"ChatGPT"də yeni funksiya - Satın alacağınız məhsullar daha əlçatan oldu
OpenAI istifadəçilər üçün yeni bir alət istifadəyə verib. Bu, "shopping research" adlanır. Bir çox insan ChatGPT-dən "hansı noutbuku seçmək olar" və ya "iki smartfon modeli nə ilə fərqlənir" kimi suallar soruşurdu. Buna görə şirkət bu proses üçün ayrıca rejim yaratmağa qərar verib.
Sonxeber.az xəbər verir ki, əgər sorğu alış-verişlə bağlıdırsa, çat-bot özü "tədqiqatı başlatmağı" təklif edəcək. Bu rejimi menyudan əl ilə də aktiv etmək mümkündür.
Daha sonra ChatGPT istifadəçidən büdcə, önəmli funksiyalar, uyğun olmayan xüsusiyyətlər kimi detalları soruşacaq. Cavablara əsasən model internetdən aktual məlumatları toplayacaq və uyğun məhsulları seçməyə başlayacaq. İstifadəçi birbaşa olaraq nəyin xoşuna gəldiyini, nəyin uyğun olmadığını qeyd edə bilər.
Bir neçə dəqiqə ərzində sistem ən yaxşı məhsullar, onların fərqləri və satıcılardan alınmış məlumatlarla birlikdə ətraflı bələdçi hazırlayır. Əgər yaddaş funksiyası aktivdirsə, ChatGPT əvvəlki alış-veriş söhbətlərini də nəzərə alacaq.
Hazırda alış-verişi tamamlamalı olmaq üçün istifadəçi yenə də xarici sayta keçməlidir, lakin OpenAI gələcəkdə sifarişi birbaşa çatda tamamlamağa imkan verəcək funksiyanı "Instant Checkout" satıcılar üçün əlavə etmək üzərində işləyir.
Bu alət GPT-5 mini əsaslıdır və xüsusi olaraq məhsul seçimi üçün təlimləndirilib. OpenAI xəbərdarlıq edir ki, model səhv edə bilər, buna görə də alışdan əvvəl məlumatları satıcıdan təsdiqləmək lazımdır.
shopping research artıq bütün qeydiyyatdan keçmiş ChatGPT istifadəçilərinə açıqdır, həm pulsuz, həm də Go, Plus və Pro abunəlikləri üçün.
Bundan əvvəl xəbər vermişdik ki, OpenAI ChatGPT-yə şəxsi həkim və ya hüquqşünas kimi cavab verməyi qadağan edib. Çat-bot həmçinin artıq tibbi görüntüləri və bədən fotolarını analiz etmir.(lent.az)
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 844 Tarix: 27 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Trampın Çin avtomobilləri ilə bağlı planı ABŞ-də narahatlıq yaratdı
İri avtomobil istehsalçıları, tədarükçülər və dilerlər ABŞ Prezidenti Donald Trampı gələn həftə Çin Prezidenti Si Cinpinlə planlaşdırılan görüşü ərəfəsində Çin avtomobil istehsalçılarının ABŞ bazarına daxil olmasına icazə verməməyə çağırıblar. "Reuters"ə istinadən xəbər verir ki, bu barəd
19 sentyabrSərxoş qadın ərini oxlovla döyüb öldürdü
Rusiyada sərxoş qadın mübahisə zamanı ərini oxlovla döyərək öldürüb. yerli mediaya istinadla bildirir ki, hadisə Amur vilayətinin Dalnevostoçnoye kəndində baş verib. Məlumata görə, cütlük evdə spirtli içki qəbul edib, daha sonra aralarında mübahisə yaranıb. Mübahisə zamanı kişi 41 yaşlı qadını döyü
20 sentyabrABŞ müttəfiqlərini raket tədarükündə gecikmələr barədə xəbərdar edib
ABŞ-nin müttəfiqləri Vaşinqtonun İranla müharibə zamanı öz silah ehtiyatlarını tükətməsi səbəbindən raket və hava hücumundan müdafiə vasitələrinin tədarükündə gecikmələrlə üzləşə bilər. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrinə istinadən məlumat yayıb. Qey
20 sentyabrABŞ Konqresində hərb naziri Pit Heqsetə qarşı narazılıq artır
ABŞ Konqresində ölkənin hərb naziri vəzifəsini icra edən Pit Heqsetin fəaliyyətinə qarşı narazılıq getdikcə güclənir. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb. Qeyd olunur ki, qanunvericilər ABŞ hərb nazirinin generalları istefaya göndərərək silahlı qüvvələr
19 sentyabrQadınları gizli lentə alan "ağıllı" eynəklərlə bağlı araşdırma başladı
Paris prokurorluğu "ağıllı" eynəklərdən istifadə etməklə cinsi qısnamada şübhəli bilinən şəxslə bağlı cinayət təhqiqatına başlayıb. Eyni zamanda, dünya ölkələri bu cihazların istifadəsinin sosial nəticələri ilə mübarizə apardığı bir vaxtda, Fransanın məlumatların mühafizəsi orqanları müxtəli
20 sentyabrTramp Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb
ABŞ Prezidenti Donald Tramp ölkənin Çin və dünyanın qalan hissəsi üzərində texnoloji üstünlüyünü qorumaq məqsədilə Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb. xəbər verir ki, bu barədə o, "Truth Social" platformasında yazıb. Ağ Ev rəhbəri yaxın vaxtlarda yeni strukturun rəhbərin
20 sentyabrBoğaz ağrısı ilə həkimə getdi, canlı zəli aşkarlandı
Türkiyənin Çorum vilayətində tibb işçiləri yerli sakinin boğazında canlı zəli aşkar ediblər. xəbər verir ki, bu barədə "T24" nəşri məlumat yayıb. Məlumata görə, xəstənin udlağının aşağı hissəsinin arxa divarına yapışmış və qanaxmaya səbəb olan canlı zəli aşkarlanıb. Boğazındakı zəli səbəbində
20 sentyabr