Korluğun müalicəsi TAPILDI: inqilabi KƏŞF
Alimlər ilk dəfə olaraq yaşla bağlı makulyar degenerasiya (yaşlı insanlarda korluğun əsas səbəblərindən biri) olan xəstələrdə görmənin bərpa olunduğunu bildiriblər. "Cell Stem Cell" jurnalında dərc olunan erkən klinik tədqiqat mərhələsində göstərilib ki, torlu qişanın altına kök hüceyrələrin köçürülməsi təkcə təhlükəsiz olmayıb, həm də bütün iştirakçılarda görməni yaxşılaşdırıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, araşdırmada xəstəliyin ağır mərhələsindən əziyyət çəkən 71–86 yaş arası altı nəfər iştirak edib. Tədqiqatçılar hər bir xəstənin ən çox zədələnmiş gözünə 50 min ədəd kök hüceyrə yeridiblər. Bu hüceyrələr makulyar degenerasiya zamanı məhv olan torlu qişanın piqment epitel hüceyrələrinə çevrilə bilir. Tədqiqatın əsas məqsədi üsulun təhlükəsizliyini yoxlamaq idi, lakin nəticələr gözləniləndən daha yaxşı olub. Hüceyrələrlə bağlı heç bir fəsad qeydə alınmayıb və xəstələrdə görmə qabiliyyəti yaxşılaşıb.
Xüsusilə də ilkin görmə qabiliyyəti ən zəif olan üç iştirakçıda müşahidə olunan dəyişikliklər təsirli olub: bir ildən sonra onlar orta hesabla 21 hərf daha çox görə biliblər. Alimlər qeyd edirlər ki, xəstəliyin quru formasının gec mərhələsində olan pasiyentlərdə belə yaxşılaşma əvvəllər müşahidə edilməyib.
Hazırda tədqiqatçılar daha yüksək dozalı hüceyrələrlə sınaqları davam etdirirlər. Əgər təhlükəsizlik təsdiqlənsə, bu texnologiya mərkəzi görmənin itmə sürətini yalnız yavaşlatmaqla kifayətlənməyib, onu real şəkildə bərpa etməyə qadir ilk müalicənin əsasını qoya bilər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 624 Tarix: 28 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gecəyarısı qapıları döyüldü, kameraya baxanda dəhşətə gəldilər - VİDEO
ABŞ-da naməlum şəxsin küçədə təhlükəli davranışlar sərgiləməsi yerli sakinlər arasında ciddi narahatlıq yaradıb. xarici mediaya istinadən xəbər verir ki, 56 yaşlı Brian Mattson küçə ilə hərəkət edərkən təsadüfi evlərin qapılarını döyüb və əlindəki bıçaqla hücum hərəkətləri edib. Onun bu davranışlar
4 mayDünyanın ən sağlam göyərtisi bəlli oldu: Yol qırağındaca yetişir
Kiçik yarpaqları ilə tanınan cincilim kalori başına düşən vitamin və mineral sıxlığına görə ispanaq, kələm və brokkoli kimi məşhur rəqiblərini geridə qoyub. xəbər verir ki, bu bitkini "super qida" edən əsas xüsusiyyətlər onun zəngin tərkibi ilə bağlıdır. Yüksək C vitamini və bitki mənşəli birləşmələr
3 mayEv şəraitində cavanlaşmağın sadə üsulu tapılıb
Qadınlar ev şəraitində tətbiq edilə bilən sadə cavanlaşma üsulu tapıblar. xarici mediaya istinadən xəbər verir ki, sosial şəbəkələrdə viral olan bu üsula "The New York Post" diqqət çəkib. Belə ki, bloqerlər "liftinq effekti" yaradan pulsuz üsulu nümayiş etdirirlər. Vizajist Fro Moni
4 mayMavi gözlülərin sirri: Hamısı tək bir adamın nəslindəndir
Təkamül biologiyası və genetika sahəsində aparılan bu araşdırma sübut edir ki, mavi göz rəngi sadəcə bir variasiya deyil, minlərlə il əvvəl baş vermiş spesifik bir genetik mutasiyanın nəticəsidir. xəbər verir ki, insanlıq tarixinin başlanğıcında bütün insanların qonur (qəhvəyi) gözlü olduğu elmi bi
30 aprelNeymar Robinyonun oğlunu döydü
"Santos"un hücumçusu Neymar məşq zamanı Braziliya millisinin keçmiş oyunçusu Robinyonun oğlu Robinyo Junior ilə münaqişəyə girib. -ın xarici mediaya istinadən məlumatına görə, hadisə klubun məşq meydançasında məşq zamanı baş verib. 34 yaşlı futbolçu oyun zamanı 18 yaşlı komanda yoldaşının on
4 mayÇiçəklər olan suya bunu atın - İNANMAYACAQSINIZ
Güldana atılan mis sikkənin çiçəklərin ömrünü uzatdığı fikri qismən doğrudur. Mis ionları bakteriyaların çoxalmasını zəiflədir, lakin bu effekt yalnız yüksək tərkibli həqiqi misdə mümkündür. xəbər verir ki, müasir sikkələr isə əsasən sink və ya poladdan hazırlanır və çox az mis ehtiva edir. Buna gör
2 mayÇində insanın içinə yerləşə biləcəyi nəhəng kompüter hazırlanıb
Çində texnobloqer Soda Baka insanın yerləşə biləcəyi nəhəng kompüter yaradıb. xəbər verir ki, bu barədə "Tom's Hardware" portalı məlumat yayıb. Bildirilir ki, qurğu vizual olaraq klassik oyun sistem blokunu xatırladır, lakin ölçüləri o qədər böyüdülüb ki, içərisində tam funksional iş sahəs
4 may