
.

ABŞ müttəfiqlərini raket tədarükündə gecikmələr barədə xəbərdar edib

ABŞ-nin müttəfiqləri Vaşinqtonun İranla müharibə zamanı öz silah ehtiyatlarını tükətməsi səbəbindən raket və hava hücumundan müdafiə vasitələrinin tədarükündə gecikmələrlə üzləşə bilər. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrinə istinadən məlumat yayıb. Qey

20 sentyabr
.

ABŞ Konqresində hərb naziri Pit Heqsetə qarşı narazılıq artır

ABŞ Konqresində ölkənin hərb naziri vəzifəsini icra edən Pit Heqsetin fəaliyyətinə qarşı narazılıq getdikcə güclənir. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb. Qeyd olunur ki, qanunvericilər ABŞ hərb nazirinin generalları istefaya göndərərək silahlı qüvvələr

19 sentyabr
.

Qadınları gizli lentə alan "ağıllı" eynəklərlə bağlı araşdırma başladı

Paris prokurorluğu "ağıllı" eynəklərdən istifadə etməklə cinsi qısnamada şübhəli bilinən şəxslə bağlı cinayət təhqiqatına başlayıb. Eyni zamanda, dünya ölkələri bu cihazların istifadəsinin sosial nəticələri ilə mübarizə apardığı bir vaxtda, Fransanın məlumatların mühafizəsi orqanları müxtəli

20 sentyabr
.

Tramp Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb

ABŞ Prezidenti Donald Tramp ölkənin Çin və dünyanın qalan hissəsi üzərində texnoloji üstünlüyünü qorumaq məqsədilə Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb. xəbər verir ki, bu barədə o, "Truth Social" platformasında yazıb. Ağ Ev rəhbəri yaxın vaxtlarda yeni strukturun rəhbərin

20 sentyabr
.

Albaniyada Dayanıqlı İnkişaf Məqsədlərinin sürətləndirilməsi üçün 6 milyon dollar ayrılıb

Albaniyanın Baş naziri Edi Rama 2030 Gündəliyinə və Avropa İttifaqına (Aİ) inteqrasiyaya sadiqliyini bir daha təsdiqləyib. "Report"un Balkan bürosu xəbər verir ki, Rama BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (SDG) icrasına həsr olunmuş 2026-cı il "SDG Moment" yüksək səviyyəli tədbir

20 sentyabr
.

Vuçiç: İstefa verməyi və xalqın arasına qarışmağı səbirsizliklə gözləyirəm

Serbiya Prezidenti Aleksandar Vuçiç vəzifəsindən istefa verməyi və xalqın arasına qarışmağı səbirsizliklə gözlədiyini bildirib. "Report"un Balkan bürosu xəbər verir ki, A. Vuçiç bunu Velika Planadakı "Moravski Konaci" etnokəndinə səfəri zamanı jurnalistlərin sualını cavablandırarkə

20 sentyabr
.

Boğaz ağrısı ilə həkimə getdi, canlı zəli aşkarlandı

Türkiyənin Çorum vilayətində tibb işçiləri yerli sakinin boğazında canlı zəli aşkar ediblər. xəbər verir ki, bu barədə "T24" nəşri məlumat yayıb. Məlumata görə, xəstənin udlağının aşağı hissəsinin arxa divarına yapışmış və qanaxmaya səbəb olan canlı zəli aşkarlanıb. Boğazındakı zəli səbəbində

20 sentyabr