Köpəkbalığının hücumuna məruz qalan gənc qadın həyatını itirdi
Avstraliyanın Yeni Cənubi Uels (NSW) ştatında yerləşən Kylies çimərliyində baş verən köpəkbalığı hücumu faciə ilə nəticələnib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, hücum Sydney şəhərindən təxminən 300 kilometr şimalda, Crowdy Bay Milli Parkı ərazisində yerləşən çimərlikdə baş verib. Yaralı şəxs helikopterlə Nevcastle şəhərindəki xəstəxanaya aparılıb və vəziyyətinin kritik olduğu bildirilib.
Hadisədən sonra çimərlik 24 saat müddətinə bağlanıb. Köpəkbalıqlarının işarələnib təbiətə geri buraxılması üçün nəzərdə tutulan "ağıllı" tutma xəttlərinin quraşdırılmasına başlanılıb. Eyni zamanda sahilboyu ərazi dronlarla nəzarətə götürülüb.
Səhiyyə əməkdaşları, hadisə şahidlərinin yaralı şəxsin ayağına göstərdiyi ilkin tibbi müdaxiləni yüksək qiymətləndirib: "Bu müdaxilə onun həyatını böyük ehtimalla xilas edib," – deyə bildiriblər. NSW Təcili Tibbi Yardım Xidmətinin rəhbəri Coş Smit isə belə deyib: "Bu vəziyyətdə bəzi şahidlərin göstərdiyi cəsarət inanılmazdır. Özünüzü belə bir təhlükənin içinə atmaq həqiqətən qəhrəmanlıqdır və bu, bizim xəstəyə vaxtında çatmağımıza imkan verdi".
Yeni Cənubi Uels Birincil Sənaye Nazirliyinin açıqlamasına görə, hücuma səbəb olan köpəkbalığının "iri bir buğa köpəkbalığı" olduğu ehtimal edilir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1097 Tarix: 27 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb
Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 45 nəfər ötən gün saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Poli
13 sentyabrGənc oğlanın meyiti evin girişində tapıldı - Bakıda
Bakıda gənc oğlan yaşadığı evdə ölü halda tapılıb. -ın xəbərinə görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində qeydə alınıb. 20 yaşlı Kərimov Məhəmməd İntizam oğlunun meyiti yaşadığı evin girişində aşkarlanıb. Onun hansı səbəbdən öldüyü bilinmir. Araşdırma aparılır
13 sentyabrYumurtanı səhər, yoxsa axşam yemək daha faydalıdır?
Yumurta zülal mənbələrindən biri hesab olunur. Buna görə də ondan səhər yeməyində, arıqlama pəhrizlərində və məşqdən sonra tez-tez istifadə edilir. Lakin yumurtanın hansı vaxtda yeyilməsi insanın qarşısına qoyduğu məqsəddən asılı olaraq fərqli nəticə verə bilər. xarici mediaya istinadən xəbər verir ki
13 sentyabrZabratda xoşagəlməz mənzərə: Qəbirləri su basıb - VİDEO
Zabrat qəsəbəsində kanalizasiya problemi qəbiristanlıqda xoşgəlməz mənzərə yaradıb. Baku TV-nin qaynar xəttinə müraciət edən sakin bildirib ki, yaxınlıqda kanalizasiya sisteminin olmaması nəticəsində çirkab sular qəbiristanlığın ərazisinə axıb:. "Atam, anam və övladımın qəbrini su basıb. Məsəl
12 sentyabrAzərbaycanda sərxoş vəziyyətdə törədilən cinayətlər azalıb
Ötən il Azərbaycanda sərxoş vəziyyətdə 161 cinayət törədilib. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında məlumat verilib. Məlumata görə, ölkədə bu kateqoriyadan olan cinayət hadisələrinin sayında son illər azalma müşahidə olunur. Belə ki, 2023-cü ildə Azərbaycanda sərxoş vəziyyətd
20 sentyabr