Hokinqin "qaranlıq meşə"dəki yadplanetlilər haqqında dəhşətli nəzəriyyəsi yenidən gündəmdə
Professor Stiven Hokinq 15 il əvvəl "qaranlıq meşə"də yadplanetlilərin mövcudluğu barədə dəhşətli bir nəzəriyyə irəli sürmüşdü və indi bu fikir tamamilə real görünə bilər.
Qaynarinfo "The Mirror"a istinadən xəbər verir ki, bu il 3I/ATLAS kometası ilə bağlı irəli sürülən ehtimallar fonunda Hokinqin yadplanetlilər barədə əvvəlki proqnozları yenidən gündəmə gətirilib. Bəzi mütəxəssislər kometanın qeyri-yerüstü mənşəyə malik ola biləcəyini düşünürdü.
Nəşrin məlumatına görə, Hokinq 2010-cu ildə "qaranlıq meşə hipotezi" kimi tanınan nəzəriyyəni irəli sürərək, bəşəriyyətin indiyədək niyə yadplanetliləri aşkar etmədiyini izah etməyə çalışmışdı.
O ehtimal edirdi ki, kainatda çoxlu sayda yadplanetli sivilizasiya mövcud ola bilər, lakin onların heç biri özünü daha inkişaf etmiş sivilizasiyalara qarşı açmaq və mövqeyini bildirmək istəmir.
Hokinq hesab edirdi ki, bu, insanlıq üçün ciddi dərs olmalı və Yeri ziyarət edə biləcək yadplanetliləri böyük sevinc və açıqlıqla qarşılamağa tələsməməliyik. Nəşr qeyd edir ki, alim bu gün sağ olsaydı, əgər 3I/ATLAS sadəcə kometa deyil, daha böyük bir obyekt olsaydı, ehtiyatla davranmağa çağırardı.
NASA-nın məlumatına görə, 3I/ATLAS kometası Yer üçün heç bir təhlükə yaratmır: "O, planetimizə maksimum təxminən 1,8 astronomik vahid (təqribən 270 milyon km) məsafəyə qədər yaxınlaşacaq".
Hokinq 2010-cu ildə xəbərdarlıq edirdi: "Əgər yadplanetlilər bizi ziyarət etsələr, nəticə Kolumbun Amerikaya ayaq basdığı zamankına bənzəyə bilər. Bu isə yerli xalqlar üçün heç də xeyirli olmamışdı. Ağıllı həyatın nəyə çevrilə biləcəyini görmək üçün özümüzə baxmağımız kifayətdir".
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2249 Tarix: 28 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tramp: ABŞ və Danimarka Qrenlandiya ilə bağlı razılığa gəlib
Ağ Ev lideri Donald Tramp ABŞ və Danimarkanın Qrenlandiyanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı səlahiyyətlərin Vaşinqtona ötürülməsi barədə razılığa gəldiyini bildirib. "Report"un məlumatına görə, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb. "ABŞ-nin Qrenlandiyad
20 sentyabrVenesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
Venesuela hökuməti və müxalifət qüvvələri ölkənin qızıl ehtiyatlarının İngiltərə Bankından Nyu-York Federal Ehtiyat Bankına keçirilməsini nəzərdə tutan razılaşmanı imzalamaq ərəfəsindədir. Hazırda Britaniyanın mərkəzi bankında ümumi dəyəri təqribən 4 milyard dollar olan 31 ton Venesuela qızıl külçəs
20 sentyabrAvropada Qərbi Nil virusu yayılır: Yoluxanların yarısı bu ölkədədir
İtaliyada 2026-cı ildə Qərbi Nil virusuna 650-dən çox yoluxma qeydə alınıb. Bu, Avropada qeydə alınan bütün yoluxmaların təxminən yarısını təşkil edir. "Associated Press"ə istinadən xəbər verir ki, mütəxəssislər virusun yayılma ərazisinin genişlənməsini və yoluxma mövsümünün uzanmasını temperaturu
20 sentyabrİran müharibənin dayandırılması üçün ABŞ-yə şərtlərini təqdim edib
İran hökuməti müharibənin dayandırılması üçün şərtlərini Qətər vasitəçiləri üzərindən ABŞ-yə çatdırıb və Prezident Donald Trampın cavabını gözləyir. "Al Jazeera" telekanalına istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi deyib. Onun sözlərinə görə
20 sentyabrRusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
Almaniya üçün Alternativ (AfD) Partiyası Rusiya ilə Ukrayna arasında sülh razılaşması əldə olunacağı təqdirdə Moskva ilə enerji tədarükünün bərpasını və "Şimal axını" boru kəmərlərinin yenidən işə salınması imkanını müzakirə etməyi planlaşdırır. "Reuters"ə istinadən xəbər verir ki
20 sentyabrİran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxa bilər
İran hələ də ölkənin mərhum ali rəhbəri Əli Xameneinin fətvasına sadiqdir və nüvə doktrinasını dəyişməyib. "Report" ISNA-ya istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai deyib. "ABŞ və İsrailin hərəkətləri bizə Nüvə Silahlarının Yayılmaması Müqaviləsində
20 sentyabr