Çayınıza dəfnə yarpağı əlavə edin: Faydalarına TƏƏCÜBLƏNƏCƏKSİNİZ
Dəfnə yarpağı təkcə yeməklərə gözəl ətir qatan ədviyyat deyil, həm də sağlamlıq üçün son dərəcə faydalı bitkidir. Onun xüsusiyyətləri sayəsində dəfnə yarpağı bitki çayı kimi də ideal seçimdir.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, dəfnə yarpağı ilə hazırlanan çay orqanizm üçün bir çox müsbət təsirə malikdir. Yarpaqların tərkibindəki efir yağları, antioksidantlar və taninlər çaya sakitləşdirici və antioksidant xüsusiyyətlər bəxş edir.
Dəfnə yarpağı çayının həzmə faydası
Dəfnə yarpağında olan efir yağları və taninlər həzmi yaxşılaşdırır, qaraciyərin fəaliyyətini dəstəkləyir və iltihabı azalda bilir. Bu bitkinin spazmolitik təsiri mədə-bağırsaq traktını rahatladır, xüsusilə yağlı və ağır yeməklərdən sonra yaranan diskomfortu aradan qaldıra bilər. Eyni zamanda metabolizmi sürətləndirir, qıcqırmanı yüngülləşdirir və mədəni sakitləşdirir.
Yuxunun yaxşılaşmasına təsiri
Dəfnə yarpağı linalool adlı təbii birləşmə ilə zəngindir. Bu maddə sinir sisteminə sakitləşdirici təsir göstərir.
Dəfnə yarpağı çayı gərginliyi azaldır, daxili narahatlığı yumşaldır və rahat yuxunu dəstəkləyir. Təsiri daha da artırmaq üçün onu çobanyastığı ilə birlikdə dəmləmək və yatmazdan əvvəl bir az bal əlavə etmək mümkündür.
İmmunitet üçün faydaları
Dəfnə yarpağı evgenol, mirsen və partenolid kimi bioaktiv maddələr ehtiva edir. Bu birləşmələr güclü iltihabəleyhinə və antiseptik xüsusiyyətləri ilə tanınır.
Bu səbəbdən dəfnə yarpağı çayı mövsümi xəstəliklər, soyuqdəymə və qrip zamanı da tövsiyə olunur. Çay həmçinin C vitamini, maqnezium, dəmir və kalsium kimi minerallarla zəngindir və immunitet sistemini gücləndirir.
Ürək sağlamlığı üçün təsiri
Dəfnə yarpağındakı polifenollar və evgenol hüceyrələr və damarlar üçün təbii qoruyucu rol oynayan antioksidantlardır. Bu çayın müntəzəm, lakin ölçülü şəkildə qəbulu ürək-damar sisteminin uzunmüddətli sağlamlığını dəstəkləyə bilər.
Tərkibindəki kafeik turşusu "pis" xolesterinin azalmasına kömək edir və ürək fəaliyyətini yaxşılaşdırır. Dəfnə yarpağı çayı həm də bədəndə maye balansının və arterial təzyiqin tənzimlənməsinə müsbət təsir göstərir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 4479 Tarix: 28 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏvvəl ağ idi: təkər şinləri niyə qara rəngdə istehsal olunur?
Bu gün yollarda gördüyümüz avtomobillərin demək olar ki, hamısının təkərləri qara rəngdədir. Lakin maraqlıdır ki, ilk avtomobil şinləri qara deyil, ağ rəngdə istehsal olunurdu. Bəs zamanla onların rəngi niyə dəyişdi?. xarici mediaya istinadən xəbər verir ki, avtomobil şinlərinin qara rəngdə olmasını
15 noyabrXurma niyə ağızda büzüşmə yaradır və nə qədər şəkərlidir?
Payızın gəlişi ilə xurma mövsümü də başlayır. Bu dadlı meyvə haqqında cəmiyyətdə müxtəlif yanlış təsəvvürlər mövcuddur. Bəziləri xurmanın həddindən artıq şəkərli və kalorili olduğunu düşünür, digərləri isə onun ağızda yaratdığı büzüşmə hissindən narahat olur. Bəs əslində xurma nə qədər faydalıdır v
15 noyabr"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
"WhatsApp" istifadəçiləri şəxsi profillərinə üz qabığı fotosu əlavə edə biləcəklər. xarici mediaya istinadən xəbər verir ki, yeni funksiya əvvəlcə "Android"in beta versiyasında sınaqdan keçirilib, indi isə "iOS" istifadəçiləri üçün də əlçatan olmağa başlayıb. Yenilik sayəsind
8 noyabrKöhnə fleşkartı atmayın: 5 faydalı istifadə üsulu
Bir vaxtlar faylların saxlanılması və ötürülməsi üçün ən çox istifadə olunan USB fleşkartlar indi əvvəlki qədər populyar deyil. Lakin evdə qalan köhnə fleşkartları atmağa tələsməyin. fləşkartın kompüterin təhlükəsizliyini artırmaqdan tutmuş avtomobildə musiqi dinləməyə qədər yenidən istifadə etməyi
14 noyabrDüyü bişirərkən bu səhvi etməyin
Düyü bişirərkən onun dibinin yapışqan, üst hissəsinin isə quru qalması bir çox insanın qarşılaşdığı problemdir. Bunun səbəbi hər zaman suyun miqdarı və ya bişirmə müddəti olmaya bilər. İstifadə edilən qazanın forması da yeməyin keyfiyyətinə təsir göstərir. Ölkə.az yerli mediaya istinadən xəbər veri
12 noyabrQaralan kafel aralarını evdəki tək materialla təmizləyin
Kafel aralarında zamanla yaranan qaralmalar üçün bahalı təmizlik vasitələrinə ehtiyac qalmır. Evdə olan tək bir materialla təmizlik artıq daha asan olacaq. xəbər verir ki, vanna otağı və mətbəxlərdə zamanla qaralan kafel araları təmizlik edilsə də, istənilən görüntünün əldə edilməsini çətinləşdirə bilər
14 noyabr24 saat fasiləsiz uçaraq Rekordlar Kitabına düşdü
"Airbus A350-100ULR" sərnişin təyyarəsi Avstraliyadan Fransaya 24 saat 24 dəqiqə fasiləsiz uçaraq Ginnesin Rekordlar Kitabına düşüb. "Qafqazinfo" xəbər verir ki, şirkətin sınaq uçuşu çərçivəsində Melburn və Tuluza şəhərləri arasında 23 min 155 kilometr məsafə qət edilib. Bu, kommersiy
10 noyabr800 illik qala 1 avroya satılır - Fotolar
Almaniyanın Saksoniya torpağında yerləşən Bad-Düben şəhər rəhbərliyi 800 illik tarixə malik Şnaditz su qalasını satışa çıxarıb. "Qafqazinfo" xəbər verir ki, şəhər mülk üçün simvolik olaraq cəmi 1 avro tələb edir, lakin bu "əlverişli" sövdələşmənin arxasında böyük maliyyə öhdəliklər
9 noyabrQədim Misirdə pişiklərə münasibətin görünməyən tərəfi üzə çıxıb
Qədim Misirdə müqəddəs hesab edilən pişiklərin əslində ağır şəraitdə yaşadığı məlum olub. xəbər verir ki, alimlər Vyana Təbiət Tarixi Muzeyində saxlanılan qədim Misir pişiklərinə aid 131 kəlləni araşdırıblar. Tədqiqatın nəticələri "Journal of Archaeological Science" elmi jurnalında dərc olunub
14 noyabr