Honkonqdakı yanğından 1 həftə əvvəl xəbərdarlıq edilibmiş...
Məlum olduğu kimi, noyabrın 26-da Honqkonqda "Wang Fuk Court" yaşayış kompleksində güclü yanğın baş verib. Ən son məlumata görə, hadisə nəticəsində 94 nəfər həlak olub.
"Qafqazinfo" "South China Morning Post" qəzetinə istinadən xəbər verir ki, yaşayış kompleksinin yenidənqurulması ilə məşğul olan şirkətə hadisədən bir həftə əvvəl təhlükəsizlik riskləri barədə xəbərdarlıq edilibmiş.
Honkonq Əmək Departamentindən bildirilib ki, 2025-ci ilin iyul ayından bəri kompleksdə 16 yoxlama aparılıb, bunlardan ən sonuncusu noyabrın 20-də olub. Monitorinq zamanı inşaat taxtabəndlərinin təhlükəsizlik standartlarına uyğunluğu da yoxlanılıb.
"Bir həftədən az müddət əvvəl podratçıya müvafiq yanğın təhlükəsizliyi tədbirlərinin görülməsinin zəruriliyi xatırladılıb", - materialda deyilir.
Yaşayış kompleksinin təhlükəsizlik xidmətinin keçmiş rəisi fəhlələrin yaşayış kompleksinin ictimai yerlərində, o cümlədən taxtabəndlərin üzərində siqaret çəkdiklərini gördüyünü bildirib. O əlavə edib ki, işçilərin yanğın çıxışlarından binaya asanlıqla daxil olub və çıxmaları üçün yanğın təhlükəsizliyi sistemi daim söndürülmüş vəziyyətdə olub.
Faktla bağlı üç nəfər - binanın təmirini həyata keçirən podratçı şirkətin iki direktoru və bir məsləhətçisi ehtiyatsızlıqdan adam öldürmə ittihamı ilə həbs edilib. İddia olunur ki, onlar standartlara uyğun olmayan materiallardan hazırlanmış torlardan istifadə edib və pəncərələri penoplastla bağlayıblar ki, bu da faciəyə səbəb olub. Belə ki, yanğın təhlükəsi yüksək olan bu maddələr alovun sürətlə yayılmasına səbəb olub.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 571 Tarix: 28 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Trampın Çin avtomobilləri ilə bağlı planı ABŞ-də narahatlıq yaratdı
İri avtomobil istehsalçıları, tədarükçülər və dilerlər ABŞ Prezidenti Donald Trampı gələn həftə Çin Prezidenti Si Cinpinlə planlaşdırılan görüşü ərəfəsində Çin avtomobil istehsalçılarının ABŞ bazarına daxil olmasına icazə verməməyə çağırıblar. "Reuters"ə istinadən xəbər verir ki, bu barəd
19 sentyabrSərxoş qadın ərini oxlovla döyüb öldürdü
Rusiyada sərxoş qadın mübahisə zamanı ərini oxlovla döyərək öldürüb. yerli mediaya istinadla bildirir ki, hadisə Amur vilayətinin Dalnevostoçnoye kəndində baş verib. Məlumata görə, cütlük evdə spirtli içki qəbul edib, daha sonra aralarında mübahisə yaranıb. Mübahisə zamanı kişi 41 yaşlı qadını döyü
20 sentyabrABŞ müttəfiqlərini raket tədarükündə gecikmələr barədə xəbərdar edib
ABŞ-nin müttəfiqləri Vaşinqtonun İranla müharibə zamanı öz silah ehtiyatlarını tükətməsi səbəbindən raket və hava hücumundan müdafiə vasitələrinin tədarükündə gecikmələrlə üzləşə bilər. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrinə istinadən məlumat yayıb. Qey
20 sentyabrABŞ Konqresində hərb naziri Pit Heqsetə qarşı narazılıq artır
ABŞ Konqresində ölkənin hərb naziri vəzifəsini icra edən Pit Heqsetin fəaliyyətinə qarşı narazılıq getdikcə güclənir. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb. Qeyd olunur ki, qanunvericilər ABŞ hərb nazirinin generalları istefaya göndərərək silahlı qüvvələr
19 sentyabrQadınları gizli lentə alan "ağıllı" eynəklərlə bağlı araşdırma başladı
Paris prokurorluğu "ağıllı" eynəklərdən istifadə etməklə cinsi qısnamada şübhəli bilinən şəxslə bağlı cinayət təhqiqatına başlayıb. Eyni zamanda, dünya ölkələri bu cihazların istifadəsinin sosial nəticələri ilə mübarizə apardığı bir vaxtda, Fransanın məlumatların mühafizəsi orqanları müxtəli
20 sentyabrTramp Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb
ABŞ Prezidenti Donald Tramp ölkənin Çin və dünyanın qalan hissəsi üzərində texnoloji üstünlüyünü qorumaq məqsədilə Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb. xəbər verir ki, bu barədə o, "Truth Social" platformasında yazıb. Ağ Ev rəhbəri yaxın vaxtlarda yeni strukturun rəhbərin
20 sentyabrBoğaz ağrısı ilə həkimə getdi, canlı zəli aşkarlandı
Türkiyənin Çorum vilayətində tibb işçiləri yerli sakinin boğazında canlı zəli aşkar ediblər. xəbər verir ki, bu barədə "T24" nəşri məlumat yayıb. Məlumata görə, xəstənin udlağının aşağı hissəsinin arxa divarına yapışmış və qanaxmaya səbəb olan canlı zəli aşkarlanıb. Boğazındakı zəli səbəbində
20 sentyabr